Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-508/2023 02.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İşlərin bir icraatda birləşdirilməsi) Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki iş üzrə Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəmənin elektron ünvanına göndərilmiş işlərin bir icraatda birləşdirilməsinə dair vəsatətinə və ona əlavə olunmuş sənədlərə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 99682.44 (doxsan doqquz min altı yüz səksən iki manat 44 qəpik) manat əsas, 8886.9 (səkkiz min səkkiz yüz səksən altı manat 90 qəpik) manat faiz borcu olmaqla, cəmi 108569.34 (bir yüz səkkiz min beş yüz altmış doqquz manat 34 qəpik) manat borcun, həmçinin ödənilmiş 398.97 (üç yüz doxsan səkkiz manat 97 qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat məhkəmənin ünvanına xx.xx.2023-cü il tarixli tələbin artırılması barədə ərizə göndərmiş və ərizədə tələbin həcminin artırılması zərurətinin yarandığını, belə ki, cavabdehin sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ödəniş etdiyini, buna görə də iddia tələbinin artırılaraq tələbə “Cavabdeh İddiaçı ASC-nin xeyrinə 99682.44 (doxsan doqquz min altı yüz səksən iki manat 44 qəpik) manat əsas, 9712.41 (doqquz min yeddi yüz on iki manat 41 qəpik) manat faiz borcu olmaqla, cəmi 109394.85 (bir yüz doqquz min üç yüz doxsan dörd manat 85 qəpik) manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun tutulması” tələbi çərçivəsində baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin 02 may 2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq iddia tələbinə “İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 99682.44 (doxsan doqquz min altı yüz səksən iki manat 44 qəpik) manat əsas, 9712.41 (doqquz min yeddi yüz on iki manat 41 qəpik) manat faiz borcu olmaqla, cəmi 109394.85 (bir yüz doqquz min üç yüz doxsan dörd manat 85 qəpik) manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun tutulması tələbi” çərçivəsində baxılmasına qərar verilmişdir. Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil məhkəmənin elektron ünvanına xx.xx.2023-cü il tarixli işlərin bir icraatda birləşdirilməsinə dair vəsatət göndərmişdir. Vəsatətdə qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında tərəflər arasında xx.xx.2021-ci il tarixində Bakı şəhəri 12 saylı notariat ofisində 4Ə-3274 reyestr nömrəsi ilə qeydə alınmış 202/21 nömrəli alqı-satqı və ipoteka müqaviləsi və həmin müqavilənin icrasından yaranmış bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində qaldırılmış iddia üzrə iki iş vardır (hakim X3 icraatında e-2(004)- 2109/2022 saylı və hakim X1 icraatında isə e-2(004)-994/2023 saylı işlər). e-2(004)-53/2023 № li iş üzrə İddiaçı ASC onunla bərabər cavabdeh, e-2(004)- 994/2023 № li iş üzrə isə onun qaldırdığı iddia üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində iştirak edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan hər iki iş üzrə əqdin etibarsızlığı məsələsi həll edilərkən eyni zamanda həmin əqdin icrası ilə bağlı yaranmış nəticələrin də aradan qaldırılması, yəni pulun ondan alınaraq İddiaçı ASC-yə verilməsi məsələsi də öz həllini tapmış olacaq. Buna görə də həm qanunvericiliyin tələbri baxımından həm də məhkəmənin iş yükünün lüzumsuz şəkildə artırılmasına yol verilməməsi baxımından Naxçıvan Şəhər Məhkəməsinin icraatınızda olan e-2(078)-508/2023 nömrəli mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-994/2023 nömrəli mülki işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, vəsatət təmin edilməsi, baxılan hazırki mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-994/2023 nömrəli mülki işlə birləşdirilərək eyni icraat çərçivəsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Buna görə də məhkəmə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun alınması tələbinə dair e-2(078)-508/2023 nömrəli mülki işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh X2 və maraqlı şəxs İddiaçı ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair e-2(004)-994/2023 nömrəli mülki işlə birləşdirilərək eyni icraat daxilində baxmağı məqsədə müvafiq hesab edir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə, qərarverdi: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun alınması tələbinə dair e-2(078)-508/2023 nömrəli mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh X2 və maraqlı şəxs İddiaçı ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair e-2(004)-994/2023 nömrəli mülki işlə birləşdirilsin. Qərardaddan şikayət qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on gün) müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-508/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-508/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver