Məhkəmə qərarları › İş №e-2(078)-488/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-488/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-488/2024 01.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: İddiaçı X1 Bank Kredit Təşkilatı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2646.77 AZN, faiz borcuna görə 82 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 2728.77 (iki min yeddi yüz iyirmi səkkiz manat yetmiş yeddi qəpik) AZN məbləğində borcun və 47.29 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 Bank Kredit Təşkilatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında 18 may 2021-ci il tarixli, **********4774 saylı Kredit Müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaxşıladırılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verildiyini, həmin Kredit Müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 276 AZN olmaqla, bərabər hissələrdə ödəniş etməsinin razılaşdırıldığını, kredit məbləğinin kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edildiyini, həmçinin Kredit Müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********4***-******* saylı Zaminlik Müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözügedən Kredit Müqaviləsinin tərəfi olduğunu, həmçinin 18 may 2021-ci il tarixli, **********4774 saylı Kredit Müqaviləsinin 18 fevral 2022-ci il tarixli, **********0881 saylı hesab nömrəli Sazişlə restrukturizasiya olunduğunu və öhdəliyin icra olunmamış hissəsinin, əsas borc üzrə 3726 AZN, faiz borcu üzrə 0.00 AZN, cərimə borcu üzrə 0.00 AZN müəyyən edildiyini, tərəflər arasında bağlanmış Kredit Müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin borcalan tərəfindən ödənilməsinin nəzərdə tutulduğunu, lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, beləliklə 16 yanvar 2024-cü il tarixə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 2646.77 AZN, faiz borcuna görə 82 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi borcunun 2728.77 (iki min yeddi yüz iyirmi səkkiz manat yetmiş yeddi qəpik) AZN təşkil etdiyini, bunları nəzərə alaraq, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2646.77 AZN, faiz borcuna görə 82 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 2728.77 (iki min yeddi yüz iyirmi səkkiz manat yetmiş yeddi qəpik) AZN məbləğində borcun və 47.29 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 18 may 2021-ci il tarixli, **********4774 nömrəli Kredit Müqaviləsinin 1.1, 1.2, 1.3, 1.5 və 5.1-ci bəndlərinə əsasən, bu müqaviləyə əsasən kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 5000 manat məbləğində pul vəsaitini verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində 28% illik faiz hesablanacaqdır və nominal faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır. Kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 3%-i miqdarında komissiya ödəyir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 32% təşkil edir. Kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. İddiaçı X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 18 may 2021ci il tarixli, **********4***-******* nömrəli Zaminlik Müqaviləsinin 1-ci və 2-ci bəndlərinə əsasən, zamin kredit alan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və kredit alan kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. 18 may 2021-ci il tarixli, **********4774 saylı Kredit Müqaviləsinin restrukturizasiyasına dair 18 fevral 2022-ci il tarixli, **********0881 saylı Sazişə əsasən, bu sazişin imzalandığı tarixə əsas qalıq borc məbləği 3726 manat təşkil edir. 3726 manat məbləğ 27 ay müddətinə tamamilə ödəniləcəkdir. 16 yanvar 2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 İddiaçı X1 Bank Kredit Təşkilatına əsas borc üzrə 2646.77 AZN, faiz borcuna görə 82 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla, cəmi 2728.77 AZN məbləğində borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 15 fevral 2024-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 15 fevral 2024-cü il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Lakin cavabdehlər 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı X1 Bank Kredit Təşkilatının xeyrinə əsas borc üzrə 2646.77 (iki min altı yüz qırx altı manat yetmiş yeddi qəpik) manat və faiz borcuna görə 82 (səksən iki) manat olmaqla, cəmi 2728.77 (iki min yeddi yüz iyirmi səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində borc və 47.29 (qırx yeddi manat iyirmi doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Belə ki, 16 yanvar 2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 İddiaçı X1 Bank Kredit Təşkilatına əsas borc üzrə 2646.77 AZN, faiz borcuna görə 82 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla, cəmi 2728.77 AZN məbləğində borcu vardır. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı X1 Bank Kredit Təşkilatının xeyrinə əsas borc üzrə 2646.77 (iki min altı yüz qırx altı manat yetmiş yeddi qəpik) manat və faiz borcuna görə 82 (səksən iki) manat olmaqla, cəmi 2728.77 (iki min yeddi yüz iyirmi səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində borc və 47.29 (qırx yeddi manat iyirmi doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar