Məhkəmə qərarları › İş №e-2(078)-622/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-622/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-622/2025 02.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İddia ərizəsinin qaytarılması haqqında) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə X2 arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli, 2011/01/SİF saylı “Sahibkarlığın İnkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” NMR Ali Məclisi sədrinin 07 avqust 2018-ci il tarixli 133-V FR nömrəli fərmanına uyğun olaraq imzalanmış Kredit Müqaviləsinə əsasən 6614.71 (altı min altı yüz on dörd manat yetmiş bir qəpik) manat əsas, 135.3 (yüz otuz beş manat otuz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə borcu 6750.01 (altı min yeddi yüz əlli manat bir qəpik) manat kredit borcunun, məhkəməyə müraciət üçün ödənilmiş 88.01 (səksən səkkiz manat bir qəpik) manat dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç manat) manat dövlət rüsumunun qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən X1 vərəsəsi Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbi qeyd olunan kreditin təminatı kimi Cavabdeh2 xüsusi mülkiyyətdə olan məxsus ünvan 1i ünvanında yerləşən, 0.1774 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 193.23 kv.m, yaşayış sahəsi 117.08 kv.m, yardımçı sahəsi 76.15 kv.m olan 6 otaqlı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsində Cavabdeh1 ünvanı ünvan 2ından isə görünür ki, Cavabdeh1 qeydiyyat ünvanı Babək rayonu, Şıxmahmud kəndidir. Digər Cavabdeh2 da qeydiyyat ünvanı Şahbuz rayonu, Daylaqlı ərazi dairəsi, Kiçikoba kəndidir. Ona görə də, həmin iddia ərizəsinə Naxçıvan Şəhər Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1 və 152.1.3-cü maddələrinin tələbinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 mart 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 88.01 (səksən səkkiz manat bir qəpik) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 mart 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 88.01 (səksən səkkiz manat bir qəpik) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət edə bilər. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar