Məhkəmə qərarları › İş №e-2(078)-617/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-617/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-617/2022 19.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 22 iyul 2020-ci il tarixli, İK2207/01 saylı kredit müqaviləsinə əsasən 20 may 2022-ci il tarixə olan 1622.55 (min altı yüz iyirmi iki manat əlli beş qəpik) manat gecikdirilmiş faiz borcu, 3708.97 (üç min yeddi yüz səkkiz manat doxsan yeddi qəpik) manat gecikdirilmiş əsas borc, 53.16 (əlli üç manat on altı qəpik) manat faiz borcu, 4314.33 (dörd min üç yüz on dörd manat otuz üç qəpik) manat əsas borc olmaqla, ümumilikdə 9699.01 (doqquz min altı yüz doxsan doqquz manat bir qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 116.99 (yüz on altı manat doxsan doqquz qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, iddia tələblərini müdafiə etdiklərini bir daha bildirməklə, işlərin çoxluğunu nəzərə alaraq, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 22 iyul 2020-ci il tarixli, İK2207/01 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 9000 (doqquz min) manat məbləğində istehlak krediti verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 22 iyul 2020-ci il tarixli, ZM2207/01 saylı zaminlik müqaviləsi bağlandığını, borcalana bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini borcalanın müqaviləyə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, nəticədə 20 may 2022-ci il tarixə kredit reyestrində Cavabdeh2 adına 506 gecikmə gününün qeydə alındığını, bu səbəbdən tərəflərindən borcalanla zaminə dəfələrlə telefonla əlaqə saxlanılaraq, xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləğinin dəqiq göstərilməklə, borcun icrasının tələb edildiyini, Cavabdeh2 tərəflər arasında bağlanmış 22 iyul 2020-ci il tarixli, İK2207/01 saylı kredit müqaviləsinə əsasən 20 may 2022-ci il tarixə 1622.55 (min altı yüz iyirmi iki manat əlli beş qəpik) manat gecikdirilmiş faiz borcu, 3708.97 (üç min yeddi yüz səkkiz manat doxsan yeddi qəpik) manat gecikdirilmiş əsas borc, 53.16 (əlli üç manat on altı qəpik) manat faiz borcu, 4314.33 (dörd min üç yüz on dörd manat otuz üç qəpik) manat əsas borc olmaqla, ümumilikdə 9699.01 (doqquz min altı yüz doxsan doqquz manat bir qəpik) manat kredit borcu öhdəliyinin olduğunu, bunları nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 22 iyul 2020-ci il tarixli, İK2207/01 saylı kredit müqaviləsinə əsasən 20 may 2022-ci il tarixə olan 1622.55 (min altı yüz iyirmi iki manat əlli beş qəpik) manat gecikdirilmiş faiz borcu, 3708.97 (üç min yeddi yüz səkkiz manat doxsan yeddi qəpik) manat gecikdirilmiş əsas borc, 53.16 (əlli üç manat on altı qəpik) manat faiz borcu, 4314.33 (dörd min üç yüz on dörd manat otuz üç qəpik) manat əsas borc olmaqla, ümumilikdə 9699.01 (doqquz min altı yüz doxsan doqquz manat bir qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 116.99 (yüz on altı manat doxsan doqquz qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh2 iddianı qəbul edərək, bankdan kredit götürdüyünü, Cavabdeh1 ona zamin durduğunu, uşağının xəstəliyi ilə əlaqədar pul götürdüyünü, maddi imkanı olmadığından qaytara bilmədiyini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh1 iddianı qəbul edərək, Cavabdeh2 zamin durduğunu, cavabdehin borcunu ödəməməsi səbəbindən borclu düşdüklərini, iddianın təmini barədə qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 22 iyul 2020-ci il tarixli, İK 2207/01 nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən, bank borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 9000 (doqquz min) manat məbləğində illik 17% dərəcəsi ilə istehlak kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bank) və Cavabdeh1 (zamin) arasında bağlanmış 22 iyul 2020-ci il tarixli, ZM2207/01 nömrəli Zaminlik Müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 20 may 2022-ci il tarixli, 133 nömrəli arayışa əsasən, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 20 may 2022-ci il tarixə 1622.55 (min altı yüz iyirmi iki manat əlli beş qəpik) manat gecikdirilmiş faiz borcu, 3708.97 (üç min yeddi yüz səkkiz manat doxsan yeddi qəpik) manat gecikdirilmiş əsas borc, 53.16 (əlli üç manat on altı qəpik) manat faiz borcu, 4314.33 (dörd min üç yüz on dörd manat otuz üç qəpik) manat əsas borc olmaqla, cəmi 9699.01 (doqquz min altı yüz doxsan doqquz manat bir qəpik) manat borcu vardır. Ödəniş cədvəlinə əsasən, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcunu 23 avqust 2020-22 iyun 2023-cü il tarixləri aralığında hər ay 320.87 manat, 22 iyul 2023-cü il tarixdə isə 323.27 manat olmaqla, cəmi 11553.72 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən: 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli "Məhkəmə qətnaməsi haqqında" qərarının 6.6-cı bəndinə əsasən, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıbazaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı qəbul etdiklərini bildirmişlər. Cavabdehlər tərəfindən iddianın etiraf edilməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsində nəzərdə tutulan əsaslar iş üzrə müəyyən edilmədiyindən, cavabdehlər tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilir. Məhkəmə tədqiq edilmiş iş materiallarını, izahatları yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək, həmçinin cavabdehlər tərəfindən iddianın etiraf edilməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1622.55 (min altı yüz iyirmi iki manat əlli beş qəpik) manat gecikdirilmiş faiz borcu, 3708.97 (üç min yeddi yüz səkkiz manat doxsan yeddi qəpik) manat gecikdirilmiş əsas borc, 53.16 (əlli üç manat on altı qəpik) manat faiz borcu, 4314.33 (dörd min üç yüz on dörd manat otuz üç qəpik) manat əsas borc olmaqla, cəmi 9699.01 (doqquz min altı yüz doxsan doqquz manat bir qəpik) manat məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 116.99 (yüz on altı manat doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1622.55 (min altı yüz iyirmi iki manat əlli beş qəpik) manat gecikdirilmiş faiz borcu, 3708.97 (üç min yeddi yüz səkkiz manat doxsan yeddi qəpik) manat gecikdirilmiş əsas borc, 53.16 (əlli üç manat on altı qəpik) manat faiz borcu, 4314.33 (dörd min üç yüz on dörd manat otuz üç qəpik) manat əsas borc olmaqla, cəmi 9699.01 (doqquz min altı yüz doxsan doqquz manat bir qəpik) manat məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 116.99 (yüz on altı manat doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar