Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-611/2022 20.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı təşkilatın nümayəndəsi X1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ Cavabdeḣ oğluna qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat "xxxx" MMC-nin nümayəndəsi X2 və onun vəkili və nümayəndəsi Vəkil Cavabdeḣ oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 900 (doqquz yüz) manat əsas borcun, bundan əlavə gecikdirilmiş peniya pulu olan 90 (doxsan) manat, hüquqi yardım üçün vəkilə ödənilmiş qonorar 200 (iki yüz) manat və 13 (on üç) manat notarius xərci olmaqla nəticə etibarı ilə ümumilikdə 1203 (bir min iki yüz üç) manat pulun, həmçinin ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə hazırlıq iclası zamanı izahat verən iddiaçı təşkilatın nümayəndəsi X2 iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, İddiaçı MMC-nin təsisçisidir. Onunla Cavabdeḣ oğlu arasında 08 sentyabr 2021-ci il tarixdə 444 nömrəli kredit-satış müqaviləsi bağlanmış, müqavilənin şərtinə əsasən cavabdeh “Samsung Galaxy A72” markalı telefonu 1100 manata almış, ilkin ödənişlə brilikdə 200 manat ödəniş etmiş, 900 manat borcu qalmışdır. Müqavilədə gecikdirilmiş hər gün üçün 10 manat penya (cərimə) borcunun ödənilməsi nəzərdə tutulmuşdur və bu borc da cavabdehin borcu hesab edilir, belə ki, vaxtında ödənilməyən ödənişlər maddi zərərə səbəb olur. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə ödəməli olduğu borcu geri verməkdən boyun qaçırmışdır. N.Quliyev sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda iddianın təmin olunması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı dindirilən Cavabdeḣ oğlu iddianı etiraf edərək izahatında həqiqətən də "xxxx" MMC-nə 900 (doqquz yüz) manat borcu olduğunu, bu borcu etiraf etdiyini, borcu qaytaracağını, maddi imkanı olmadığı üçün razılaşdıqları kimi borcunu tez ödəyə bilmədiyini, iddiaçıya borcunu ödəyəcəyini bildirib qanuni qərar qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 20 iyun 2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeḣ oğluna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeḣ oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə olunmuş 08 sentyabr 2021-ci il tarixli 444 nömrəli kredit-satış müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə İddiaçı MMC tərəfindən X2 ilə Cavabdeḣ oğlu arasında qeyd olunan müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən Cavabdeh dəyəri 1100 manat olan Samsung Galaxy A72 markalı mobil telefon almış, bundan 200 manat nağd ödəniş edərək qalan 900 manat borcu 6 ay müddətinə aylıq 150 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün qalan malın dəyərinin 10% miqdarında cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırki halda iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən maddənin dispozitiv şərtinə görə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürülmüşdür. Belə ki, pulun verilməsinə münasibətdə sübutetmə yükü iddiaçının, verilmiş pulun qaytarılmasına münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. İddia tələbinə münasibət bildirən iş üzrə Cavabdeḣ oğlu iddiaçıya 900 (doqquz yüz) manat borcu olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə Cavabdeḣ oğlunun iş üzrə iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə 900 (doqquz yüz) manat borclu olduğunu etiraf etməsini cavabdeh tərəfindən borcun etirafı kimi qiymətləndirir və hesab edir ki, iş üzrə iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ni iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeḣ oğlundan 900 (doqquz yüz) manat əsas borc, 90 (doxsan) manat peniya pulu olmaqla cəmi 990 (doqquz yüz doxsan) manat məbləğində pul alınaraq iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan iddiaçı təşkilatın nümayəndəsi X2 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 25310 nömrəli qəbzlə ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu Cavabdeḣ oğlundan alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Məhkəmə məhkəmə məsrəfi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən vəkilə hüquqi yardım üçün 27 aprel 2022-ci il tarixdə verilmiş 005219 nömrəli qəbzlə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqı Cavabdeḣ oğlundan alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Eyni zamanda 13 (on üç) manat notarius xərci Cavabdeḣ oğlundan alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı MMC-nin Cavabdeḣ oğluna qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeḣ oğlundan 900 (doqquz yüz) manat əsas borc, 90 (doxsan) manat peniya pulu olmaqla cəmi 990 (doqquz yüz doxsan) manat məbləğində pul alınaraq iddiaçı təşkila İddiaçı MMC-nə ödənilsin. İddiaçı təşkilatın nümayəndəsi X2 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 25310 nömrəli qəbzlə ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu, vəkilə hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat xidmət haqqı və 13 (on üç) manat notarius xərci Cavabdeḣ oğlundan alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-611/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-611/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver