Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-422/2022 11.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı1, iddiaçının vəkili və nümayəndəsi İddiaçı2 və Cavabdeh iştirakı ilə İddiaçı1 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı1 nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək (artırılaraq) Cavabdeh 10 aprel 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 193 manat alimentin müəyyən edilərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı1 iddianı müdafiə edərək, Cavabdeh ilə 2010-cu ildə el adəti ilə toy edərək 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçdiklərini, birgə nikahlarından bir övladları- 10 aprel 2011-ci il təvəllüdlü X2 doğulduğunu, nikahlarının Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi əsasında pozulduğunu, nikah pozulduqdan sonra övladının onun yanında saxlanılmasının qət edildiyini, eyni zamanda Naxçıvan Şəhər Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh sabit məbləğdə 90 manat alimentin alınıb onun xeyrinə ödənilməsinin qət edildiyini, hal-hazırda həmin məbləğin övladının saxlanılmasına kifayət etmədiyini, övladının maddi tələbatlarının qarşılanmasında xeyli əziyyət çəkdiyini, övladının hazırlıq kurslarında təhsil aldığını, ona görə də, alimentin miqdarının artırılmasını istədiyini, övladının böyüdükcə maddi tələbatlarının artdığını göstərərək, Naxçıvan Şəhər Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək (artırılaraq) Cavabdeh 10 aprel 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə alimentin müəyyən edilərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən İddiaçı2 iddianı müdafiə etdiyini, məhkəmənin qətnaməsi əsasında təyin olunmuş alimentin uşağın saxlanılmasında kifayət etmədiyini, iddiaçının övladının maddi tələbatlarının qarşılanmasında əziyyət çəkdiyini, övladının təhsil aldığını, ona görə də, alimentin miqdarının artırılmasını istədiyini, uşağın böyüdükcə maddi tələbatlarının artdığını göstərərək, Naxçıvan Şəhər Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək (artırılaraq) Cavabdeh 10 aprel 2011ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 193 manat alimentin müəyyən edilərək iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qismən qəbul etdiyini, hazırda işləmədiyini 193 manat alimenti ödəməyə maddi imkanının çatmadığını, uşağının yaxşı yaşamasını istədiyini, ailəli olduğunu, iki övladının da olduğunu, yoldaşının işləmədiyini, təyin olunmuş alimenti ödədiyini, hərdən artıq, yəni 100 manat ödədiyini, qazancı yaxşı olarsa, artıq ödəmək istədiyini, uşağın təlabatlarını başa düşdüyünü, hazırda 120 manat ödəməyə imkanının çatacağını, qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Naxçıvan Şəhər Məhkəməsinin 17 iyun 2016-cı il tarixli, 2(078)-638/2016 nömrəli qətnaməsindən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-28/2012 nömrəli, 15 mart 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh hər ay sabit məbləğdə 90 manat miqdarında alimentin tutularaq 10 aprel 2011ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı1 ödənilməsi qət edilmişdir. AZ-İ seriyalı, 152405 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh ilə X3 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 38 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Babayeva” soyadı verilmişdir. AZ-İİ seriyalı, 664939 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, iş üzrə tərəflərin 10 aprel 2011-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Məhkəmə izahatlara və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmənin qənaətinə görə bu məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarına da təsir etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğ artırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, uşaq böyüdükcə tələbatları artmışdır ki, bu da iş üzrə iddiaçının maddi vəziyyətinə digər yandan mənfi təsir edir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, uşağın saxlanması üçün aliment tutulmasını tələb edən şəxs əvvəlcə müəyyənləşdirilmiş aliment məbləğinin artırılmasını xahiş edir. Ona görə də, aliment məbləği artırılmalıdır. İddia qismən təmin edilərkən nəzərə alınmışdır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iş üzrə yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 140 (yüz qırx) manat miqdarında aliment tutulması məqsədəuyğundur. Yuxarıda göstərilən xüsusatlara görə iddia qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 17 iyun 2016-cı il tarixli, 2(078)-638/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 10 aprel 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 140 (yüz qırx) manat miqdarında aliment tutularaq, anası İddiaçı1 ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qət e t d i:
İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 17 iyun 2016-cı il tarixli, 2(078)-638/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 10 aprel 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 140 (yüz qırx) manat miqdarında aliment tutularaq, anası İddiaçı1 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.