Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-629/2022 07.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən iddiaçı «FİNCA Azerbaijan» X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: «FİNCA Azerbaijan» X1 Bank Kredit Təşkilatı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 2340 AZN, faiz borcuna görə 684.60 AZN, cərimə borcuna görə 78.90 AZN, cəmi 3103.50 AZN məbləğində borcun və 51.03 manat məbləğində ödənilmiş dövlət rüsumunun «FİNCA Azerbaijan» MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «FİNCA Azerbaijan» X1 Bank Kredit Təşkilatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh2 arasında 09 iyun 2021-ci il tarixli, **********5422 saylı Kredit Müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən borcluya istehlak məqsədləri üçün illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz) AZN məbləğində kredit verildiyini, həmin Kredit Müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 138 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsinin razılaşdırıldığını, həmçinin Kredit Müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********5***-******* saylı Zaminlik Müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən Kredit Müqaviləsinin tərəfi olduğunu, tərəflər arasında bağlanmış Kredit Müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin borcalan tərəfindən ödənilməsinin nəzərdə tutulduğunu, lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, beləliklə 18 mart 2022-ci il tarixə olan maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 2340 AZN, faiz borcuna görə 684.60 AZN, cərimə borcuna görə 78.90 AZN olmaqla, cəmi borcunun 3103.50 AZN təşkil etdiyini, bunları nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 2340 AZN, faiz borcuna görə 684.60 AZN, cərimə borcuna görə 78.90 AZN, cəmi 3103.50 AZN məbləğində borcun və 51.03 manat məbləğində ödənilmiş dövlət rüsumunun «FİNCA Azerbaijan» MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: «FİNCA Azerbaijan» X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 09 iyun 2021-ci il tarixli, **********5422 nömrəli Kredit Müqaviləsinin 1.1, 1.2, 1.3, 1.5 və 5.1-ci bəndlərinə əsasən, bu müqaviləyə əsasən kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 2500 manat məbləğində pul vəsaitini verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində 28% illik faiz hesablanacaqdır və nominal faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır. Kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 3%-i miqdarında komissiya ödəyir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 32% təşkil edir. Kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. «FİNCA Azerbaijan» X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 09 iyun 2021-ci il tarixli, **********5***-******* nömrəli Zaminlik Müqaviləsinin 1-ci və 2-ci bəndlərinə əsasən, zamin kredit alan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və kredit alan kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. 18 mart 2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 «FİNCA Azerbaijan» X1 Bank Kredit Təşkilatına əsas borc üzrə 2340 AZN, faiz borcuna görə 684.60 AZN, cərimə borcuna görə 78.90 AZN olmaqla, cəmi 3103.50 AZN məbləğində borcu vardır. Ödəniş cədvəlinə əsasən, Cavabdeh2 «FİNCA Azerbaijan» X1 Bank Kredit Təşkilatına olan borcunu 09 iyul 2021-09 may 2023-cü il tarixləri aralığında 138 AZN, 09 iyun 2023-cü il tarixdə isə 128 AZN olmaqla, cəmi 3302 AZN ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 26 may 2022-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 27 may 2022-ci il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Lakin cavabdehlər 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı «FİNCA Azerbaijan» X1 Bank Kredit Təşkilatının xeyrinə əsas borc üzrə 2340 (iki min üç yüz qırx) manat, faiz borcuna görə 684.60 (altı yüz səksən dörd manat altmış qəpik) manat, cərimə borcuna görə 78.90 (yetmiş səkkiz manat doxsan qəpik) manat olmaqla, cəmi 3103.50 (üç min yüz üç manat əlli qəpik) manat məbləğində borc və 51.03 (əlli bir manat üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Belə ki, «FİNCA Azerbaijan» X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 09 iyun 2021-ci il tarixli, **********5422 nömrəli Kredit Müqaviləsinin 1.1, 1.2, 1.3, 1.5 və 5.1-ci bəndlərinə əsasən, bu müqaviləyə əsasən kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 2500 manat məbləğində pul vəsaitini verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində 28% illik faiz hesablanacaqdır və nominal faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır. Kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 3%-i miqdarında komissiya ödəyir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 32% təşkil edir. Kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. «FİNCA Azerbaijan» X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 09 iyun 2021-ci il tarixli, **********5***-******* nömrəli Zaminlik Müqaviləsinin 1-ci və 2-ci bəndlərinə əsasən, zamin kredit alan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və kredit alan kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada «FİNCA Azerbaijan» X1 Bank Kredit Təşkilatının xeyrinə əsas borc üzrə 2340 (iki min üç yüz qırx) manat, faiz borcuna görə 684.60 (altı yüz səksən dörd manat altmış qəpik) manat, cərimə borcuna görə 78.90 (yetmiş səkkiz manat doxsan qəpik) manat olmaqla, cəmi 3103.50 (üç min yüz üç manat əlli qəpik) manat məbləğində borc və 51.03 (əlli bir manat üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-629/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-629/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver