Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-502/2022 19.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Culfa Rayon Məhkəməsinin 10 mart 2010-cu il tarixli, 2(089)-10/2010 nömrəli qətnaməsində nəzərdə tutulan alimentin miqdarının artırılaraq Cavabdeh 05 may 2008-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə edərək, tərəflərin 18 iyul 2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduqlarını, birgə nikahlarından bir övladları- 05 may 2008-ci il təvəllüdlü X7 doğulduğunu, tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən Culfa Rayon Məhkəməsinin 2(089)-10/2010 nömrəli qətnaməsinə əsasən nikahlarının pozulduğunu, azyaşlı 05 may 2008-ci il təvəllüdlü X7 iddiaçının yanında saxlanıldığını, Culfa rayonu, Ərəfsə kənd sakini Cavabdeh uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 30 manat, Cavabdeh işlədiyi (qazancı, gəliri olduğu) təqdirdə isə, qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsinin tutularaq 05 may 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 ödənilməsi barədə qətnamə qəbul edildiyini, uşağın iddiaçının himayəsində yaşadığını, cavabdehin ödədiyi bir uşağa 30 manat alimentin uşağın maddi tələbatını qarşılamağa bəs etmədiyini, uşağın onun təhsilinə və digər xərclərinə pul lazım olan yaş həddində olduğunu, uşağın saxlanmasına müəyyən olunmuş alimentin uşağın saxlanılma xərcini ödəmədiyini, uşağın yaşı artdıqca xərclərinin də artdığını, bu gün verilən alimentin uşağın təminatını qarşılamadığını, cavabdehin hazırda fərdi təsərrüfatla məşğul olduğunu, yaxşı qazanc əldə etdiyini, bugünki gün bir uşağın saxlanılması üçün ayda 193 (yüz doxsan üç) manat alimentin yetərli olacağını və cavabdehin də bu məbləği ödəmək imkanının olduğunu hesab etdiklərini, Birgülün də işlədiyini, valideyninin evində qaldığını, uşağın isə internat məktəbində oxuduğunu göstərərək, Culfa Rayon Məhkəməsinin 10 mart 2010-cu il tarixli, 2(089)-10/2010 nömrəli qətnaməsində nəzərdə tutulan alimentin miqdarının artırılaraq Cavabdeh 05 may 2008-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qismən qəbul etdiyini, kənd təsərrüfatı ilə məşğul olduğunu, yenidən evləndiyini, yoldaşının işləmədiyini, 3 uşağının olduğunu, iddiaçının da evləndiyini, iddiaçıdan olan uşağının internat məktəbində oxuduğunu, xərclərini məktəbin qarşıladığını, dəmiryolunda işləyən zaman əmək haqqından ayda 80 manat aliment ödədiyini, yanvar ayından işinin olmadığını, 80 manat alimenti ödəyə bilmədiyini, ona görə iddiaçının iddia qaldırdığını, 193 manat alimenti ödəməyə maddi imkanının çatmadığını, ayda 100 manat aliment ödəyə biləcəyini, qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Culfa Rayon Məhkəməsinin 10 mart 2010-cu il tarixli, 2(089)-10/2010 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə X4 arasında Culfa rayon Ərəfsə kənd İcra Nümayəndəliyində 18 iyul 2007-ci il tarixdə bağlanmış nikah pozulmuş, 05 may 2008-ci il tarixdə anadan olmuş X12 anası X1 yanında saxlanılmış, Culfa rayon Ərəfsə kənd sakini Cavabdeh 10 mart 2010-cu il tarixdən başlamaqla hər ay sabit pul məbləğində 30 (otuz) manat, Cavabdeh işlədiyi (qazancı, gəliri olduğu) təqdirdə isə qazancının (başqa gəlirlərinin) dördə bir hissəsinin tutularaq 05 may 2008-cı il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 ödənilməsi qət edilmişdir. AZ-İ seriyalı, 168033 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh ilə X5 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Seyidova” soyadı verilmişdir. AZ-İİ seriyalı, 163890 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, iş üzrə tərəflərin 05 may 2008-ci il tarixdə X12 adlı uşaqları doğulmuşdur. Məhkəmə izahatlara və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmənin qənaətinə görə bu məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarına da təsir etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğ artırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, uşaq böyüdükcə tələbatları artmışdır ki, bu da iş üzrə iddiaçının maddi vəziyyətinə digər yandan mənfi təsir edir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, uşağın saxlanması üçün aliment tutulmasını tələb edən şəxs əvvəlcə müəyyənləşdirilmiş aliment məbləğinin artırılmasını xahiş edir. Ona görə də, aliment məbləği artırılmalıdır. İddia qismən təmin edilərkən nəzərə alınmışdır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iş üzrə yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 100 (yüz) manat miqdarında aliment tutulması məqsədəuyğundur. Yuxarıda göstərilən xüsusatlara görə iddia qismən təmin edilməli, Culfa Rayon Məhkəməsinin 10 mart 2010-cu il tarixli, 2(089)-10/2010 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 05 may 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 (yüz) manat miqdarında aliment tutularaq, anası İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qət e t d i:
İddia qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin 10 mart 2010-cu il tarixli, 2(089)-10/2010 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 05 may 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 100 (yüz) manat miqdarında aliment tutularaq, anası İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.