Məhkəmə qərarları › İş №e-2(078)-465/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-465/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-465/2022 06.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə 22.11.2019-cu il tarixli, GTKR1642561A130 saylı kredit müqaviləsinə əsasən 2213.87 AZN əsas; 386.93 AZN faiz; cəmi 2600.80 AZN məbləğində borcun, 22.11.2019cu il tarixli, BRED1642562A130 saylı kredit xətti müqaviləsinə əsasən 155.23 AZN əsas; 32.25 AZN faiz; cəmi 187.48 AZN borcun və ödənilmiş 47.88 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "Kapital Bank” ASC ərizəni onunla əsaslandırmışdır ki, Kapital Bank” ASC ilə Cavabdeh arasında bağlanmış 22.11.2019-cu il tarixli, GTKR1642561A130 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 26.9 faiz dərəcəsi ilə 3900 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22.11.2019cu il tarixli, BRED1642562A130 saylı kredit xətti müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 17.03.2022-ci il tarixə İddiaçı ASC-nə 22.11.2019-cu il tarixli, GTKR1642561A130 saylı kredit müqaviləsinə əsasən 2213.87 AZN əsas; 386.93 AZN faiz; cəmi 2600.80AZN borcu, 22.11.2019-cu il tarixli, BRED1642562A130 saylı kredit xətti müqaviləsinə əsasən 155.23 AZN əsas; 32.25 AZN faiz; cəmi 187.48 AZN borcu yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda Cavabdeh "Kapital Bank" ASCnin xeyrinə 22.11.2019-cu il tarixli, GTKR1642561A130 saylı kredit müqaviləsinə əsasən 2213.87 AZN əsas; 386.93 AZN faiz; cəmi 2600.80 AZN məbləğində borcun, 22.11.2019cu il tarixli, BRED1642562A130 saylı kredit xətti müqaviləsinə əsasən 155.23 AZN əsas; 32.25 AZN faiz; cəmi 187.48 AZN borcun və ödənilmiş 47.88 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "Kapital Bank” ASC ilə Cavabdeh arasında bağlanmış 22.11.2019-cu il tarixli, GTKR1642561A130 saylı Kredit Müqaviləsinin şərtinə əsasən Cavabdeh 36 ay müddətinə illik 26.9 faiz dərəcəsi ilə 3900 AZN kredit verilmişdir. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. "Kapital Bank” ASC ilə Cavabdeh arasında bağlanmış 22.11.2019-cu il tarixli, BRED1642562A130 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 AZN məbləğində kredit verilmişdir. 29.03.2022-ci il tarixli maliyyə arayışına əsasən 17.03.2022-ci il tarixə olan borcu 22.11.2019-cu il tarixli, GTKR1642561A130 saylı kredit müqaviləsinə əsasən 2213.87 AZN əsas; 386.93 AZN faiz; cəmi 2600.80 AZN məbləğində borcun, 22.11.2019-cu il tarixli, BRED1642562A130 saylı kredit xətti müqaviləsinə əsasən 155.23 AZN əsas; 32.25 AZN faiz; cəmi 187.48 AZN təşkil etmişdir. Cavabdeh "Kapital Bank” ASC tərəfindən 08.10.2021-ci il tarixdə bildiriş məktubu göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh Cavabdeh 22.11.2019-cu il tarixli, GTKR1642561A130 saylı kredit müqaviləsinə əsasən 2213.87 AZN əsas; 386.93 AZN faiz; cəmi 2600.80 AZN, 22.11.2019-cu il tarixli, BRED1642562A130 saylı kredit xətti müqaviləsinə əsasən 155.23 AZN əsas; 32.25 AZN faiz; cəmi 187.48 AZN məbləğində kredit borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" ASC tərəfindən 28.03.2022-ci il tarixdə X3 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 47.88 (qırx yeddi manat səksən səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı təşkilata qaytarılsın. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 04.04.2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 06.04.2022-ci il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh 22.11.2019-cu il tarixli, GTKR1642561A130 saylı kredit müqaviləsinə əsasən 2213.87 (iki min iki yüz on üç manat səksən yeddi qəpik) AZN əsas; 386.93 (üç yüz səksən altı manat doxsan üç qəpik) AZN faiz; cəmi 2600.80 (iki min altı yüz manat səksən qəpik) AZN, 22.11.2019-cu il tarixli, BRED1642562A130 saylı kredit xətti müqaviləsinə əsasən 155.23 (bir yüz əlli beş manat iyirmi üç qəpik) AZN əsas; 32.25 (otuz iki manat iyirmi beş qəpik) AZN faiz; cəmi 187.48 (yüz səksən yeddi manat qırx səkkiz qəpik) AZN məbləğində kredit borcu iddiaçı "Kapital Bank" ASC-nin xeyrinə tutulsun. "xxxx" ASC tərəfindən 28.03.2022-ci il tarixdə X3 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 47.88 (qırx yeddi manat səksən səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar