Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-499/2022 13.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə 25.12.2020-ci il tarixli, GTKR3310643A299 saylı kredit müqaviləsinə əsasən 1401.66 (bir min dörd yüz bir manat altmış altı qəpik) manat əsas, 259.77 (iki yüz əlli doqquz manat yetmiş yeddi qəpik) manat faiz, cəmi 1661.43 (bir min altı yüz altmış bir manat qırx üç qəpik) manat məbləğində borcun, 03.02.2020- ci il tarixli, BBLK1777564A500 saylı kredit xətti müqaviləsinə əsasən 2295.83 (iki min iki yüz doxsan beş manat səksən üç qəpik) manat əsas, 410.16 (dörd yüz on manat on altı qəpik) manat faiz, cəmi 2705.99 (iki min yeddi yüz beş manat doxsan doqquz qəpik) manat borcun və ödənilmiş 63.67 (altmış üç manat altmış yeddi qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "Kapital Bank” ASC ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 25.12.2020-ci il tarixli, GTKR3310643A299 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 24.71 faiz dərəcəsi ilə 1500 AZN məbləğində kredit verilmişdir. Yəni kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 03.02.2020-ci il tarixli, BBLK1777564A500 saylı kredit xətti müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2300 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 17.03.2022-ci il tarixə İddiaçı ASC-nə 25.12.2020-ci il tarixli, GTKR3310643A299 saylı kredit müqaviləsinə əsasən 1401.66 manat əsas, 259.77 manat faiz, cəmi 1661.43 manat, 03.02.2020- ci il tarixli, BBLK1777564A500 saylı kredit xətti müqaviləsinə əsasən 2295.83 manat əsas, 410.16 manat faiz, cəmi 2705.99 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda Cavabdeh "Kapital Bank" ASCnin xeyrinə 25.12.2020-ci il tarixli, GTKR3310643A299 saylı kredit müqaviləsinə əsasən 1401.66 manat əsas, 259.77 manat faiz, cəmi 1661.43 manat məbləğində borcun, 03.02.2020- ci il tarixli, BBLK1777564A500 saylı kredit xətti müqaviləsinə əsasən 2295.83 manat əsas, 410.16 manat faiz, cəmi 2705.99 manat borcun və ödənilmiş 63.67 (altmış üç manat altmış yeddi qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "Kapital Bank” ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 25.12.2020-ci il tarixli, GTKR3310643A299 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 24.71 faiz dərəcəsi ilə 1500 AZN məbləğində kredit verilmişdir. Yəni kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. "Kapital Bank” ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 03.02.2020-ci il tarixli, BBLK1777564A500 saylı kredit xətti müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2300 AZN məbləğində kredit verilmişdir. Cavabdeh "Kapital Bank” ASC tərəfindən 25.09.2021-ci il tarixdə bildiriş məktubu göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 25.12.2020-ci il tarixli, GTKR3310643A299 saylı kredit müqaviləsinə əsasən 1401.66 manat əsas, 259.77 manat faiz, cəmi 1661.43 manat, 03.02.2020- ci il tarixli, BBLK1777564A500 saylı kredit xətti müqaviləsinə əsasən 2295.83 manat əsas, 410.16 manat faiz, cəmi 2705.99 manat məbləğində kredit borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" ASC tərəfindən 28.03.2022-ci il tarixdə X3 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 63.67 (altmış üç manat altmış yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı təşkilata qaytarılmalıdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 13.04.2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 15.04.2022-ci il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh 25.12.2020-ci il tarixli, GTKR3310643A299 saylı kredit müqaviləsinə əsasən 1401.66 (bir min dörd yüz bir manat altmış altı qəpik) manat əsas, 259.77 (iki yüz əlli doqquz manat yetmiş yeddi qəpik) manat faiz, cəmi 1661.43 (bir min altı yüz altmış bir manat qırx üç qəpik) manat məbləğində borcun, 03.02.2020- ci il tarixli, BBLK1777564A500 saylı kredit xətti müqaviləsinə əsasən 2295.83 (iki min iki yüz doxsan beş manat səksən üç qəpik) manat əsas, 410.16 (dörd yüz on manat on altı qəpik) manat faiz, cəmi 2705.99 (iki min yeddi yüz beş manat doxsan doqquz qəpik) manat məbləğində kredit borcu iddiaçı "Kapital Bank" ASC-nin xeyrinə tutulsun. "xxxx" ASC tərəfindən 28.03.2022-ci il tarixdə X3 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 63.67 (altmış üç manat altmış yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-499/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-499/2022
13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver