Məhkəmə qərarları › İş №e-2(078)-626/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-626/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-626/2022 07.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 29 iyul 2019-cu il tarixli, İK2907/08 saylı kredit müqaviləsinə əsasən 24 may 2022-ci il tarixə olan 735.58 (yeddi yüz otuz beş manat əlli səkkiz qəpik) manat gecikdirilmiş faiz borcu, 2607.20 (iki min altı yüz yeddi manat iyirmi qəpik) manat gecikdirilmiş əsas borc, 8.50 (səkkiz manat əlli qəpik) manat faiz borcu, 729.77 (yeddi yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) manat əsas borc olmaqla, ümumilikdə 4081.05 (dörd min səksən bir manat beş qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60.81 (altmış manat səksən bir qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 29 iyul 2019-cu il tarixli, İK2907/08 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə, 7000 (yeddi min) manat məbləğində istehlak krediti verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 29 iyul 2019-cu il tarixli, ZM2907/08 saylı zaminlik müqaviləsi bağlandığını, borcalanın bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, borcalan tərəfindən kredit üzrə ödənişlərin ödəniş qrafikinə uyğun həyata keçirilmədiyini, nəticədə 24 may 2022-ci il tarixə kredit reyestrində Cavabdeh2 adına 353 gecikmə gününün qeydə alındığını, bu səbəbdən tərəflərindən borcalanla, zaminlə dəfələrlə telefonla əlaqə saxlanılaraq şifahi, şəxsən özlərinə təqdim edilməklə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləğinin dəqiq göstərilməklə borcun icrasının tələb edildiyini, Cavabdeh2 tərəflər arasında bağlanmış 29 iyul 2019-cu il tarixli, İK2907/08 saylı kredit müqaviləsinə əsasən 24 may 2022-ci il tarixə 735.58 (yeddi yüz otuz beş manat əlli səkkiz qəpik) manat gecikdirilmiş faiz borcu, 2607.20 (iki min altı yüz yeddi manat iyirmi qəpik) manat gecikdirilmiş əsas borc, 8.50 (səkkiz manat əlli qəpik) manat faiz borcu, 729.77 (yeddi yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) manat əsas borc olmaqla, ümumilikdə 4081.05 (dörd min səksən bir manat beş qəpik) manat kredit borcu öhdəliyinin olduğunu, bunları nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 29 iyul 2019-cu il tarixli, İK2907/08 saylı kredit müqaviləsinə əsasən 24 may 2022-ci il tarixə olan 735.58 (yeddi yüz otuz beş manat əlli səkkiz qəpik) manat gecikdirilmiş faiz borcu, 2607.20 (iki min altı yüz yeddi manat iyirmi qəpik) manat gecikdirilmiş əsas borc, 8.50 (səkkiz manat əlli qəpik) manat faiz borcu, 729.77 (yeddi yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) manat əsas borc olmaqla, ümumilikdə 4081.05 (dörd min səksən bir manat beş qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60.81 (altmış manat səksən bir qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı (bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 29 iyul 2019-cu il tarixli, İK2907/08 nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən, bank borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 7000 (yeddi min) manat məbləğində illik 17% dərəcəsi ilə istehlak kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı (bank) ilə Cavabdeh2 (borcalan) və Cavabdeh1 (zamin) arasında bağlanmış 29 iyul 2019-cu il tarixli, ZM2907/08 nömrəli Zaminlik Müqaviləsinin 1-ci bəndinə əsasən, zamin borcalanın bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin banka tam ödənilməsini öhdəsinə götürür. 172 nömrəli, 21 oktyabr 2021-ci il tarixli arayışa əsasən, Cavabdeh2nın "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 21 oktyabr 2021-ci il tarixə borcu aşağıdakı kimidir: Gecikdirilmiş faiz borcu: 735.58 (yeddi yüz otuz beş manat əlli səkkiz qəpik) manat; Gecikdirilmiş əsas borc: 2607.20 (iki min altı yüz yeddi manat iyirmi qəpik) manat; Faiz borcu: 8.50 (səkkiz manat əlli qəpik) manat; Əsas borc: 729.77 (yeddi yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) manat; Cəmi öhdəlik: 4081.05 (dörd min səksən bir manat beş qəpik) manat. Ödəniş cədvəlinə əsasən, Cavabdeh2 götürdüyü krediti faizləri ilə birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 29 avqust 2019-29 iyun 2022-ci il tarixləri aralığında 249.57 AZN, 29 iyul 2022-ci il tarixdə isə 251.52 AZN olmaqla, cəmi 8986.47 AZN ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 26 may 2022-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 27 may 2022-ci il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Lakin cavabdehlər 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 735.58 (yeddi yüz otuz beş manat əlli səkkiz qəpik) manat gecikdirilmiş faiz borcu, 2607.20 (iki min altı yüz yeddi manat iyirmi qəpik) manat gecikdirilmiş əsas borc, 8.50 (səkkiz manat əlli qəpik) manat faiz borcu, 729.77 (yeddi yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) manat əsas borc olmaqla, cəmi 4081.05 (dörd min səksən bir manat beş qəpik) manat kredit borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60.81 (altmış manat səksən bir qəpik) manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, 29 iyul 2019-cu il tarixli, İK2907/08 nömrəli Kredit Müqaviləsindən görünür ki, borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, borcalan kredit müqaviləsindən irəli gələn, yəni krediti və ondan istifadəyə görə faizləri razılaşdırılmış müddətdə banka qaytarmamış, nəticədə öhdəliyi lazımınca icra etməmişdir. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 735.58 (yeddi yüz otuz beş manat əlli səkkiz qəpik) manat gecikdirilmiş faiz borcu, 2607.20 (iki min altı yüz yeddi manat iyirmi qəpik) manat gecikdirilmiş əsas borc, 8.50 (səkkiz manat əlli qəpik) manat faiz borcu, 729.77 (yeddi yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) manat əsas borc olmaqla, cəmi 4081.05 (dörd min səksən bir manat beş qəpik) manat kredit borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60.81 (altmış manat səksən bir qəpik) manat dövlət rüsumunun əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar