Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-549/2023 13.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 19 İyul 2022-ci il tarixli, RBNPU-10016 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1788.52 (bir min yeddi yüz səksən səkkiz manat 52 qəpik) manat, faiz borcuna görə 90.09 (doxsan manat 09 qəpik) manat, dəbbə borcuna görə 199.74 (bir yüz doxsan doqquz manat 74 qəpik) manat olmaqla cəmi 2078,35 (iki min yetmiş səkkiz manat 35 qəpik) manat məbləğində pulun və ödənilmiş 40.79 (qırx manat yetmiş doqquz qəpik) manat dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatın Baş ofis ilə Cavabdeh arasında bağlanmış 19 İyul 2022-ci il tarixli, RBNPU-10016 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20 % (iyirmi) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 2080 (iki min səksən) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 19-dan gec olmayaraq hər ay 105,87 (bir yüz beş manat 87 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehin 19 İyul 2022-ci il tarixli, RBNPU-10016 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1788.52 (bir min yeddi yüz səksən səkkiz manat 52 qəpik) manat, faiz borcuna görə 90.09 (doxsan manat 09 qəpik) manat, dəbbə borcuna görə 199.74 (bir yüz doxsan doqquz manat 74 qəpik) manat olmaqla cəmi 2078,35 (iki min yetmiş səkkiz manat 35 qəpik) manat təşkil edir. İddiaçı təşiklat sonda qanunvericiliyin müvafiq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 19 İyul 2022-ci il tarixli, RBNPU-10016 saylı kredit müqaviləsinə müqavilədən aydın olur ki, İddiaçı ASC-nin Baş ofis ilə Cavabdeh arasında müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Kredit müqaviləsinin şərtinə görə Bank cavabdehə illik 20 % (iyirmi) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 2080 (iki min səksən) manat kredit verilmişdir. Kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlinə əsasən cavabdeh hər ayın 19-dan gec olmayaraq hər ay 105,87 (bir yüz beş manat 87 qəpik) manat ödəniş etməyi barədə öhdəlik götürmüşdür. Borcalan Cavabdeh İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli 965 nömrəli arayışdan aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 İyul 2022-ci il tarixli, RBNPU-10016 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh 1788.52 (bir min yeddi yüz səksən səkkiz manat 52 qəpik) manat əsas, 90.09 (doxsan manat 09 qəpik) manat faiz, 199.74 (bir yüz doxsan doqquz manat 74 qəpik) manat cərimə borcu olmaqla cəmi 2078,35 (iki min yetmiş səkkiz manat 35 qəpik) manat məbləğində borcu yaranmışdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 19 İyul 2022-ci il tarixli, RBNPU- 10016 saylı kredit müqaviləsi üzrə 1788.52 (bir min yeddi yüz səksən səkkiz manat əlli iki qəpik) manat əsas, 90.09 (doxsan manat doqquz qəpik) manat faiz, 199.74 (bir yüz doxsan doqquz manat yetmiş dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 2078,35 (iki min yetmiş səkkiz manat otuz beş qəpik) manat məbləğində kredit borcu iddiaçı "Rabitəbank” ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "Rabitəbank” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 40.79 (qırx manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 19 İyul 2022-ci il tarixli, RBNPU-10016 saylı kredit müqaviləsi üzrə 1788.52 (bir min yeddi yüz səksən səkkiz manat əlli iki qəpik) manat əsas, 90.09 (doxsan manat doqquz qəpik) manat faiz, 199.74 (bir yüz doxsan doqquz manat yetmiş dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 2078,35 (iki min yetmiş səkkiz manat otuz beş qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. "Rabitəbank” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 40.79 (qırx manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-549/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-549/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver