Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-636/2022 08.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 1/9 ünvanında yerləşən İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 fevral 2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi üzrə 27 aprel 2022-ci il tarixə yaranmış 166.5 manat əsas borc, 24.9 manat cərimə borcu, cəmi 191.4 manat, 13 fevral 2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi üzrə 863 manat əsas borc, 129.4 manat cərimə borcu, cəmi 992.4 manat, 05 iyun 2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi üzrə 369 manat əsas borc, 55.3 manat cərimə borcu, cəmi 424.3 manat olmaqla, ümumilikdə 1608.1 manat borcun və 36.10 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsinə əsasən cavabdehin aldığı Xiaomi Redmi markalı telefona və Xiaomi markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 56 manat olmaqla, cəmi 670.5 manat, 13 fevral 2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsinə əsasən Lenovo markalı notebooka və Honor markalı qol saatına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 181 manat olmaqla, cəmi 2162 manat, 05 iyun 2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsinə əsasən Neos markalı televizora görə 12 ay ödəniş cədvəli üzrə hər ay 54 manat olmaqla, cəmi 639 manat olmaqla, ümumilikdə, üç müqavilə üzrə 3471.5 manat ödəməyi öhdəsinə götürdüyünü, lakin cavabdehin müqavilələrin şərtlərini pozaraq sonuncu dəfə 04 fevral 2021-ci il tarixli müqavilə üzrə 19 noyabr 2021-ci il tarixdə 44 manat, 13 fevral 2021-ci il tarixli müqavilə üzrə 23 sentyabr 2021-ci il tarixdə 181 manat, 05 iyun 2021-ci il tarixli müqavilə üzrə 19 noyabr 2021-ci il tarixdə 47.5 manat ödəniş etdiyini və üç müqavilə üzrə qalıq qalmış 1398.5 manat borcu qaytarmadığını, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclunun borcu ödəməkdən boyun qaçırdığını, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcunun üç müqavilə üzrə 2097.7 manat təşkil etdiyini, cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarının hər üç müqavilə üzrə 2097.7 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-nin tərəflərindən güzəşt edildiyini, cavabdeh tərəfindən cərimə məbləğinin 10%-nin, yəni 209.6 manatın İddiaçı MMC-yə ödənilməli olduğunu, cavabdehin 27 aprel 2022-ci il tarixədək İddiaçı MMC-yə olan borcunun 04 fevral 2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsinə əsasən 166.5 manat əsas borc, 24.9 manat cərimə borcu, cəmi 191.4 manat, 13 fevral 2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsinə əsasən 863 manat əsas borc, 129.4 manat cərimə borcu, cəmi 992.4 manat, 05 iyun 2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsinə əsasən 369 manat əsas borc, 55.3 manat cərimə borcu, cəmi 424.3 manat olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1608.1 manat təşkil etdiyini, ona görə də üç müqavilə üzrə 1608.1 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli olduğunu, bunları nəzərə alaraq, 04 fevral 2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi üzrə 27 aprel 2022-ci il tarixə yaranmış 166.5 manat əsas borc, 24.9 manat cərimə borcu, cəmi 191.4 manat, 13 fevral 2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi üzrə 863 manat əsas borc, 129.4 manat cərimə borcu, cəmi 992.4 manat, 05 iyun 2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi üzrə 369 manat əsas borc, 55.3 manat cərimə borcu, cəmi 424.3 manat olmaqla, ümumilikdə 1608.1 manat borcun və 36.10 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2021-ci il tarixli, ********* nömrəli, 13 fevral 2021-ci il tarixli, ********* nömrəli və 05 iyun 2021-ci il tarixli, ********* nömrəli Müddətli (Nisyə) Alqı-satqı Müqavilələrinə əsasən, müqavilənin predmeti satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı alıcıya müəyyən müddətə nisyə sataraq verməsi, alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməsi, habelə borcunu satıcıya ödəməsinə dair pul öhdəliyidir. 27 aprel 2022-ci il tarixli maliyyə arayışına əsasən, 04 fevral 2021-ci il tarixli müqavilə üzrə Cavabdeh İddiaçınə 166.5 manat əsas borc, 249.7 manat cərimə borcu olmaqla, cəmi 416.2 manat borcu vardır. Cərimənin hesablanmasının başlama tarixi: 04 dekabr 2021-ci il. 27 aprel 2022-ci il tarixli maliyyə arayışına əsasən, 13 fevral 2021-ci il tarixli müqavilə üzrə Cavabdeh İddiaçınə 863 manat əsas borc, 1294.5 manat cərimə borcu olmaqla, cəmi 2157.5 manat borcu vardır. Cərimənin hesablanmasının başlama tarixi: 13 avqust 2021-ci il. 27 aprel 2022-ci il tarixli maliyyə arayışına əsasən, 05 iyun 2021-ci il tarixli müqavilə üzrə Cavabdeh İddiaçınə 369 manat əsas borc, 553.5 manat cərimə borcu olmaqla, cəmi 922.5 manat borcu vardır. Cərimənin hesablanmasının başlama tarixi: 05 dekabr 2021-ci il. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən 27 may 2022-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 31 may 2022-ci il tarixdə cavabdehə bildiriş göndərilmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən və əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 04 fevral 2021-ci il tarixli, ********* nömrəli Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi üzrə 166.50 (yüz altmış altı manat əlli qəpik) manat əsas borc, 24.90 (iyirmi dörd manat doxsan qəpik) manat cərimə borcu, cəmi 191.40 (yüz doxsan bir manat qırx qəpik) manat, 13 fevral 2021-ci il tarixli, ********* nömrəli Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi üzrə 863 (səkkiz yüz altmış üç) manat əsas borc, 129.40 (yüz iyirmi doqquz manat qırx qəpik) manat cərimə borcu, cəmi 992.40 (doqquz yüz doxsan iki manat qırx qəpik) manat, 05 iyun 2021-ci il tarixli, ********* nömrəli Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi üzrə 369 (üç yüz altmış doqquz) manat əsas borc, 55.30 (əlli beş manat otuz qəpik) manat cərimə borcu, cəmi 424.30 (dörd yüz iyirmi dörd manat otuz qəpik) manat olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1608.10 (min altı yüz səkkiz manat on qəpik) manat məbləğində borc və 36.10 (otuz altı manat on qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2021-ci il tarixli, ********* nömrəli, 13 fevral 2021-ci il tarixli, ********* nömrəli və 05 iyun 2021-ci il tarixli, ********* nömrəli Müddətli (Nisyə) Alqı-satqı Müqavilələrinə əsasən, müqavilənin predmeti satıcının 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı alıcıya müəyyən müddətə nisyə sataraq verməsi, alıcının isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməsi, habelə borcunu satıcıya ödəməsinə dair pul öhdəliyidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 04 fevral 2021-ci il tarixli, ********* nömrəli Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi üzrə 166.50 (yüz altmış altı manat əlli qəpik) manat əsas borc, 24.90 (iyirmi dörd manat doxsan qəpik) manat cərimə borcu, cəmi 191.40 (yüz doxsan bir manat qırx qəpik) manat, 13 fevral 2021-ci il tarixli, ********* nömrəli Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi üzrə 863 (səkkiz yüz altmış üç) manat əsas borc, 129.40 (yüz iyirmi doqquz manat qırx qəpik) manat cərimə borcu, cəmi 992.40 (doqquz yüz doxsan iki manat qırx qəpik) manat, 05 iyun 2021-ci il tarixli, ********* nömrəli Müddətli (Nisyə) Alqı-satqı Müqaviləsi üzrə 369 (üç yüz altmış doqquz) manat əsas borc, 55.30 (əlli beş manat otuz qəpik) manat cərimə borcu, cəmi 424.30 (dörd yüz iyirmi dörd manat otuz qəpik) manat olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1608.10 (min altı yüz səkkiz manat on qəpik) manat məbləğində borc və 36.10 (otuz altı manat on qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-636/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-636/2022
08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver