Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-67/2023 29.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, iddiaçı təşkilat «FİNCA Azerbaijan» X3-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: «FİNCA Azerbaijan» X3 Bank Kredit Təşkilatı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4835.00 AZN, faiz borcuna görə 772.48 AZN, cərimə borcuna görə 295.50 AZN, cəmi 5902.98 AZN məbləğində borcun və 79.05 manat məbləğində ödənilmiş dövlət rüsumunun «FİNCA Azerbaijan» MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat «FİNCA Azerbaijan» X3-Bank Kredit Təşkilatına məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, lakin iddiaçı təşkilat məhkəməyə teleqram göndərərək, işə iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat «FİNCA Azerbaijan» X3-Bank Kredit Təşkilatı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, **********5508 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26% faiz dərəcəsi olmaqla 24 ay müddətinə, 8000 (səkkiz min) AZN məbləğində kredit verildiyini, həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 433 AZN olmaqla, bərabər hissələrdə ödəniş etməsinin razılaşdırıldığını, kredit məbləğinin kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edildiyini, həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq eyni tarixli, **********5***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 və **********5***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olduğunu, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsinin borcalan tərəfindən nəzərdə tutulduğunu, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, beləliklə 13 oktyabr 2022-ci il tarixə olan maliyyə arayışına əsasən Cavabdeh2 borcunun əsas borc üzrə 4835.00 AZN, faiz borcuna görə 772.48 AZN, cərimə borcuna görə 295.50 AZN, cəmi 5902.98 AZN təşkil etdiyini, bunları nəzərə alaraq, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4835.00 AZN, faiz borcuna görə 772.48 AZN, cərimə borcuna görə 295.50 AZN, cəmi 5902.98 AZN məbləğində borcun və 79.05 manat məbləğində ödənilmiş dövlət rüsumunun «FİNCA Azerbaijan» MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh2 iddianı qismən qəbul edərək, kredit götürdüyünü, maddi vəziyyəti olmadığından müqaviləni icra edə bilmədiyini, tələbdə göstərilən məbləğlə razılaşmadığından ekspertiza təyin olunduğunu, ekspertizanın rəyi ilə razılaşdığını, rəyin nəzərə alınaraq qanuni qərar verilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh1 iddianı qismən qəbul edərək, Cavabdeh2 kredit götürdüyünü, onunda zamin olaraq müqavilə bağladığını, müqavilə icra olunmadığından iddia tələbinin yarandığını, tələbdə göstərilən məbləğlə razılaşmadıqlarından ekspertiza təyin olunduğunu, ekspertizanın rəyi ilə razılaşdığını, rəyin nəzərə alınaraq qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: «FİNCA Azerbaijan» X3 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, **********5508 nömrəli Kredit Müqaviləsinin 1.1, 1.2, 1.3, 1.5 və 5.1-ci bəndlərinə əsasən, bu müqaviləyə əsasən kredit verən kredit alana sonuncunun ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 8000 manat məbləğində pul vəsaitini verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit üzərində 26% illik faiz hesablanacaqdır və nominal faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır. Kreditin verilməsinə görə kredit alan kredit verənə kreditin məbləğinin 2.5%-i miqdarında komissiya ödəyir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 29% təşkil edir. Kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. «FİNCA Azerbaijan» X3 Bank Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, **********5***-******* nömrəli Zaminlik Müqaviləsinin 1-ci və 2-ci bəndlərinə əsasən, zamin kredit alan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və kredit alan kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. «FİNCA Azerbaijan» X3 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, **********5***-******* nömrəli Zaminlik Müqaviləsinin 1-ci və 2-ci bəndlərinə əsasən, zamin kredit alan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və kredit alan kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. 13 oktyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 «FİNCA Azerbaijan» X3 Bank Kredit Təşkilatına əsas borc üzrə 4835.00 AZN, faiz borcuna görə 772.48 AZN, cərimə borcuna görə 295.50 AZN olmaqla, cəmi 5902.98 AZN məbləğində borcu vardır. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 17 fevral 2023-cü il tarixli, 74 nömrəli rəyinə əsasən, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 11 iyun 2021-ci il tarixli, **********5508 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 “FİNCA Azerbaijan” X3 Bank Kredit Təşkilatına kredit üzrə 13 oktyabr 2022-ci il tarixə (maliyyə arayışının verilmə tarixinə) olan əsas borcu 4061.26 (dörd min altmış bir manat iyirmi altı qəpik) manat, faiz borcu 837.09 (səkkiz yüz otuz yeddi manat doqquz qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında kredit təşkilatı tərəfindən cərimə hesablanmadığı üçün hazırki tədqiqatla Cavabdeh2 cərimə hesablanmır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanılmış, cavabdeh öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmiş, nəticədə icranı gecikdirmişdir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4061.26 (dörd min altmış bir manat iyirmi altı qəpik) manat və faiz borcuna görə 837.09 (səkkiz yüz otuz yeddi manat doqquz qəpik) manat olmaqla, cəmi 4898.35 (dörd min səkkiz yüz doxsan səkkiz manat otuz beş qəpik) manat məbləğində borc və iddia qismən təmin edildiyinə görə 68.98 (altmış səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı təşkilat «FİNCA Azerbaijan» X3-Bank Kredit Təşkilatının xeyrinə tutulmalı, 10.07 (on manat yeddi qəpik) manat məbləğində artıq ödənilmiş dövlət rüsumu isə iddiaçı təşkilat «FİNCA Azerbaijan» X3-Bank Kredit Təşkilatına qaytarılmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 17 fevral 2023-cü il tarixli, 74 nömrəli rəyinə əsasən, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 11 iyun 2021-ci il tarixli, **********5508 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 “FİNCA Azerbaijan” X3 Bank Kredit Təşkilatına kredit üzrə 13 oktyabr 2022-ci il tarixə (maliyyə arayışının verilmə tarixinə) olan əsas borcu 4061.26 (dörd min altmış bir manat iyirmi altı qəpik) manat, faiz borcu 837.09 (səkkiz yüz otuz yeddi manat doqquz qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında kredit təşkilatı tərəfindən cərimə hesablanmadığı üçün hazırki tədqiqatla Cavabdeh2 cərimə hesablanmır. Məhkəmə ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir. Həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı qismən qəbul etdiklərini bildirmişlər. Cavabdehlər tərəfindən iddianın qismən etiraf edilməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsində nəzərdə tutulan əsaslar iş üzrə müəyyən edilmədiyindən, cavabdehlər tərəfindən iddianın qismən etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən: 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli "Məhkəmə qətnaməsi haqqında" qərarının 6.6-cı bəndinə əsasən, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıbazaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1 və 114.1.1-ci maddələrinə əsasən, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu hallarda geri qaytarılır. 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4061.26 (dörd min altmış bir manat iyirmi altı qəpik) manat və faiz borcuna görə 837.09 (səkkiz yüz otuz yeddi manat doqquz qəpik) manat olmaqla, cəmi 4898.35 (dörd min səkkiz yüz doxsan səkkiz manat otuz beş qəpik) manat məbləğində borc və 68.98 (altmış səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi «FİNCA Azerbaijan» X3-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. Artıq ödənilmiş 10.07 (on manat yeddi qəpik) manat məbləğində dövlət rüsumu «FİNCA Azerbaijan» X3-Bank Kredit Təşkilatına qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-67/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-67/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver