Məhkəmə qərarları › İş №e-2(078)-452/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-452/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-452/2022 13.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********78 nömrəli xx.xx.2020-ci tarixli Kredit müqaviləsi üzrə əsas borc üzrə 11835.54 (on bir min səkkiz yüz otuz beş manat əlli dörd qəpik) manat, faiz borcu üzrə 347.69 (üç yüz qırx yeddi manat altmış doqquz qəpik) manat olmaqla, cəmi 12183.23 (on iki min yüz səksən üç manat iyirmi üç qəpik) manatın tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 126.95 (yüz iyirmi altı manat doxsan beş qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********78 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 20 faiz dərəcəsi ilə 48 ay müddətinə 12900 AZN kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən BPM**********78 nömrəli xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 11835.54 AZN, faiz borcu üzrə 347.69 AZN olmaqla, cəmi 12183.23 AZN borcu mövcuddur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təşkilat məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş iddiaçının nümayəndəsi Nümayəndə2 13 iyun 2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə icraatda olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair e- 2(078)-452/2022 saylı mülki iş olduğunu, qeyd edilən mülki iş üzrə xx.xx.2022-ci il tarixinə məhkəmə baxış iclasının təyin edildiyini, həmin tarixə məhkəmə poseslərinin çox olması səbəbinə görə baxış iclasında iştiraklarının təmin edilməsinin qeyri mümkün olduğunu, qeyd edilənləri nəzərə alaraq iclasın iştirakları olmadan keçirilməsini və iddia tələblərinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin qeyd olunan ərizələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. 13 iyun 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddia qaldırdığını, onun iddia ərizəsinin surətini aldığını, iddianı qəbul etdiyini, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 11835.54 (on bir min səkkiz yüz otuz beş manat əlli dörd qəpik) manat, faiz borcu üzrə 347.69 (üç yüz qırx yeddi manat altmış doqquz qəpik) manat olmaqla cəmi 12183.23 (on iki min yüz səksən üç manat iyirmi üç qəpik) manat borcunun olduğunu etiraf etdiyini qeyd edərək ərizənin nəzərə alaraq müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının cavabdehlə aralarında olan kredit müqaviləsi əsasında Cavabdeh yaranmış borcun qaytarılmasını tələb etməsi işin mübahisəli halıdır. Məhkəmə işin mübahisəli hallarını cavabdehin etirafını nəzərə alaraq məhkəməyə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının borcun qaytarılmasına dair hissədə tələbi cavabdeh tərəfindən etiraf olunduğundan həmçinin iş materialları ilə təsdiq edildiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsinə dair verdiyi ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 126.95 (yüz iyirmi altı manat doxsan beş qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 126.95 (yüz iyirmi altı manat doxsan beş qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin edilməli; - BPM**********78 nömrəli xx.xx.2020-ci tarixli kredit müqaviləsi üzrə 11835.54 (on bir min səkkiz yüz otuz beş manat əlli dörd qəpik) manat əsas borc, 347.69 (üç yüz qırx yeddi manat altmış doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 12183.23 (on iki min yüz səksən üç manat iyirmi üç qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; - 126.95 (yüz iyirmi altı manat, doxsan beş qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. BPM**********78 nömrəli xx.xx.2020-ci tarixli kredit müqaviləsi üzrə 11835.54 (on bir min səkkiz yüz otuz beş manat əlli dörd qəpik) manat əsas borc, 347.69 (üç yüz qırx yeddi manat altmış doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 12183.23 (on iki min yüz səksən üç manat iyirmi üç qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 126.95 (yüz iyirmi altı manat, doxsan beş qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar