Məhkəmə qərarları › İş №e-2(078)-625/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-625/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-625/2022 14.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh İbrahimova (Qurbanova) Xəyalə Feyzulla qızının iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və İbrahimova (Qurbanova) Xəyalə Feyzulla qızına qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və İbrahimova (Qurbanova) Xəyalə Feyzulla qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 06 mart 2020-ci il tarixli, İK0603/06 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə olan 1797.87 (bir min yeddi yüz doxsan yeddi manat səksən yeddi qəpik) manat gecikdirilmiş faiz borcu, 3444.23 (üç min dörd yüz qırx dörd manat iyirmi üç qəpik) manat gecikdirilmiş əsas borc, 63.59 (altmış üç manat əlli doqquz qəpik) manat faiz borcu, 2706.92 (iki min yeddi yüz altı manat doxsan iki qəpik) manat əsas borc olmaqla, ümumilikdə 8012.61 (səkkiz min on iki manat altmış bir qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 100.13 (bir yüz manat on üç qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 06 mart 2020-ci il tarixli, İK0603/06 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 7500 (yeddi min beş yüz) manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 06 mart 2020-ci il tarixli, ZM0603/06 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuş, nəticədə 24 may 2022-ci il tarixə kredit reyestrində Cavabdeh2 adına 528 gecikmə günü qeydə alınmışdır. Bu səbəbdən tərəflərindən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və Borcalan və Zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Cavabdeh2 tərəflər arasında bağlanmış 06 mart 2020-ci il tarixli, İK0603/06 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 1 797.87 (bir min yeddi yüz doxsan yeddi manat 87 qəpik) manat gecikdirilmiş faiz borcu, 3444.23 (üç min dörd yüz qırx dörd manat 23 qəpik) manat gecikdirilmiş əsas borc, 63.59 (altmış üç manat 59 qəpik) manat faiz borcu, 2706.92 (iki min yeddi yüz altı manat 92 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 8 012.61 (səkkiz min on iki manat 61 qəpik) manat kredit borcu öhdəliyi var. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə 28 iyun 2022-ci il tarixdə və 14 iyul 2022-ci il tarixdə eyni məzmunlu ərizələr göndərilərək ərizələrdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və İbrahimova (Qurbanova) Xəyalə Feyzulla qızına qarşı borcun qaytarılması tələbinə dair ərizəsinə e-2(078)-625/2022 saylı mülki iş üzrə baxıldığını, iddia tələbini müdafiə etdiyini bildirib işlərin çoxluğunu nəzərə alaraq təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizələri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. 14 iyul 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 28 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı iş üzrə cavabdehlər Cavabdeh1 və İbrahimova (Qurbanova) Xəyalə Feyzulla qızı məhkəməyə eyni məzmunlu ərizələr təqdim edərək ərizələrdə iddiaçı Naxçıvan Bank ASC-nin onlara qarşı Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 8012.61 (səkkiz min on iki manat 61 qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100.13 (bir yüz manat 13 qəpik) manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etdiyini, iddia ərizəsinin surətini aldıqlarını, iddia ilə tanış olduqlarını, iddianı qəbul etdiklərini qeyd edib ərizələrini nəzərə alaraq müvafiq qərar verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İbrahimova (Qurbanova) Xəyalə Feyzulla qızı arasında kredit müqaviləsinin bağlanması, sonuncuya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 7500 (yeddi min beş yüz) manat məbləğində istehlak krediti verilməsi, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq iddiaçı ilə Cavabdeh1 arasında 06 mart 2020-ci il tarixli, ZM0603/06 saylı Zaminlik müqaviləsinin bağlanması işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş 06 mart 2020-ci il tarixli, İK0603/06 saylı kredit müqaviləsi və 06 mart 2020-ci il tarixli, ZM0603/06 saylı Zaminlik müqaviləsi ilə təsdiq olunur. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə İbrahimova (Qurbanova) Xəyalə Feyzulla qızından və Cavabdeh1 yaranmış borcun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. Məhkəmə işin mübahisəli hallarını cavabdehlərin etirafını nəzərə alaraq məhkəməyə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının borcun qaytarılmasına dair hissədə tələbi cavabdehlər tərəfindən etiraf olunduğundan həmçinin iş materialları ilə təsdiq edildiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdehlər Cavabdeh1 və İbrahimova (Qurbanova) Xəyalə Feyzulla qızının iddianı etiraf etmələrinə dair verdikləri ərizələri müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100.13 (bir yüz manat on üç qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - 06 mart 2020-ci il tarixli, İK0603/06 saylı kredit müqaviləsinə əsasən 1797.87 (bir min yeddi yüz doxsan yeddi manat səksən yeddi qəpik) manat gecikdirilmiş faiz borcu, 3444.23 (üç min dörd yüz qırx dörd manat iyirmi üç qəpik) manat gecikdirilmiş əsas borc, 63.59 (altmış üç manat əlli doqquz qəpik) manat faiz borcu, 2706.92 (iki min yeddi yüz altı manat doxsan iki qəpik) manat əsas borc olmaqla, ümumilikdə 8012.61 (səkkiz min on iki manat altmış bir qəpik) manat məbləğində pul cavabdehlər İbrahimova (Qurbanova) Xəyalə Feyzulla qızı və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -100.13 (bir yüz manat on üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 və İbrahimova (Qurbanova) Xəyalə Feyzulla qızından müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 06 mart 2020-ci il tarixli, İK0603/06 saylı kredit müqaviləsinə əsasən 1797.87 (bir min yeddi yüz doxsan yeddi manat səksən yeddi qəpik) manat gecikdirilmiş faiz borcu, 3444.23 (üç min dörd yüz qırx dörd manat iyirmi üç qəpik) manat gecikdirilmiş əsas borc, 63.59 (altmış üç manat əlli doqquz qəpik) manat faiz borcu, 2706.92 (iki min yeddi yüz altı manat doxsan iki qəpik) manat əsas borc olmaqla, ümumilikdə 8012.61 (səkkiz min on iki manat altmış bir qəpik) manat məbləğində pul cavabdehlər İbrahimova (Qurbanova) Xəyalə Feyzulla qızı və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 100.13 (bir yüz manat on üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 və İbrahimova (Qurbanova) Xəyalə Feyzulla qızından müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar