Məhkəmə qərarları › İş №e-2(078)-502/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-502/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-502/2023 01.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 17 yanvar 2020-ci il tarixli, İK1701/06 saylı kredit müqaviləsinə əsasən 30 yanvar 2023-cü il tarixə olan 2348.40 (iki min üç yüz qırx səkkiz manat qırx qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 43.48 (qırx üç manat qırx səkkiz qəpik) manat dövlət rüsumunun birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı təşkilatın nümayəndəsi qismində izahat verən Nümayəndə iddia tələbini müdafiə etdiklərini, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, İK1701/06 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 12000 (on iki min) manat məbləğində istehlak krediti verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 17 yanvar 2020-ci il tarixli, ZM1701/06 saylı zaminlik müqaviləsi bağlandığını, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı iddia qaldırdığını, Naxçıvan Şəhər Məhkəməsinin qərarına əsasən borclular Cavabdeh2 və Cavabdeh1 02 dekabr 2021-ci il tarixə olan 1358.16 (bir min üç yüz əlli səkkiz manat on altı qəpik) manat gecikdirilmiş faiz borcu, 3254.55 (üç min iki yüz əlli dörd manat əlli beş qəpik) manat gecikdirilmiş əsas borc, 39.53 (otuz doqquz manat əlli üç qəpik) manat faiz borcu, 5398.67 (beş min üç yüz doxsan səkkiz manat altmış yeddi qəpik) manat əsas borc olmaqla, ümumilikdə 10050.91 (on min əlli manat doxsan bir qəpik) manat kredit borcunun tutulmasının tələb olunduğunu və iddianın təmin edildiyini, borclular Cavabdeh2 və Cavabdeh1 tərəfindən məhkəmə qətnaməsi üzrə çıxarılmış icra vərəqəsinin tam icra olunduğunu, buna baxmayaraq bank kredit sistemi üzrə faizlərin hesablanması dayanmadığından borclulardan faiz üzrə 30 yanvar 2023-cü il tarixə olan 2348.40 (iki min üç yüz qırx səkkiz manat qırx qəpik) manat borcun tutulması zərurətinin yarandığını, borcalanın bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, bu səbəbdən tərəflərindən borcalanla dəfələrlə telefonla əlaqə saxlanılaraq, borcalan və zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləğinin dəqiq göstərilməklə, borcun icrasının tələb edildiyini, Cavabdeh2 tərəflər arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, İK1701/06 saylı kredit müqaviləsinə əsasən 30 yanvar 2023-cü il tarixə 2348.40 (iki min üç yüz qırx səkkiz manat qırx qəpik) manat faiz borcu öhdəliyinin olduğunu, 25 noyabr 2022-ci ildə axırıncı ödənişin olduğunu, lakin faiz qaldığını, borcluların 03 mart 2022-ci ildə qəbul olunmuş qətnaməni 2022-ci ilin sentyabr ayında icra etdiklərini, bu səbəbdən əsas borca münasibətdə faizin hesablandığını, bunları nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 17 yanvar 2020-ci il tarixli, İK1701/06 saylı kredit müqaviləsinə əsasən 30 yanvar 2023-cü il tarixə olan 2348.40 (iki min üç yüz qırx səkkiz manat qırx qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 43.48 (qırx üç manat qırx səkkiz qəpik) manat dövlət rüsumunun birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh2 iddianı qəbul etmədiyini, iddiaçı təşkilatın iddia tələbinə əsasən məhkəmə tərəfindən qətnamə qəbul olunduğunu, həmin qətnaməni ilə müəyyən olunmuş borcu ödədiklərini, iddiaçı təşkilatın məhkəməyə müraciət edərək yaranmış borcları barədə maliyyə arayışı verdiyini, bu səbəbdən kredit müqaviləsi üzrə faizin hesablanmasının dayandırılmalı olduğu halda bu gün onlardan əlavə faiz tələb olunduğunu, onlara borclarının yaranması ilə bağlı məlumat verilmədiyini, iddia tələbinin əsassız olduğunu qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh1 iddianı qəbul etməyərək digər cavabdehlə eyni məzmunlu izahat verərək iddia tələbinin əsassız olduğunu, qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, İK 1701/06 nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən, bank borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 12000 (on iki min) manat məbləğində illik 17% dərəcəsi ilə istehlak kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bank), Cavabdeh2 (borcalan) və Cavabdeh1 (zamin) arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, ZM1701/06 nömrəli Zaminlik Müqaviləsinin 1-ci bəndinə əsasən, zamin borcalanın bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin banka tam ödənilməsini öhdəsinə götürür. 148 nömrəli, 30 yanvar 2023-cü il tarixli arayışa əsasən, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 30 yanvar 2023-cü il tarixə borcu aşağıdakı kimidir: Faiz borcu: 2348.40 (iki min üç yüz qırx səkkiz manat qırx qəpik) manat; Cəmi öhdəlik: 2348.40 (iki min üç yüz qırx səkkiz manat qırx qəpik) manat. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-133/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qətnaməsinin surətinə əsasən, 1358.16 (bir min üç yüz əlli səkkiz manat on altı qəpik) manat gecikdirilmiş faiz borcu, 3254.55 (üç min iki yüz əlli dörd manat əlli beş qəpik) manat gecikdirilmiş əsas borc, 39.53 (otuz doqquz manat əlli üç qəpik) manat faiz borcu, 5398.67 (beş min üç yüz doxsan səkkiz manat altmış yeddi qəpik) manat əsas borc olmaqla, ümumilikdə 10050.91 (on min əlli manat doxsan bir qəpik) manat kredit borcununn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, 120.15 (yüz iyirmi manat on beş qəpik) manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında Kredit Müqaviləsi və Zaminlik Müqaviləsi bağlanılmış, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 133/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qətnaməsi ilə, 1358.16 (bir min üç yüz əlli səkkiz manat on altı qəpik) manat gecikdirilmiş faiz borcu, 3254.55 (üç min iki yüz əlli dörd manat əlli beş qəpik) manat gecikdirilmiş əsas borc, 39.53 (otuz doqquz manat əlli üç qəpik) manat faiz borcu, 5398.67 (beş min üç yüz doxsan səkkiz manat altmış yeddi qəpik) manat əsas borc olmaqla, ümumilikdə 10050.91 (on min əlli manat doxsan bir qəpik) manat kredit borcununn cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, 120.15 (yüz iyirmi manat on beş qəpik) manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. İddiaçı təşkilatın nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclası zamanı izahatında Cavabdeh2 və Cavabdeh1 tərəfindən məhkəmə qətnaməsi üzrə çıxarılmış icra vərəqəsinin tam icra olunduğunu, lakin faizlərin dayanmadığını bildirmişdir. Məhkəmə izahatları, tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia rədd olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarının əsaslandırıcı hissəsində göstərilmişdir ki, “...Belə müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərinin icra olunmadığı halda borclu heç də hər bir halda Mülki Məcəllənin 449.1-ci maddəsində müəyyən edilmiş maliyyə sanksiyalarına məruz qalmamalıdır, burada təqsir mülki hüquq pozuntusunun zəruri elementidir və Mülki Məcəllənin 448-ci maddəsinin tələbləri kontekstində bu halda borclunun təqsiri müəyyən edilməlidir, təqsir mövcud deyildirsə, hətta pul öhdəlikləri icra olunmamışsa belə, hər hansı maliyyə sanksiyasından söhbət gedə bilməz. Hazırki vəziyyətdə isə pul öhdəlikləri icra sənədində müəyyən edilmiş qaydada və üsulla tam icra edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından göründüyü kimi, kredit öhdəliklərinin naturada icrası borclunun risk dairəsinə daxil olmayan və kreditorun özünün risk dairəsinə daxil olan öhdəliklərdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtında icra edilməməsi icra sənədi üzrə borclunun hərəkət və ya hərəkətsizliyi ilə əlaqədar olmamışdır. Həmin Məcəllənin 448.2-ci və 448.4-cü maddələrinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 458-ci maddəsinə əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Beləliklə, sözügedən icra sənədinin icraatı ilə bağlı həyata keçirilmiş icra tədbirlərindən göründüyü kimi həmin icra sənədinin icrasının ləngiməsi cavabdehlərin öz öhdəliklərinin təqsirli və qərəzli pozuntusu səbəbindən baş verməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və məhkəmə qərarlarının icrası ilə bağlı kredit öhdəliklərinin icrası zamanı borclunun mülki təqsirini müəyyən edən Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, “İcra haqqında” Qanunun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. “İcra haqqında” Qanunun 23.1.4-cü maddəsinə əsasən, tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi onu vermiş məhkəməyə qaytarılır. “İcra haqqında” Qanunun 23.1.5-ci maddəsinə əsasən, tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi onu vermiş məhkəməyə qaytarılır. “İcra haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. İcra haqqında qanunvericiliyin tələbindən göründüyü kimi tələbkar da icra sənədinin icra olunması istiqamətində borclu ilə birlikdə hərəkət etməli, tələbin icrası istiqamətində təşəbbüs göstərməli, tələb olunan prosessual hərəkətləri vaxtında icra etməlidir. Beləliklə qanunvericilik öhdəliklərin icrası ilə bağlı təkcə borclunu deyil, həm də tələbkarı (kreditoru) intizamlandırmışdır. Eyni zamanda, Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı Qərarının 11.1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qaydaqanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi bankın qeyd olunan tələbi qanuni və müqavilə əsası olmadığından faktiki olaraq əsassız varlanma cəhdidir. Bu səbəbdən məhkəmə həmin hissədə də tələbi əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia rədd olunsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar