Məhkəmə qərarları › İş №e-2(078)-423/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-423/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-423/2022 18.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Nəsimi rayonu, 628-ci məhəllə, C.Məmmədquluzadə 73 “G” ünvanında yerləşən iddiaçı "X3 Azərbaycan" QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: «X3 Azərbaycan» QSC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh «X3 Azərbaycan» QSC-nin xeyrinə 1583.47 (bir min beş yüz səksən üç manat qırx yeddi qəpik) manat əsas, 7.28 (yeddi manat iyirmi səkkiz qəpik) manat faiz, 0.57 (sıfır manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla cəmi 1591.32 (bir min beş yüz doxsan bir manat otuz iki qəpik) manat məbləğində kredit borcunun, 5 (beş) manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, həmçinin ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 35 (otuz beş) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «X3 Azərbaycan» QSC ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Bank arasında 26.12.2019-cu il ildə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 1789 manat məbləğində pul ayrılmış və о, 60 ay müddətində kreditin əsas məbləği və оna illik 1% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X3 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X3 Azərbaycan» QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc: 1583.47 manat faiz borcu: 7.28 manat cərimə borcu: 0.57 manat cəmi borc: 1591.32 manat təşkil edir. İddiaçı təşkilat sonda Cavabdeh «X3 Azərbaycan» QSC-nin xeyrinə 1583.47 (bir min beş yüz səksən üç manat qırx yeddi qəpik) manat əsas, 7.28 (yeddi manat iyirmi səkkiz qəpik) manat faiz, 0.57 (sıfır manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla cəmi 1591.32 (bir min beş yüz doxsan bir manat otuz iki qəpik) manat məbləğində kredit borcunun, 5 (beş) manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, həmçinin ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 35 (otuz beş) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 26.12.2019-cu il tarixli 264620 nömrəli güzəştli kredit və zaminlik müqaviləsinin surətindən aydın olur ki, “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Bank müştəriyə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1789 manat kredit verməyi, müştəri ilə Bank tərəfindən aparılmış bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqları ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. Borcalan Cavabdeh “X3 Azərbaycan” QSC tərəfindən 25.08.2021-ci il tarixdə bildiriş (pretenziya) göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. 20.12.2021-ci il tarixli Maliyyə arayışından aydın olur ki, “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 26.12.2019-cu il tarixli kredit müqaviləsinin şərtlərinə görə verilmiş 1789 AZN məbləğində kreditə görə 1583.47 (bir min beş yüz səksən üç manat qırx yeddi qəpik) manat əsas, 7.28 (yeddi manat iyirmi səkkiz qəpik) manat faiz, 0.57 (sıfır manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla cəmi 1591.32 (bir min beş yüz doxsan bir manat otuz iki qəpik) manat təşkil edir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 26.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1583.47 (bir min beş yüz səksən üç manat qırx yeddi qəpik) manat əsas, 7.28 (yeddi manat iyirmi səkkiz qəpik) manat faiz, 0.57 (sıfır manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla cəmi 1591.32 (bir min beş yüz doxsan bir manat otuz iki qəpik) manat məbləğində pul iddiaçı “X3 Azərbaycan” QSC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə “X3 Azərbaycan” QSC tərəfindən 23.12.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 ********* nömrəli qəbzlə ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu, və bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 5 (beş) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 16 mart 2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 17 mart 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 26.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1583.47 (bir min beş yüz səksən üç manat qırx yeddi qəpik) manat əsas, 7.28 (yeddi manat iyirmi səkkiz qəpik) manat faiz, 0.57 (sıfır manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla cəmi 1591.32 (bir min beş yüz doxsan bir manat otuz iki qəpik) manat məbləğində pul iddiaçı “X3 Azərbaycan” QSC -nin xeyrinə tutulsun. “X3 Azərbaycan” QSC tərəfindən 29.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 23.12.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 ********* nömrəli qəbzlə ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu, və bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 5 (beş) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar