Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-474/2022 06.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 44 Caspian Plaza 3, 8-ci mərtəbədə yerləşən İddiaçı QBKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı borc tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: "xxxx" MMM QBKT ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4167.37 AZN, faiz borcuna görə 583.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 4750.37 (dörd min yeddi yüz əlli manat, otuz yeddi qəpik) AZN məbləğində borcun və 67.50 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMM QBKT tələbini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh3 arasında bağlanmış 10.11.2020-cu il tarixli **********9722 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 26.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6000 (altı min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 325 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********9***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2, **********9***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 18.03.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh3 əsas borc üzrə 4167.37 AZN, faiz borcuna görə 583.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 4750.37 dröd) min yeddi yüz əlli manat, otuz yeddi qəpik) AZN təşkil edir. İddiaçı təşkilat sonda qanunvericiliyin müvafiq maddələrinə istinad edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4167.37 AZN, faiz borcuna görə 583.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 4750.37 (dörd min yeddi yüz əlli manat, otuz yeddi qəpik) AZN məbləğində borcun və 67.50 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 10.11.2020-cu il tarixli **********9722 saylı kredit müqaviləsindən belə müəyyən olunur ki, həmin tarixdə iddiaçı təşkilat "xxxx" MMM QBKT ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən "xxxx" MMM QBKT tərəfindən cavabdehə biznes məqsədləri ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 26.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6000 (altı min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 325 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. 10.11.2020-cu il tarixli **********9***-******* saylı Zaminlik Müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh3 ilə Bank arasında bağlanmış Kredit müqaviləsinin üzrə kredit öhdəliyinin təmin edilməsi şərtilə "xxxx" MMM QBKT ilə Cavabdeh2 və Cavabdeh1 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan 18.03.2022-ci il tarixli maliyyə arayışından belə müəyyən olunur ki, 10.11.2020-cu il tarixli **********9722 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 həmin tarixə "xxxx" MMM QBKT-yə əsas borc üzrə 4167.37 AZN, faiz borcuna görə 583.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 4750.37 (dörd min yeddi yüz əlli manat, otuz yeddi qəpik) AZN borcu yaranmışdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 06 aprel 2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 07 aprel 2022-ci il tarixdə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 bildiriş göndərmişdir. Lakin cavabdehlər 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10.11.2020-cu il tarixli **********9722 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 4167.37 AZN, faiz borcuna görə 583.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 4750.37 (dörd min yeddi yüz əlli manat, otuz yeddi qəpik) AZN məbləğində borc iddiaçı "xxxx" MMM QBKT-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" MMM QBKT tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına 05.04.2022-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 67.5 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10.11.2020-cu il tarixli **********9722 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 4167.37 AZN, faiz borcuna görə 583.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 4750.37 (dörd min yeddi yüz əlli manat, otuz yeddi qəpik) AZN məbləğində borc iddiaçı "xxxx" MMM QBKT-nin xeyrinə tutulsun. "xxxx" MMM QBKT tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına 05.04.2022-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 67.5 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-474/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-474/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver