Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-515/2022 01.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 23 oktyabr 2020-ci il tarixli ******* saylı kredit müqavləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bankı xeyrinə 5147.80 (beş min bir yüz qırx yeddi manat səksən qəpik) manat əsas, 786.94 (yeddi yüz səksən altı manat doxsan dörd qəpik) manat faiz borcu olmaqla cəmi 5934.74 (beş min doqquz yüz otuz dörd manat yetmiş dörd qəpik) manat borcun, həmçinin ödənilmiş 79.75 (yetmiş doqquz manat yetmiş beş qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xhaiş etmişdir. İddiaçı təşkilat İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh3 arasında 23 oktyabr 2020-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmış və Cavabdeh3 şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 6500 manat məbləğində krеdit verilmişdir. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə 23 oktyabr 2020-ci il tarixli 1033690/21007 saylı və 1033690/21022 saylı Zaminlik Müqavilələrinə əsasən Cavabdeh3 Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh1 və Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqavilələrinin 1.1.-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirinədək Zamin, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh3 05.04.2022-ci il tarixinə əsas borcu 5147.80 (beş min bir yüz qırx yeddi manat səksən qəpik) manat əsas, 786.94 (yeddi yüz səksən altı manat doxsan dörd qəpik) manat faiz borcu olmaqla cəmi 5934.74 (beş min doqquz yüz otuz dörd manat yetmiş dörd qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh3 götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. İddiaçı təşkilat sonda qanunvericilin müvafiq normalarına istinad edərək qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 23 oktyabr 2020-ci il tarixli ******* saylı kredit müqavləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bankı xeyrinə 5147.80 (beş min bir yüz qırx yeddi manat səksən qəpik) manat əsas, 786.94 (yeddi yüz səksən altı manat doxsan dörd qəpik) manat faiz borcu olmaqla cəmi 5934.74 (beş min doqquz yüz otuz dörd manat yetmiş dörd qəpik) manat borcun, həmçinin ödənilmiş 79.75 (yetmiş doqquz manat yetmiş beş qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xhaiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin nümayəndə Qanuni nümayəndə 20 may 2022-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə göndərərək mülki iş üzrə bütün məhkəmə iclaslarını onların iştirakı olmadan keçirməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh3 iddianı qəbul edərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, həqiqətən də onun iddiaçı təşkilata iddia ərizəsində göstərdikləri miqdarda borcu var. Onunla iddiaçı təşkilat arasında kredit müqaviləsi bağlanıbdır. Banka olan borcunu verə bilmir. Əvvəl hərbi qulluqçu idi və işləyirdi, sonra ərizə yazıb işdən çıxmışdır. Hazırda Bakı şəhərində yaşayır və qabyuyan işləyir. Zamin Cavabdeh1 və Cavabdeh2 da onun keçmiş hərbiçi iş yoldaşları olublar. Hazırda Naxçıvandan kənarda hərbi hissədə işləyirlər və döyüş bölgəsində xidmət edirlər. Borclu özüdür. Banka olan borcunu hissə-hissə ödəyib qaytaracaq. Bu barədə Elcan və Nurlanla danışmışdır. Bunların nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçı təşkiulatın ərizəsini, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə araşdırması zamanı mülki işin materiallarına əlavə olunmuş 23 oktyabr 2020-ci il tarixli ******* saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Naxçıvan filialı ilə Cavabdeh3 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən Borc verən Borc alana istehlak məqsədi ilə 36 ay müddətinə (23.10.2023-cü il tarixədək) 25 % dərəcəsi ilə şəxsi (istehlak) məqsədləri üçün nağd şəkildə istifadə оlunmaqla 6500 məbləğində kredit vermiş, kredit üzrə illik faiz dərəcəsi (FİFD) 25.76 % təşkil edir. İş materiallarına əlavə edilmiş 23 oktyabr 2020-ci il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər ******* saylı Kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. 23 oktyabr 2020-ci il tarixdə bağlanmış ******* saylı Kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi İddiaçı ASC-nin Naxçıvan filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında 23 oktyabr 2020-ci il tarixdə 1033690/21007 saylı və 1033690/21022 saylı Zaminlik Müqavilələri bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh3 ilə Bank arasında bağlanmış 23 oktyabr 2020-ci il tarixli ******* saylı Kredit müqaviləsi üzrə 05.04.2022-ci il tarixə 5147.80 (beş min bir yüz qırx yeddi manat səksən qəpik) manat əsas, 786.94 (yeddi yüz səksən altı manat doxsan dörd qəpik) manat faiz borcu olmaqla cəmi 5934.74 (beş min doqquz yüz otuz dörd manat yetmiş dörd qəpik) manat borcu mövcuddur. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı Bank tərəfindən 06.12.2021-ci il tarixdə 07/08-4516 nömrəli pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilələr üzrə götürmüş olduqları öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı təşkilat kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vaxtında yerinə yetirməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin olunmalı, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 23 oktyabr 2020-ci il tarixli ******* saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməklə, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 5147.80 (beş min bir yüz qırx yeddi manat səksən qəpik) manat əsas, 786.94 (yeddi yüz səksən altı manat doxsan dörd qəpik) manat faiz borcu olmaqla cəmi 5934.74 (beş min doqquz yüz otuz dörd manat yetmiş dörd qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 14.04.2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 79.75 (yetmiş doqquz manat yetmiş beş qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 23 oktyabr 2020-ci il tarixli ******* saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 5147.80 (beş min bir yüz qırx yeddi manat səksən qəpik) manat əsas, 786.94 (yeddi yüz səksən altı manat doxsan dörd qəpik) manat faiz borcu olmaqla cəmi 5934.74 (beş min doqquz yüz otuz dörd manat yetmiş dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 14.04.2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 79.75 (yetmiş doqquz manat yetmiş beş qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-515/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-515/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver