Məhkəmə qərarları › İş №e-2(078)-649/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-649/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-649/2022 13.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə işə sadələşdirilmiş qaydada baxaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 1828.36 (min səkkiz yüz iyirmi səkkiz manat otuz altı qəpik) manat əsas, 198.43 (yüz doxsan səkkiz manat qırx üç qəpik) manat faiz, cəmi 2026.79 (iki min iyirmi altı manat yetmiş doqquz qəpik) manat borcun, həmçinin ödənilmiş 40.67 (qırx manat altmış yeddi qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 10000 (on min) manat məbləğində kredit verildiyini, bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 19 mart 2019-cu il tarixli, ******* saylı Kredit Müqaviləsi bağlandığını, Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 19 mart 2019-cu il tarixli, 1013063/15365 saylı Zaminlik Müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən Cavabdeh1 bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh2 ona zamin durduğunu, Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 29 aprel 2022-ci il tarixə əsas borcunun 1828.36 (min səkkiz yüz iyirmi səkkiz manat otuz altı qəpik) manat, faiz borcunun 198.43 (yüz doxsan səkkiz manat qırx üç qəpik) manat, cəmi borcun 2026.79 (iki min iyirmi altı manat yetmiş doqquz qəpik) manat təşkil etdiyini, borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmədiyini, cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktublarının da cavabsız qaldığını, bununla da cavabdehlərin Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetrirmədiyini və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurətinin yarandığını, hal-hazırda cavabdehlərin Kredit Müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcunun 2026.79 (iki min iyirmi altı manat yetmiş doqquz qəpik) manat təşkil etdiyini, bu borcun da cavabdehlər tərəfindən ödənilməsinin təmin edilməli olduğunu, bunları nəzərə alaraq, iddia ərizəsi üzrə işə sadələşdirilmiş qaydada baxaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 1828.36 (min səkkiz yüz iyirmi səkkiz manat otuz altı qəpik) manat əsas, 198.43 (yüz doxsan səkkiz manat qırx üç qəpik) manat faiz, cəmi 2026.79 (iki min iyirmi altı manat yetmiş doqquz qəpik) manat borcun, həmçinin ödənilmiş 40.67 (qırx manat altmış yeddi qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 19 mart 2019-cu il tarixli, ******* nömrəli Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsinə əsasən, bank tərəfindən borcalana istehlak krediti məqsədləri üçün 36 (otuz altı) ay müddətinə (19 mart 2022-ci il tarixədək) 10000 (on min) manat məbləğində kredit verilir. Kreditin illik faiz dərəcəsi 22% təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh2 (zamin) arasında bağlanmış 19 mart 2019-cu il tarixli, 1013063/15365 nömrəli Zaminlik Müqaviləsinə əsasən, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Maliyyə arayışına əsasən, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 29 aprel 2022-ci il tarixə 1828.36 (min səkkiz yüz iyirmi səkkiz manat otuz altı qəpik) manat əsas borc və 198.43 (yüz doxsan səkkiz manat qırx üç qəpik) manat faiz borcu olmaqla, cəmi 2026.79 (iki min iyirmi altı manat yetmiş doqquz qəpik) manat məbləğində borcu vardır. Ödəniş cədvəlinə əsasən, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunu 19 aprel 2019-19 fevral 2022-ci il tarixləri aralığında 381.90 manat, 19 mart 2022-ci il tarixdə isə 382.13 manat olmaqla, cəmi 13748.63 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 31 may 2022-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 02 iyun 2022-ci il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Lakin cavabdehlər 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1828.36 (min səkkiz yüz iyirmi səkkiz manat otuz altı qəpik) manat əsas borc və 198.43 (yüz doxsan səkkiz manat qırx üç qəpik) manat faiz borcu olmaqla, cəmi 2026.79 (iki min iyirmi altı manat yetmiş doqquz qəpik) manat məbləğində borc, həmçinin ödənilmiş 40.67 (qırx manat altmış yeddi qəpik) manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 19 mart 2019-cu il tarixli, ******* nömrəli Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsinə əsasən, bank tərəfindən borcalana istehlak krediti məqsədləri üçün 36 (otuz altı) ay müddətinə (19 mart 2022-ci il tarixədək) 10000 (on min) manat məbləğində kredit verilir. Kreditin illik faiz dərəcəsi 22% təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh2 (zamin) arasında bağlanmış 19 mart 2019-cu il tarixli, 1013063/15365 nömrəli Zaminlik Müqaviləsinə əsasən, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Maliyyə arayışına əsasən, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 29 aprel 2022-ci il tarixə 1828.36 (min səkkiz yüz iyirmi səkkiz manat otuz altı qəpik) manat əsas borc və 198.43 (yüz doxsan səkkiz manat qırx üç qəpik) manat faiz borcu olmaqla, cəmi 2026.79 (iki min iyirmi altı manat yetmiş doqquz qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1828.36 (min səkkiz yüz iyirmi səkkiz manat otuz altı qəpik) manat əsas borc və 198.43 (yüz doxsan səkkiz manat qırx üç qəpik) manat faiz borcu olmaqla, cəmi 2026.79 (iki min iyirmi altı manat yetmiş doqquz qəpik) manat məbləğində borc, həmçinin ödənilmiş 40.67 (qırx manat altmış yeddi qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar