Məhkəmə qərarları › İş №e-2(078)-537/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-537/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-537/2024 01.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əsasən 12 fevral 2024-cü il tarixə olan 6702.53 (altı min yeddi yüz iki manat əlli üç qəpik) manat əsas borc və 1211.14 (min iki yüz on bir manat on dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7913.67 (yeddi min doqquz yüz on üç manat altmış yeddi qəpik) manat kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 99.13 (doxsan doqquz manat on üç qəpik) manat dövlət rüsumunun tutularaq və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, iddia tələblərini müdafiə etdiklərini bir daha bildirməklə, işlərin çoxluğunu nəzərə alaraq, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etmiş və işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasına etirazlarının olmadığını bildirmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhər filialı tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 48 ay müddətinə 9300 (doqquz min üç yüz) manat məbləğində kredit verildiyini, borcalanın bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, buna görə də, 26 may 2023-cü il tarixli iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 7205.23 manat əsas borc, 542.92 manat faiz borcu olmaqla, ümumilikdə 7748.15 manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 97.48 manat dövlət rüsumunun tutulmasını xahiş etdiyini, ünvan 1 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsi üzrə 502.70 manat əsas borc, 311.86 manat faiz borcu olmaqla, ümumilikdə 814.56 manat məbləğində gecikdirilmiş kredit borcunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinin qət olunduğunu, lakin iddiaçı "xxxx" ASC-nin hakimin gəldiyi nəticə ilə razılaşmayaraq ünvan 1 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verdiyini, Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-14/2024 saylı, 05 fevral 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin olunaraq Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(078)-999/2023 nömrəli qətnaməsinin “iddia tələbi qalan hissədə rədd edilsin” sözləri göstərilən hissəsini ləğv etdiyini və mübahisələndirilən həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanıldığını, bu səbəbdən tərəflərindən borcalanla dəfələrlə telefonla əlaqə saxlanıldığını, borcalana 12 fevral 2024-cü il tarixli xəbərdarlıq məktubu ünvanlandığını, xəbərdarlıq məktubunda ünvan 1 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə təmin olunmuş hissənin 12 fevral 2024-cü il tarixə olan ümumi borcdan çıxılaraq borc məbləğinin dəqiq göstərilməklə, borcun icrasının tələb edildiyini, Cavabdeh tərəflər arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əsasən 12 fevral 2024-cü il tarixə 6702.53 (altı min yeddi yüz iki manat əlli üç qəpik) manat əsas borc və 1211.14 (min iki yüz on bir manat on dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7913.67 (yeddi min doqquz yüz on üç manat altmış yeddi qəpik) manat kredit borcu öhdəliyinin olduğunu, bunları nəzərə alaraq, Cavabdeh 18 oktyabr 2021-ci il tarixli, İK1007063 saylı kredit müqaviləsinə əsasən 12 fevral 2024-cü il tarixə olan 6702.53 (altı min yeddi yüz iki manat əlli üç qəpik) manat əsas borc və 1211.14 (min iki yüz on bir manat on dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7913.67 (yeddi min doqquz yüz on üç manat altmış yeddi qəpik) manat kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 99.13 (doxsan doqquz manat on üç qəpik) manat dövlət rüsumunun tutularaq və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhər filialı (bank) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, İK ******* nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən, bank borcalana şəxsi istehlak məqsədi üçün 48 ay müddətinə 9300 (doqquz min üç yüz) manat məbləğində illik 17% dərəcəsi ilə istehlak kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. 23 fevral 2024-cü il tarixli, 80 nömrəli arayışa əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 12 fevral 2024-cü il tarixə borcu aşağıdakı kimidir: Əsas borc: 6702.53 (altı min yeddi yüz iki manat əlli üç qəpik) manat; Faiz borcu: 1211.14 (min iki yüz on bir manat on dörd qəpik) manat; Cəmi öhdəlik: 7913.67 (yeddi min doqquz yüz on üç manat altmış yeddi qəpik) manat. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanılmış, cavabdeh öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmiş, nəticədə icranı gecikdirmişdir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 6702.53 (altı min yeddi yüz iki manat əlli üç qəpik) manat əsas borc və 1211.14 (min iki yüz on bir manat on dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 7913.67 (yeddi min doqquz yüz on üç manat altmış yeddi qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 99.13 (doxsan doqquz manat on üç qəpik) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi tutularaq, iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6702.53 (altı min yeddi yüz iki manat əlli üç qəpik) manat əsas borc və 1211.14 (min iki yüz on bir manat on dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 7913.67 (yeddi min doqquz yüz on üç manat altmış yeddi qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 99.13 (doxsan doqquz manat on üç qəpik) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar