Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-440/2025 20.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK- 0045856-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 7808,92 (yeddi min səkkiz yüz səkkiz manat 92 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 3326,60 (üç min üç yüz iyirmi altı manat 60 qəpik) manat faiz borcu, 18,27 (on səkkiz manat 27 qəpik) manat cərimə borcu və 1429,03 (bir min dörd yüz iyirmi doqquz manat 03 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 12582,82 (on iki min beş yüz səksən iki manat 82 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehbank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-BK- 0045856-F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “ev təmiri” məqsədilə borcluya 36 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 9400 (doqquz min dördyüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 1.591,08 (bir min beş yüz doxsan bir manat 08 qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 2.797,92 (iki min yeddi yüz doxsan yeddi manat 92 qəpik) manat cəmi 4.389,00 (dörd min üç yüz səksən doqquz manat 00 qəpik) manat məbləğində pul ödənilmişdir. Hal hazırda Cavabdehtəşkilata 7.808,92 (yeddi min səkkiz yüz səkkiz manat 92 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 3.326,60 (üç min üç yüz iyirmi altı manat 60 qəpik) manat faiz borcu və 18,27 (on səkkiz manat 27 qəpik) manat cərimə borcu var. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeharasında xx.xx.2019-cu il tarixli, L-BK0045856-F saylı Kredit Müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər(əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur.Müqavilənin həmin maddəsinə əsasən zərər(əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur.Halhazırda müqaviləyə əsasən hesablanmış zərər(əldən çıxmış fayda) 1.429,03 (bir min dörd yüz iyirmi doqquz manat 03 qəpik) manat təşkil edir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə izahatında cavabdehin 9400 manat məbləğində kredit götürüldüyünü, kredit götürülərkən qızıl əşyalarının 2020-ci ilin mart ayında təşkilata aydın olmuşdur ki, təşkilatın zərgəri qızıl olmayan əşyaların qızıl kimi qiymətli əşya kimi dəyərləndirib saxlanc girovuna götürüb şəxslərə pul verirmiş, sonra pulları bankdan götürüb özünün xərclədiyi məlum olduğunu, sonra o şəxs barəsində prokurorluqda cinayət işinin açıldığını, istintaqın aparıldığını, hökm çıxdığını, hökmdə hərşeyin göstərildiyini, cavabdehin məhkəmədə şahid kimi iştirak etdiyini, zərərçəkmiş olmadığını, hökmün Bakı Ağır cinayətlər məhkəməsi tərəfindən çıxarıldığını, şəxsin 9 il azadlıqdan məhrum edildiyini, cavabdehin özünün öz iradəsi ilə müqavilə bağladığını, müqavilənin şərtlərinin yerinə gətirilmədiyini, öhdəliyin icra edilmədiyini, əldən çıxmış fayda barədə bildirmişdir ki, əgər ödəniş olmasa iş məhkəməyə getsə əsas borcun faizi qədər əldən çıxmış fayda olaraq hesablanacaqdır, kreditin 36 aylıq götürüldüyünü, faizlərin hesablanmasının dayanma tarixinin müqavilənin son tarixində dayandığını, 2022-ci ildən bəri faiz hesablanmadığını, bu səbəbdən əldən çıxmış fayda olaraq məbləğ tələb etdiyini, ekspertizaya göndərilməsinə etiraz etmədiyini, hesablanan faizin 2022-ci ilə qədər hesablandığını, cərimənin az olma səbəbi humanistlik prinsipi ilə əlaqədar olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 izahatında Bankın zərgərinin onların adına saxta qızıl qoyduğunu, özünün pul götürülmədiyini, zərgərin onların adından saxta qızıllar götürərək bankdan pul götürdüyünü, zərgər barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün çıxdığını, özünün orada zərərçəkmiş olduğunu, şəxsin həbs edildiyini, özünün də başqa şəxslərindən adından istifadə edərək bankdan pullar götürüb xərclədiyini, şəxsin adının Mirəhməd olduğunu bildirmişdir. Məhkəmə iclasında mütəxəssiz qismində iştirak edən Rasim Quluzadə izahatında texniki səhvlik olduğunu, o sualın ümumiyyətlə araşdırılmadığını, əlavə ekspertiza təyin edilməsini xahiş edərək rəydə əldən çıxmış faydanın qeyd ediləcəyini bildirişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın ərizəsini, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Hazırki iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarına əlavə xx.xx.2019-cu il tarixli, L-BK-0045856-F saylı İstehlak Krediti Müqavilələrindən aydın olur ki, həqiqətən İddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh arasında qeyd olunan Kredit Müqavilələri bağlanmış və onlar üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit Müqaviləsinin şərtinə əsasən, bank tərəfindən X1 36 aymüddətinə, illik 36 faiz dərəcəsi ilə hesablanmaqla 9400 manat məbləğində nağd krediti verilmişdir. İş materiallarında İddiaçı BOKT "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən, Cavabdeh banka xx.xx.2019-cu il tarixli, L-BK-0045856-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 7808,92 (yeddi min səkkiz yüz səkkiz manat 92 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 3326,60 (üç min üç yüz iyirmi altı manat 60 qəpik) manat faiz borcu, 18,27 (on səkkiz manat 27 qəpik) manat cərimə borcu və 1429,03 (bir min dörd yüz iyirmi doqquz manat 03 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 12582,82 (on iki min beş yüz səksən iki manat 82 qəpik) manat məbləğində kredit borcu mövcuddur. Kredit Müqaviləsinin şərtinə əsasən, bank tərəfindən X5 36 ay müddətinə, illik 36 faiz dərəcəsi ilə hesablanmaqla 9400 manat məbləğində nağd kredit verilmişdir. Kredit Müqaviləsinə əlavədən müəyyən edilir ki, onlar Kredit Müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. Cavabdeh banka olan borcun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə bildiriş məktubları göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən Kredit Müqavilələrinin şərtləri yerinə yetirilməmişdir. Mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2025ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi xx.xx.2022-ci il tarixli 1(101)-395/2022 saylı Hökmünü Naxçıvan Şəhər Məhkəməsə təqdim etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi xx.xx.2022-ci il tarixli 1(101)-395/2022 saylı hökmündə hökm edilmişdir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X6 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X3 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 4 may 2021-ci il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 600 manat X2 tutularaq dövlət nəfinə keçirilsinX3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan "xxxx" MMC tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş 28,16 qram 585 əyarlı qızıl, 138,69 qram 925 əyarlı gümüş, 184,22 qram üzərində 750 əyarlı qızıl təbəqə çəkilmiş əlvan metal ərintisi, 86,41 qram qızıl-gümüş-mis-sink ərintisi hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə olunsun və zərərçəkmiş şəxs "xxxx" MMC-yə dəymiş maddi ziyanın ödənilməsinə yönəldilərək icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin; -Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 106,60 qram qiymətsiz əlvan metal və dəmir əsaslı ərinti qarışığı, 3780,42 qram qiymətsiz əlvan metal ərintisi, 11873,64 qramı dəmir əsaslı ərinti dəyəri olmadığı üçün Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-349/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarında məhkum olunmuş şəxs X3 müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 1(101)-395/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilməsi, hökmlə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 09 (doqquz) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi ) il 6 (altı) aya endirilməsi, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmasına qərar verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-1266/2024 saylı qərarında məhkum X6 tərəfindən ayrılıqda, məhkum və müdafiəçisi X8 tərəfindən birgə verilmiş kassasiya şikayətləri təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-349/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərarı verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(078)-440/2025 saylı qərardadı ilə İddiaçı BOKT İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ekspert qarşısında suallar qoyulmuşdur. BOKT İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2019-cu il tarixli, L-BK-0045856-F nömrəli Kredit Müqaviləsi üzrə yaranan öhdəliklər kreditor və borcalan tərəfindən tam icra edilmişdirmi? - Müqavilədən əmələ gələn öhdəliklər borcalan tərəfindən tam icra edilməmişsə, müqavilə öhdəliklərinə əsasən borcalanın iddianın verildiyi tarixə nə qədər əsas, faiz və cərimə borcu qalmışdır? - İddia qadırılana-03 fevral 2025-ci il tarixə qədər hər bir ay üzrə əsas borc və faiz borcu düzgün hesablanmışdırmı? - Cavabdehin banka ödədiyi ümumi məbləğ nə qədərdir və həmin məbləğin hansı hissəsi kredit müqaviləsinə uyğun olaraq əsas borc, faiz borcu və cərimə borcuna çıxılmalı idi? -Tərəflər arasında bağlanmış müqavilənin bəndlərinə əsasən iddia tələbində qeyd edilən əldən çıxmış fayda düzgün hesablanmışdırmı? Hesablanmamışdırsa düzgün hesablanmalı olan məbləğ nə qədər təşkil edir? Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(078)-440/2025 saylı qərardadı ilə İddiaçı BOKT İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə icraat iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Mülki iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2025-ci il tarixli, 706 saylı məhkəmə ekspertizasına dair rəyindən məlum olmuşdur ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, maliyyə arayışı və 05 aprel 2019-cu il tarixli, L-BK-0045856-F saylı kredit müqaviləsinə əsasən, Cavabdeh, BOKT "xxxx" MMCnə kredit üzrə xx.xx.2025-ci il tarixe (sualda göstərilən tarix) olan əsas borcu 7808,92 (yeddi min səkkiz yüz səkkiz manat, doxsan iki qəpik) manat, faiz borcu 3326,60 (üç min üç yüz iyirmi altı manat, altmış qəpik) manat olmaqla, BOKT "xxxx" MMC -nə ümumilikdə borcu 11135,52 (on bir min yüz otuz beş manat əlli iki qəpik) manat təşkil edir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(078)-440/2025 saylı qərardadı ilə iddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(078)-440/2025 saylı qərardadı ilə İddiaçı BOKT İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə iddiaçı BOKT İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ekspert qarşısında aşağıdakı suallar qoyulsun: -Tərəflər arasında bağlanmış müqavilənin bəndlərinə əsasən iddia tələbində qeyd edilən əldən çıxmış fayda düzgün hesablanmışdırmı? Hesablanmamışdırsa düzgün hesablanmalı olan məbləğ nə qədər təşkil edir? Mülki iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2025-ci il tarixli, 1042 saylı məhkəmə ekspertizasına dair rəyindən məlum olmuşdur ki, tərəflər arasında bağlanmış 05 aprel 2019-cu il tarixli, L-BK-0045856-F saylı kredit müqaviləsinin bəndlərinə əsasən hesablanmalı olan əldən çıxmış fayda (zərər) məbləği 1405,81 (bir min dörd yüz beş manat, səksən bir qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Eyni zamanda, qeyd edilməlidir ki, Mülki Məcəllənin 331.3-cü maddəsi ilə müəyyən edilmiş "Əqdlərin bağlanması zamanı ... şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir" müddəası həm bağlanması nəzərdə tutulan əqdlərin, həm də belə əqdlərin bağlanması üçün nəzərdə tutulan digər sənədlərin (əqdlərin) imzalanmasını ehtiva edə bilər. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bu Qərarda əks olunmuş hüquqi mövqelər müqavilələrin bağlanması üçün qanunvericiliklə tələb olunan əlaqəli sənədlərin imzalanması ilə bağlı münasibətlərə də şamil edilir. Həmin sənədlərin imzalanması zamanı tərəflərin iradəsi dəqiq, birmənalı, aydın və sui-istifadəni istisna edən şəkildə ifadə olunmalıdır. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0045856-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 7808,92 (yeddi min səkkiz yüz səkkiz manat doxsan iki qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 3326,60 (üç min üç yüz iyirmi altı manat altmış qəpik) manat faiz borcu, 18,27 (on səkkiz manat iyirmi yeddi qəpik) manat cərimə borcu və 1405,81 (bir min dörd yüz beş manat, səksən bir qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 12559,6 (on iki min beş yüz əlli doqquz manat altmış qəpik) manat məbləğində kredit borcu alınaraq BOKT "xxxx" MMC-yə verilməlidir. Məhkəmə əldən çıxmış faydaya münasibətdə qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı BOKT "xxxx" MMC tərəfindən 28 yanvar 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 128 manat dövlət rüsumunun 127 (bir yüz iyirmi yeddi manat) hissəsi Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 238, 241, 242-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh 7808,92 (yeddi min səkkiz yüz səkkiz manat doxsan iki qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 3326,60 (üç min üç yüz iyirmi altı manat altmış qəpik) manat faiz borcu, 18,27 (on səkkiz manat iyirmi yeddi qəpik) manat cərimə borcu və 1405,81 (bir min dörd yüz beş manat, səksən bir qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 12559,6 (on iki min beş yüz əlli doqquz manat altmış qəpik) manat məbləğində kredit borcu alınaraq BOKT "xxxx" MMC-yə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı BOKT "xxxx" MMC tərəfindən 28 yanvar 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 128 manat dövlət rüsumunun 127 (bir yüz iyirmi yeddi manat hissəsi) Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamə onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-440/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-440/2025
20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver