Məhkəmə qərarları › İş №e-2(078)-59/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-59/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-59/2022 18.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı təşkilat İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 2809.45 manat qalıq borcu və 2049.02 manat cərimə borcu olmaqla, cəmi 4858.47 manat borcun, həmçinin ərizə verilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, 21 may 2019-cu il və 01 iyun 2019-cu il tarixli, XK08090 və XK08163 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 21 may 2019-cu il və 01 iyun 2019-cu il tarixli, XK08090 və XK08163 saylı nisyə alqı-satqı müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən borcluya 996.45 və 1992.90 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulunun nisyə satıldığını, məhsulun cavabdehə təhvil verildiyini, müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilmədiyini, onun borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, cavabdehə dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onun öhdəliyini yerinə yetirmədiyini, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcunun 946.45 və 1863 manat təşkil etdiyini, cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcunun 2319.75 və 4510.32 manat təşkil etdiyini, hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 30%-ni ödəməyi borcludan tələb etdiklərini, belə olan halda, hesablanmış cərimə məbləğinin 30%-nin 695.32 və 1353.10 manat təşkil etdiyini, bunları nəzərə alaraq, cavabdehdən müqavilə üzrə 2809.45 manat qalıq borcu və 2049.02 manat cərimə borcu olmaqla, cəmi 4858.47 manat borcun, həmçinin ərizə verilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, 21 may 2019-cu il və 01 iyun 2019-cu il tarixli, XK08090 və XK08163 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı təşkilat İddiaçınə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilat məhkəməyə ərizə göndərərək, icraatlarında olan məhkəmə, dövlət və digər hüquq-mühafizə orqanlarında olan işlərin çoxluğu, həmçinin işlərin eyni tarixə təsadüf etməsi, Bakı və Naxçıvan şəhərləri arasında məsafənin uzaq olması səbəbindən hazırki mülki iş üzrə məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddia tələbini tam müdafiə etdiklərini, məhkəmə baxışı zamanı Cavabdeh tərəfindən ödəniş edilmədiyini, iş üzrə heç bir əlavə tələb və vəsatətlərinin olmadığını, məhkəmə iclasını nümayəndənin iştirakı olmadan keçirərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: İddiaçı ilə Cavabdeh arasında 21 may 2019-cu il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya malları satır, alıcı isə həmin malları qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. Ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçınə 21 may 2019-cu il tarixdə 50 manat, 21 iyun 2019-21 fevral 2020-ci il tarixləri aralığında hər ay 95 manat, 21 mart 2020-ci il tarixdə isə 91.45 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 15 sentyabr 2021-ci il tarixli arayışa əsasən, Cavabdeh 21 may 2019-cu il tarixli, XK08090 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə olan borcu: Nisyə satış məbləği- 996.45 AZN; Qalıq borcun məbləği- 946.45 AZN; Gecikmə günlərinin sayı- 817; Hesablanmış cərimə məbləği- 2319.75 AZN; Hesablanmış cərimə məbləğinin 30%-i- 695.92 AZN; Cəmi borcun məbləği- 1642.37 AZN. 15 sentyabr 2021-ci il tarixli arayışa əsasən, Cavabdeh 01 iyun 2019-cu il tarixli, XK08163 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçınə olan borcu: Nisyə satış məbləği- 1992.90 AZN; Qalıq borcun məbləği- 1863 AZN; Gecikmə günlərinin sayı- 807; Hesablanmış cərimə məbləği- 4510.32 AZN; Hesablanmış cərimə məbləğinin 30%-i- 1353.10 AZN; Cəmi borcun məbləği- 3216.10 AZN. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 360 nömrəli, 28 dekabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, təqdim olunmuş iş materiallarından göründüyü kimi, Cavabdeh İddiaçınə 21 may 2019-cu il tarixli, XK08090 nömrəli və 01 iyun 2019-cu il tarixli, XK08163 nömrəli nisyə alqı-satqı müqavilələrinin şərtlərinin, maliyyə arayışı məlumatlarının düzgünlüyü nəzərə alındıqda, 21 may 2019-cu il tarixli, XK08090 nömrəli nisyə alqı satqı müqaviləsi üzrə 15 sentyabr 2021-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borcu 946.45 (doqquz yüz qırx altı manat qırx beş qəpik) manat, cərimə borcu 30%-i 603.51 (altı yüz üç manat əlli bir qəpik) manat, 01 iyun 2019-cu il tarixli, XK08163 nömrəli nisyə alqı satqı müqaviləsi üzrə isə əsas borcu 1863.00 (bir min səkkiz yüz altmış üç manat) manat, cərimə borcu 30%-i 1165.87 (bir min yüz altmış beş manat səksən yeddi qəpik) manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanılmış, cavabdeh öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmiş, nəticədə icranı gecikdirmişdir. Məhkəmə həmçinin ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı təşkilat İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 may 2019-cu il tarixli, XK08090 nömrəli və 01 iyun 2019-cu il tarixli, XK08163 nömrəli nisyə alqı-satqı müqavilələri ləğv edilməli, Cavabdeh 2809.45 (iki min səkkiz yüz doqquz manat qırx beş qəpik) manat qalıq borcu və 1769.38 (min yeddi yüz altmış doqquz manat otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 4578.83 (dörd min beş yüz yetmiş səkkiz manat səksən üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı təşkilat İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 may 2019-cu il tarixli, XK08090 nömrəli və 01 iyun 2019-cu il tarixli, XK08163 nömrəli nisyə alqı-satqı müqavilələri ləğv edilsin. Cavabdeh 2809.45 (iki min səkkiz yüz doqquz manat qırx beş qəpik) manat qalıq borcu və 1769.38 (min yeddi yüz altmış doqquz manat otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 4578.83 (dörd min beş yüz yetmiş səkkiz manat səksən üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar