Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-569/2022 13.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 2014.92 (iki min on dörd manat doxsan iki qəpik) manat əsas, 144.91 (bir yüz qırx dörd manat doxsan bir qəpik) manat faiz borcu olmaqla cəmi 2159.83 (iki min bir yüz əlli doqquz manat səksən üç qəpik) manat borcun, həmçinin ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC ərizəni onunla əsaslandırmışdır ki, Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı Kredit müqaviləsinə əsasən borcalana şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 2700 manat kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq digər Cavabdeh2 ilə Bank arasında xx.xx.2021-ci il tarixli 1034365/21179 saylı zaminlik müqaviləsi bağlanmışdır. Ərizədə qeyd edilmişdir ki, borclular müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcalanlara dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcun tam qaytarılmasını təmin etməmişdir və nəticədə cavabdehlərin Kredit Müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə əsas borcu 2014.92 ( iki min on dörd manat doxsan iki qəpik) manat, faiz borcu 144.91 (bir yüz qırx dörd manat doxsan bir qəpik) manat, cəmi 2159.83 ( iki min yüz əlli doqquz manat səksən üç qəpik) manat borcu yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdehlər yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyırlar. İddiaçı təşkilat sonda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 2014.92 (iki min on dörd manat doxsan iki qəpik) manat əsas, 144.91 (bir yüz qırx dörd manat doxsan bir qəpik) manat faiz borcu olmaqla cəmi 2159.83 (iki min bir yüz əlli doqquz manat səksən üç qəpik) manat borcun, həmçinin ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı Kredit Müqaviləsinin şərtinə əsasən Cavabdeh1 illik 21 %-lə 36 ay müddətinə 2700 manat kredit verilmişdir. (FİFD 22.49 %). İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. xx.xx.2021-ci il tarixli 1034365/21179 saylı Zaminlik Müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh1 Bank arasında bağlanmış Kredit müqaviləsinin üzrə kredit öhdəliyinin təmin edilməsi şərti ilə "xxxx" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh2 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli ******* saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixinə əsas borcu 2014.92 ( iki min on dörd manat doxsan iki qəpik) manat, faiz borcu 144.91 (bir yüz qırx dörd manat doxsan bir qəpik) manat, cəmi 2159.83 ( iki min yüz əlli doqquz manat səksən üç qəpik) manat təşkil etmişdir. Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 07/08-12 nömrəli pretenziya məktubu göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli ******* saylı Kredit Müqaviləsi üzrə 2014.92 (iki min on dörd manat doxsan iki qəpik) manat əsas, 144.91 (bir yüz qırx dörd manat doxsan bir qəpik) manat faiz borcu olmaqla cəmi 2159.83 (iki min bir yüz əlli doqquz manat səksən üç qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə X3 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 41.6 (qırx bir manat altmış qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı olmaqla ümumilikdə 42 (qırx iki) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı təşkilata qaytarılmalıdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2022-ci il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli ******* saylı Kredit Müqaviləsi üzrə 2014.92 (iki min on dörd manat doxsan iki qəpik) manat əsas, 144.91 (bir yüz qırx dörd manat doxsan bir qəpik) manat faiz borcu olmaqla cəmi 2159.83 (iki min bir yüz əlli doqquz manat səksən üç qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə X3 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 41.6 (qırx bir manat altmış qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı olmaqla ümumilikdə 42 (qırx iki) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-569/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-569/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver