Məhkəmə qərarları › İş №e-2(078)-596/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-596/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-596/2022 23.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********68 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit borcu üzrə 1321.55 (min üç yüz iyirmi bir manat əlli beş qəpik) manat əsas, 86.49 (səksən altı manat qırx doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1408.04 (min dörd yüz səkkiz manat dörd qəpik) manat məbləğində borcun, xx.xx.2022-ci il tarixə kredit kartı borcu üzrə 316.65 (üç yüz on altı manat altmış beş qəpik) manat əsas, 21.18 (iyirmi bir manat on səkkiz qəpik) manat faiz, cəmi 337.83 (üç yüz otuz yeddi manat səksən üç qəpik) manat borcun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 37.45 (otuz yeddi manat qırx beş qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********68 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 19 faiz dərəcəsi ilə 48 ay müddətinə 1500 AZN kredit və Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən Cavabdeh illik 24 faiz dərəcəsi hesablanmaqla 36 ay müddətinə 500 AZN məbləğində kredit kartı verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Cavabdehin "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixə kredit borcu üzrə 1321.55 manat əsas, 86.49 manat faiz borcu olmaqla, cəmi 1408.04 manat məbləğində borcu, xx.xx.2022-ci il tarixə kredit kartı borcu üzrə 316.65 manat əsas, 21.18 manat faiz, cəmi 337.83 manat borcu mövcüddur. Mülki iş üzrə məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi X4 izahatında "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********68 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 19 faiz dərəcəsi ilə 48 ay müddətinə 1500 manat kredit və Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən Cavabdeh illik 24 faiz dərəcəsi hesablanmaqla 36 ay müddətinə 500 manat məbləğində kredit kartı verildiyini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borcalanın müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olduğunu, cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, onun öz öhdəliklərini yerinə yetirmədiyini, borcun ödənişini təmin etmədiyini, buna görə də iddiaçının borcun ödənilməsi üçün məhkəməyə müraciət etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə məhkəmə iclasında izahat verən Cavabdeh izahatında iddiaçı ilə aralarında bağlanmış BPM**********68 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 19 faiz dərəcəsi ilə 48 ay müddətinə 1500 manat kredit və Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən illik 24 faiz dərəcəsi hesablanmaqla 36 ay müddətinə 500 manat məbləğində kredit kartı verildiyini, işdən çıxdığına görə krediti ödəməyə maddi imkanı çatmadığını, borcunu qəbul etdiyini, borcunu ödəməkdən imtina etmədiyini, tezliklə yeni işə başlayacağını, borcunu hissə-hissə ödəyəcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında BPM**********68 nömrəli, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi imzalanması və cavabdehə illik 19 faiz dərəcəsi ilə 48 ay müddətinə 1500 (min beş yüz) manat məbləğində kredit verilməsi və Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən cavabdehə illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 500 manat məbləğində kredit xətti açılması barədə müqavilə tərəflərinin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş BPM**********68 nömrəli, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi və eyni tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşma ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh yaranmış kredit borcunun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə öz təsdiqini tapdığından, onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPMQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, cavabdeh Əsgərov X1 şəhəri, H.Əliyev prospekti, bina 54, mənzil 15 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 20 may 2022-ci il tarixli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və ya iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamış, cavabdeh məhkəmə iclasında iştirak edərək yaranmış borcu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında BPM**********68 nömrəli, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi imzalanmış cavabdehə illik 19 faiz dərəcəsi ilə 48 ay müddətinə 1500 (min beş yüz) manat məbləğində kredit verilmiş və Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 500 (beş yüz) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 6.14 və 6.14.7-ci bəndlərinə əsasən borcalan tərəfindən kredit üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi 10 (on) gündən artıq müddətdə və ya 3 (üç) ardıcıl ay ərzində 2 dəfə gecikdirildikdə bank kreditin qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini borcalandan tələb edə bilər. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh kredit müqaviləsi üzrə əldə etdiyi kredit məbləğini xx.xx.2021-ci ildən başlayaraq xx.xx.2025-ci ilədək hər ay 44.86 (qırx dörd manat, səksən altı qəpik) manat, sonuncu ay isə yəni xx.xx.2025-ci il tarixdə 44.11 (qırx dörd manat, on bir qəpik) manat ödəməli olması aydın olur. Qeyd olunan ödəniş cədvəli də cavabdeh tərəfindən imzalanmışdır. 14 mart 2022-ci il tarixli, 109 nömrəli maliyyə arayışına əsasən Cavabdeh 14 mart 2022-ci il tarixinə kredit müqaviləsi üzrə iddiaçı təşkilata əsas borc üzrə 1321.55 manat, faiz borcu üzrə 86.49 manat, cəmi 1408.04 manat məbləğində borcunun qaldığı məlum olur. 14 mart 2022-ci il tarixli, 110 nömrəli maliyyə arayışına əsasən Cavabdeh 13 mart 2022-ci il tarixinə kredit xətti üzrə iddiaçı təşkilata əsas borc üzrə 316.65 manat, faiz borcu üzrə 21.18 manat, cəmi 337.83 manat məbləğində borcunun qaldığı məlum olur. Həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsindən, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş hesabdan çıxarış ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış BPM**********68 nömrəli, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə olunmuş 21 fevral 2022-ci il tarixli pretenziya məktublarından isə Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməməsi və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xəbərdarlıq göndərilməsi aydın olur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini bu hissədə əsaslı qəbul edir. Məhkəmə cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericiliyin tələbləri daxilində ərizəni və ona əlavə əlavə olunmuş sənədləri araşdıran məhkəmə yekunda qeyd edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsas və faiz borcuna dair tələbinin əsaslı olması iş materialları ilə təsdiq olunur. Buna görə də, həmin tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 37.45 (otuz yeddi manat qırx beş qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin edilməli; -BPM**********68 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən kredit borcu üzrə 1321.55 (min üç yüz iyirmi bir manat əlli beş qəpik) manat əsas borc, 86.49 (səksən altı manat qırx doqquz qəpik) manat faiz borcu və kredit kartı borcu üzrə 316.65 (üç yüz on altı manat altmış beş qəpik) manat əsas borc, 21.18 (iyirmi bir manat on səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1745.87 (min yeddi yüz qırx beş manat səksən yeddi qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; - 37.45 (otuz yeddi manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. BPM**********68 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən kredit borcu üzrə 1321.55 (min üç yüz iyirmi bir manat əlli beş qəpik) manat əsas borc, 86.49 (səksən altı manat qırx doqquz qəpik) manat faiz borcu və kredit kartı borcu üzrə 316.65 (üç yüz on altı manat altmış beş qəpik) manat əsas borc, 21.18 (iyirmi bir manat on səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1745.87 (min yeddi yüz qırx beş manat səksən yeddi qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 37.45 (otuz yeddi manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar