Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-567/2022 22.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 iyun 2021-ci il tarixli, BK2306/01 saylı kredit müqaviləsinə əsasən 10 may 2022-ci il tarixə 204.84 (iki yüz dörd manat səksən dörd qəpik) manat gecikdirilmiş faiz borcu, 615.50 (altı yüz on beş manat əlli qəpik) manat gecikdirilmiş əsas borc, 7.80 (yeddi manat səksən qəpik) manat faiz borcu, 1239.66 (min iki yüz otuz doqquz manat altmış altı qəpik) manat əsas borc olmaqla, ümumilikdə 2067.80 (iki min altmış yeddi manat səksən qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40.68 (qırx manat altmış səkkiz qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış 23 iyun 2021-ci il tarixli, BK2306/01 saylı müqaviləyə əsasən illik 15% dərəcəsi ilə 24 ay müddətinə, 2000 (iki min) manat məbləğində kredit verildiyini, borcalanın bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, nəticədə 10 may 2022-ci il tarixə kredit reyestrində Cavabdeh adına 227 gecikmə gününün qeydə alındığını, bu səbəbdən tərəflərindən borcalanla dəfələrlə telefonla əlaqə saxlanıldığını, xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləğinin dəqiq göstərilməklə borcun icrasının tələb edildiyini, Cavabdeh tərəflər arasında bağlanmış 23 iyun 2021-ci il tarixli, BK2306/01 saylı kredit müqaviləsinə əsasən 10 may 2022-ci il tarixə 204.84 (iki yüz dörd manat səksən dörd qəpik) manat gecikdirilmiş faiz borcu, 615.50 (altı yüz on beş manat əlli qəpik) manat gecikdirilmiş əsas borc, 7.80 (yeddi manat səksən qəpik) manat faiz borcu, 1239.66 (min iki yüz otuz doqquz manat altmış altı qəpik) manat əsas borc olmaqla, ümumilikdə 2067.80 (iki min altmış yeddi manat səksən qəpik) manat kredit borcu öhdəliyinin olduğunu, bunları nəzərə alaraq, Cavabdeh 23 iyun 2021-ci il tarixli, BK2306/01 saylı kredit müqaviləsinə əsasən 10 may 2022-ci il tarixə 204.84 (iki yüz dörd manat səksən dörd qəpik) manat gecikdirilmiş faiz borcu, 615.50 (altı yüz on beş manat əlli qəpik) manat gecikdirilmiş əsas borc, 7.80 (yeddi manat səksən qəpik) manat faiz borcu, 1239.66 (min iki yüz otuz doqquz manat altmış altı qəpik) manat əsas borc olmaqla, ümumilikdə 2067.80 (iki min altmış yeddi manat səksən qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40.68 (qırx manat altmış səkkiz qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 23 iyun 2021-ci il tarixli, BK2306/01 nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən, bank borcalana 24 ay müddətinə 2000 (iki min) manat məbləğində illik 15% dərəcəsi ilə kredit verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. 100 nömrəli, 10 may 2022-ci il tarixli arayışa əsasən, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 10 may 2022-ci il tarixə borcu aşağıdakı kimidir: Gecikdirilmiş faiz borcu: 204.84 (iki yüz dörd manat səksən dörd qəpik) manat; Gecikdirilmiş əsas borc: 615.50 (altı yüz on beş manat əlli qəpik) manat; Faiz borcu: 7.80 (yeddi manat səksən qəpik) manat; Əsas borc: 1239.66 (min iki yüz otuz doqquz manat altmış altı qəpik) manat; Cəmi öhdəlik: 2067.80 (iki min altmış yeddi manat səksən qəpik) manat. Ödəniş cədvəlinə əsasən, Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 23 iyul 2021-23 may 2023-cü il tarixləri aralığında 96.97 AZN, 23 iyun 2023-cü il tarixdə isə 97.45 AZN olmaqla, cəmi 2327.76 AZN ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 11 may 2022-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 11 may 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 204.84 (iki yüz dörd manat səksən dörd qəpik) manat gecikdirilmiş faiz borcu, 615.50 (altı yüz on beş manat əlli qəpik) manat gecikdirilmiş əsas borc, 7.80 (yeddi manat səksən qəpik) manat faiz borcu və 1239.66 (min iki yüz otuz doqquz manat altmış altı qəpik) manat əsas borc olmaqla, cəmi 2067.80 (iki min altmış yeddi manat səksən qəpik) manat məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 40.68 (qırx manat altmış səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, 23 iyun 2021-ci il tarixli, BK2306/01 nömrəli Kredit Müqaviləsindən görünür ki, borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, borcalan Kredit Müqaviləsindən irəli gələn, yəni krediti və ondan istifadəyə görə faizləri razılaşdırılmış müddətdə banka qaytarmamış, nəticədə öhdəliyi lazımınca icra etməmişdir. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 204.84 (iki yüz dörd manat səksən dörd qəpik) manat gecikdirilmiş faiz borcu, 615.50 (altı yüz on beş manat əlli qəpik) manat gecikdirilmiş əsas borc, 7.80 (yeddi manat səksən qəpik) manat faiz borcu və 1239.66 (min iki yüz otuz doqquz manat altmış altı qəpik) manat əsas borc olmaqla, cəmi 2067.80 (iki min altmış yeddi manat səksən qəpik) manat məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 40.68 (qırx manat altmış səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-567/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-567/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver