Məhkəmə qərarları › İş №e-2(078)-661/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-661/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-661/2023 31.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 01 oktyabr 2018-ci il tarixli, İK0110/03 saylı kredit müqaviləsinə əsasən 12 aprel 2023-cü il tarixə olan 883.75 (səkkiz yüz səksən üç manat yetmiş beş qəpik) manat əsas borc və 374.27 (üç yüz yetmiş dörd manat iyirmi yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1258.02 (min iki yüz əlli səkkiz manat iki qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32.58 (otuz iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq borcalanın "xxxx" ASC-də olan bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli, İK0110/03 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 24 ay müddətinə 5000 (beş min) manat məbləğində istehlak krediti verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 01 oktyabr 2018-ci il tarixli, ZM0110/03 saylı zaminlik müqaviləsi bağlandığını, borcalanın bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, bu səbəbdən tərəflərindən borcalanla dəfələrlə telefonla əlaqə saxlanıldığını, borcalana və zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləğinin dəqiq göstərilməklə borcun icrasının tələb edildiyini, Cavabdeh2 tərəflər arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli, İK0110/03 saylı kredit müqaviləsinə əsasən 12 aprel 2023-cü il tarixə 883.75 (səkkiz yüz səksən üç manat yetmiş beş qəpik) manat əsas borc və 374.27 (üç yüz yetmiş dörd manat iyirmi yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1258.02 (min iki yüz əlli səkkiz manat iki qəpik) manat kredit borcu öhdəliyinin olduğunu, bunları nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 01 oktyabr 2018-ci il tarixli, İK0110/03 saylı kredit müqaviləsinə əsasən 12 aprel 2023-cü il tarixə olan 883.75 (səkkiz yüz səksən üç manat yetmiş beş qəpik) manat əsas borc və 374.27 (üç yüz yetmiş dörd manat iyirmi yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1258.02 (min iki yüz əlli səkkiz manat iki qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32.58 (otuz iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq borcalanın "xxxx" ASC-də olan bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı (bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli, İK 0110/03 nömrəli Kredit Müqaviləsinin 1.1ci bəndinin tələbinə əsasən, bank borcalana şəxsi istehlak məqsədi üçün 24 ay müddətinə 5000 (beş min) manat məbləğində illik 17% dərəcəsi ilə istehlak kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı (bank), Cavabdeh2 (borcalan) və Cavabdeh1 (zamin) arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli, ZM 0110/03 nömrəli Zaminlik Müqaviləsinin 1-ci bəndinə əsasən, zamin borcalanın bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin banka tam ödənilməsini öhdəsinə götürür. 581 nömrəli, 12 aprel 2023-cü il tarixli arayışa əsasən, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 12 aprel 2023-cü il tarixə borcu aşağıdakı kimidir: Əsas borc: 883.75 (səkkiz yüz səksən üç manat yetmiş beş qəpik) manat; Faiz borcu: 374.27 (üç yüz yetmiş dörd manat iyirmi yeddi qəpik) manat; Cəmi öhdəlik: 1258.02 (min iki yüz əlli səkkiz manat iki qəpik) manat. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 14 aprel 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 17 aprel 2023-cü il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Lakin cavabdehlər 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə, Cavabdeh2 883.75 (səkkiz yüz səksən üç manat yetmiş beş qəpik) manat əsas borc və 374.27 (üç yüz yetmiş dörd manat iyirmi yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1258.02 (min iki yüz əlli səkkiz manat iki qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 32.58 (otuz iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Belə ki, 01 oktyabr 2018-ci il tarixli, İK 0110/03 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, borcalan kredit müqaviləsindən irəli gələn, yəni krediti və ondan istifadəyə görə faizləri razılaşdırılmış müddətdə banka qaytarmamış, nəticədə öhdəliyi lazımınca icra etməmişdir. İddia digər cavabdeh-zamin Cavabdeh1 borc pulun tutulmasına dair hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında qeyd edilmişdir ki: “...kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4- cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; -iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; -iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.” İş üzrə sənədlərdən görünür ki, iddiaçı təşkilat nəzərdə tutulan müddət ərzində zaminə qarşı tələb irəli sürməmiş, bununla da tələbetmə müddətini keçirmişdir. Məhkəmə hesab edir ki, zaminə münasibətdə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 883.75 (səkkiz yüz səksən üç manat yetmiş beş qəpik) manat əsas borc və 374.27 (üç yüz yetmiş dörd manat iyirmi yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1258.02 (min iki yüz əlli səkkiz manat iki qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 32.58 (otuz iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. İddia tələbi Cavabdeh1 münasibətdə qalan hissədə rədd edilsin. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar