Məhkəmə qərarları › İş №e-2(078)-670/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-670/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-670/2025 08.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının vəkil və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2024-cü il tarixli, DKM/026N05A03488024 nömrəli Kredit müqaviləsi üzrə borc məbləğinin vərəsələrdən tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2024-cü il tarixli, DKM/026N05A03488024 nömrəli Kredit müqaviləsi üzrə borc məbləğinin vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 mirası cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən qəbul edildiyi üçün xx.xx.2024-cü il tarixli, DKM/026N05A03488024 nömrəli Kredit müqaviləsi üzrə borc alan X2 iddiaçı ASC "xxxx" Bankı qarşısında 20000,00 (iyirmi min) manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 2013,32 (iki min on üç manat otuz iki qəpik) manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 88,83 (səksən səkkiz manat səksən üç qəpik) manat məbləğində penya, cəmi 22102,15 (iyirmi iki min yüz iki manat on beş qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penya birgə qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 156,31 (bir yüz əlli altı manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı tələbini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı ASC "xxxx" Bankı (kreditor) ilə X5 (Borc alan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DKM/026N05A03488024 nömrəli Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) əsasən, iddiaçı tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə 20 000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Borc alan Ş.Y.Bəylərov Kredit müqaviləsinin 2.3-cü və 2.4-cü bəndlərinə və həmin müqavilənin 1 nömrəli Əlavəsi olan Annuitet Ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə annuitet ödənişlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, Borc alan Ş.Y.Bəylərov xx.xx.2024-cü il tarixində vəfat etmişdir (ölüm haqqında şəhadətnamə əlavə edilir). Ş.Y.Bəylərovun vəfatından sonra onun Bank qarşısında Kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməmiş qalmışdır. Belə ki, xx.xx.2025-ci il tarixinə mərhum borcalan Ş.Y.Bəylərovun Kreditor qarşısındakı ümumi borcu 22 013,32 (iyirmi iki min on üç manat 32 qəpik) manat təşkil edir ki, bunun da 20 000,00 (iyirmi min) manatı vaxtı keçmiş əsas borcdan, 2 013,32 (iki min on üç manat 32 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 5 % (beş faiz) dərəcəsi ilə penya da ödəməli idi. xx.xx.2025-ci il tarixinə bu məbləğ 88,83 (səksən səkkiz manat 83 qəpik) manat təşkil edir. Ş.Y.Bəylərovun vəfatından sonra Kredit müqaviləsi üzrə Borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş qaldığına görə iddiaçının Kredit müqaviləsinin 3.1.3cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Mərhum borc alan Ş.Y.Bəylərovun mümkün vərəsələrinin dairəsinin müəyyən edilməsi istiqamətində müvafiq orqanlara rəsmi müraciətlər və sorğular edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı edilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, mərhum Ş.Y.Bəylərovun adına açılmış xx.xx.2025-ci il tarixli 2V/48, 2V/49, 2V/50 reyestr nömrəli vərəsəlik hüququ haqında şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (bundan sonra birlikdə «Cavabdehlər» adlandırılacaqlar) qanun üzrə vərəsələr hesab olunurlar. 05 avqust 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdeh və eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə baxış iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdeh və eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh1 iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil və nümayəndəsi Nümayəndə izahatında iddia tələbini müdafiə etdiyini, iddia ərizəsinin qanunvericiliyə uyğun olduğunu, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarında əks olunmuş mövqeyə görə “Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələrin miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdıqlarını, vərəsələr mirası qəbul edirlərsə, ölən şəxsin aktivləri ilə birlikdə, passivlərini də qəbul etmiş sayıldığını, yəni bu halda şəxsin borclarını da ödəməyə borclu olduqlarını, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında yer alan hüquqi mövqeyə görə “Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmadığını və əsas borca görə faizlər hesablanmaqda davam edə biləcəyini, vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıdıqlarını bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh və eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh1 izahatında həyat yoldaşının vəfatından 20 gün sonra sənədlərinə baxan zaman kredit götürdüyünü bildiklərini, həmin krediti vəfatından 2 gün əvvəl götürdüyünü, hansı səbəbə kredit götürdüyü, o pulların nəyə xərcləndiyi barədə məlumatları olmadığını, təqdim etdiyi fərdi qəza sığortası şəhadətnaməsində qəflətən və gözlənilmədən baş verən hadisələr nəticəsində ölüm və əmək qabiliyyətinin tam və daimi itirilməsi bəndinə əsasən sığorta tərəfindən ödəniş edilməli olduğunu, həyat yoldaşından avtomobil və ev miras qaldığını, avtomobili birgə nikah dövründə əldə etdiklərini, evin isə həyat yoldaşına qardaşı tərəfindən nikahdan əvvəl hədiyyə edildiyini bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı ilə X5 arasında xx.xx.2024-cü il tarixli, DKM/026N05A03488024 nömrəli Kredit müqaviləsi imzalanması və X3 36 (otuz altı) ay müddətinə, illik 12 % (on iki faiz) dərəcəsi ilə 20 000 (iyirmi min) manat məbləğində kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlməsi işin mübahisəsiz halıdır. Bu halın mübahisəsiz olması mülki iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, DKM/026N05A03488024 nömrəli Kredit müqaviləsi ilə təsdiq olunur. İddiaçının X5 ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaranmış kredit borcunun qaytarılmasını tələb etməsi isə işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə qismən öz təsdiqini tapdığından, onun tələbi qismən əsaslı sayılaraq qismən təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bəylərli X4 şəhəri, Əliabad qəsəbəsi, döngə 4, ev 21 ünvanında rəsmi qeydiyyatdadırlar. Cavabdeh və eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh1 məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 18 aprel 2025-ci il tarixli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onların qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və iddiaçıya təqdim etməsi izah olunsa da, cavabdeh və digər cavabdehlərin qanuni nümayəndəsinin ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. O, məhkəmə iclaslarında iştirak edərək borcu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İş materiallarına əsasən Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı ilə X5 arasında xx.xx.2024-cü il tarixli, DKM/026N05A03488024 nömrəli Kredit müqaviləsi imzalanmış və cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 12 % (on iki faiz) dərəcəsi ilə 20 000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən X2 həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini xx.xx.2024-cü ildən başlayaraq xx.xx.2027-ci ilədək hər ay 664.29 (altı yüz altmış dörd manat iyirmi doqquz qəpik) manat, sonuncu ay isə yəni xx.xx.2027-ci il tarixdə 664.16 (altı yüz altmış dörd manat on altı qəpik) manat ödəməli olması aydın olur. Qeyd olunan ödəniş cədvəli də cavabdeh tərəfindən imzalanmışdır. 09 aprel 2025-ci il tarixinə olan maliyyə arayışına əsasən X2 iddiaçı təşkilata əsas borc üzrə 20000,00 (iyirmi min) manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 2013,32 (iki min on üç manat otuz iki qəpik) manat məbləğində faiz borcu, 88,83 (səksən səkkiz manat səksən üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 22102,15 (iyirmi iki min yüz iki manat on beş qəpik) manat məbləğində borcunun qaldığı məlum olur. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin X3 verilib-verilməməsi və borcalan tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilib-edilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DKM/026N05A03488024 nömrəli kredit müqaviləsinin şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin borcalan verilməsidir. İddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarışdan kredit müqaviləsində qeyd edilən kredit məbləğinin X3 verilməsi aydın olur. İddia ərizəsinə əlavə olunmuş 10 mart 2025-ci il tarixli axırıncı pretenziya məktubundan isə X2 vərəsəsi Cavabdeh1 müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməməsi və bununla bağlı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı tərəfindən cavabdehə xəbərdarlıq göndərilməsi aydın olur. Borcalanın isə müqavilə üzrə öhdəliyini lazımınca icra etməsi ilə bağlı hər hansı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli, AZ-İİ seriyalı, 673430 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X2 ürəyin aterosklerotik xəstəliyi səbəbi ilə 09 iyun 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi və bu barədə ölüm akt qeydləri kitabında 10 iyun 2024-cü il tarixdə 60 nömrə ilə qeyd edilməsi aydın olunur. Məhkəmə qeyd edir ki, borclunun ölümü halında onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçmiş olur. Yəni bu halda əsas müqavilə üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq, borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə sonunculara keçmiş olur. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. (“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin” əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarı”) İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 4, ev 21 ünvanında qeydiyyatda olan Cavabdeh2 (AZE********, xx.xx.2013 Naxçıvan, FİN:xxxxxxx, d/t:xx.xx.2011) Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 4, ev 21 ünvanında qeydiyyatda olan Cavabdeh3 (AA*******, xx.xx.2023 - Asan 5, FİN:xxxxxxx, d/t:xx.xx.2018) Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 4, ev 21 ünvanında qeydiyyatda olan Cavabdeh1dır (AZE********, xx.xx.2018 Naxçıvan, FİN:xxxxxxx, d/t:xx.xx.1981) və onların hər birinin miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2024-cü il tarixli, 3-13-14-1/2-1580/2024 nömrəli məktuba əsasən mərhum X2 (FİN-61EFDW7) vəfatı ilə əlaqədar 6515.10 (altı mın beş yüz on beş manat on qəpik) manat ödənilməmiş məbləğdən (pul vəsaitindən) ibarətdir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 4, ev 21 ünvanında qeydiyyatda olan Cavabdeh2 (AZE********, xx.xx.2013 Naxçıvan, FİN:xxxxxxx, d/t:xx.xx.2011) Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 4, ev 21 ünvanında qeydiyyatda olan Cavabdeh3 (AA*******, xx.xx.2023 - Asan 5, FİN:xxxxxxx, d/t:xx.xx.2018) Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 4, ev 21 ünvanında qeydiyyatda olan Cavabdeh1dır (AZE********, xx.xx.2018 Naxçıvan, FİN:xxxxxxx, d/t:xx.xx.1981) və onların hər biri miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AD065618 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KMHSH81DP9U424666, mühərrikin nömrəsi 220526 və buraxılış ili 2008-ci il olan Hyundaı Santafe minik markalı, 75BM003 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 4, ev 21 ünvanında qeydiyyatda olan Cavabdeh2 (AZE********, xx.xx.2013 Naxçıvan, FİN:xxxxxxx, d/t:xx.xx.2011) Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 4, ev 21 ünvanında qeydiyyatda olan Cavabdeh3 (AA*******, xx.xx.2023 - Asan 5, FİN:xxxxxxx, d/t:xx.xx.2018) Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 4, ev 21 ünvanında qeydiyyatda olan Cavabdeh1dır (AZE********, xx.xx.2018 Naxçıvan, FİN:xxxxxxx, d/t:xx.xx.1981) və onların hər biri miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DƏDKR tərəfindən xx.xx.2023 tarixdə X3 verilmiş **********47- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 129.96 kv/m olan fərdi yaşayış evindən, Naxçıvan MR DƏTMDX tərəfindən xx.xx.2023 tarixdə X3 verilmiş **********47-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0939 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025 tarixli qeydiyyat nömrəsi ********** olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025 tarixli qeydiyyat nömrəsi ********** olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.4-cü maddəsinə əsasən mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələb edilən X2 xx.xx.2024-cü il tarixli, DKM/026N05A03488024 nömrəli müqavilə üzrə yaranmış olan 22102,15 (iyirmi iki min yüz iki manat on beş qəpik) manat məbləğində kredit borcunun şəhadətnamə verilən miras əmlaklar olan Hyundaı Santafe minik markalı, 75BM003 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 4, ev 21 ünvanında yerləşən ümumi sahəsi 129.96 kv/m olan fərdi yaşayış evi, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 4, ev 21 ünvanında yerləşən ümumi sahəsi 0.0939 ha olan torpaq sahəsi və 6515.10 (altı mın beş yüz on beş manat on qəpik) manat puldan çox olduğunun vərəsə tərəfindən sübut edilməli olmasına baxmayaraq, cavabdeh və eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh1 tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin” əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Qərardan da göründüyü kimi mirası qəbul etmiş vərəsələr yalnız onlara çatan miras payı həcmində miras qoyanın vərəsələri qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.2-ci maddəsinə əsasən isə birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Sözügedən halda isə borcluların birgə öhdəliyi qanundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinin tələbindən irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər miras qoyanın kreditorları qarşısında qəbul etdikləri miras əmlak həddində birgə məsuliyyət daşımalıdır. Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Belə olan halda hazırki iş üzrə iddia ərizəsinə əlavə olunmuş miras açılması faktını, vərəsələrin dairəsini və miras kütləsini özündə əks etdirən vərəsəlik şəhadətnaməsi məhkəmə üçün iş üzrə miras kütləsinin həcmini və vərəsələrin mirası qəbulu faktını təsdiqləyən sənəddir və bunun əksini təsdiq edən sübutlar cavabdeh və digər cavabdehlərin qanuni nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan o da məlum olmuşdur ki, cavabdehlərdən Cavabdeh2 xx.xx.2011-ci il tarixdə və Cavabdeh3 isə xx.xx.2018-ci il tarixdə doğulmaqla yetkinlik yaşına çatmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. -28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. -28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. -30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. -30.2-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə: --30.2.1-ci maddəsinə əsasən öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin; --30.2.2-ci maddəsinə əsasən elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirsin. --30.2.4-cü maddəsinə əsasən xırda məişət əqdləri və bu Məcəllənin 29-2-ci maddəsində nəzərdə tutulan digər əqdlər bağlasın. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayanların kooperativ üzvü olmaq ixtiyarı da vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Beləliklə, yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərindən də göründüyü kimi, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların mülki hüquq fəaliyyət qabiliyyəti, qanunvericiliklə nəzərdə tutulmuş yuxarıda sadalanan hallar istisna olmaqla o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir və hazırki tələbə münasibətdə xx.xx.2011-ci il tarixdə doğulmuş Cavabdeh2 və xx.xx.2018-ci il tarixdə doğulmuş Cavabdeh3 18 yaşları tamam olmadıqlarından onların öz adlarından kreditor qarşısında müstəqil cavabdehlik daşımaq hüquqları yaranmamışdır. İddiaçının digər tələbi olan illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasının hüquqi həllinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında məhkəmə vurğulamışdır ki, Mülki Məcəllənin 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Həmin qərarda həmçinin qeyd edilmişdi ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Mülki Məcəllənin 422-ci maddəsində şəraitin sonradan dəyişməsinin tərəflər arasındakı müqavilə münasibətlərinə təsirinin şərtləri və əsasları, Məcəllənin 423-cü maddəsində isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin qaydası (forma və üsulu) göstərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdi ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdi ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Aşağıdakı hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: - bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; - öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; - xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (Mülki Məcəllənin 447.2-ci maddəsi). Müqavilədən imtinanı istisna edən hallar Məcəllənin 447.3-cü maddəsində əks olunmuşdur. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Sonda Konstitusiya Məhkəməsinin həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qeyd edilən qərarda göstərilənləri iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş sənədlərdən tərəflər arasında xx.xx.2024-cü il tarixdə müqavilə bağlanması, iddia tələbindən və ərizəyə əlavə edilmiş bildirişdən cavabdehlərin xxxx qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca icra etməməsi aydın olur ki, bu da müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulmasının baş verməsidir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında formalaşdırdığı mövqe ....zərərin ödənilməsi ilə bağlıdır. İddiaçı isə cavabdehdən zərər deyil, onunla X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DKM/026N05A03488024 nömrəli müqavilənin ləğv etməsindən sonra faiz və cərimə borcunu tələb etdiyindən, məhkəmə xxxxn cavabdehə qarşı 09 aprel 2025-ci il tarixindən qətnamə qəbul edildiyi tarixədək kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penya tutulması tələbini əsaslı saymır. İddiaçının tələbinin yuxarıda hüquqi həllindən bəhs edilən sonuncu hissəsinin əsaslı sayılmaması ilə bağlı məhkəmə göstərdiklərindən başqa onu xxxxnın nəzərinə çatdırır ki, tələbin hüquqi həllindən bəhs edilən həmin hissəsi qiymətləndirilən iddia tələbi olsa da, xxxx iddia ərizəsində iddianın həmin hissədə məbləğini qeyd etməmiş və buna müvafiq olaraq dövlət rüsumu ödəmişdi. Halbuki, Azərbaycan Respublikası 112.1 və 112.1.1-ci maddələrinin mahiyyətinə görə pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsindən isə aydın olur ki, qiymətləndirilən iddia tələbləri ilə bağlı ödənilməli olan dövlət rüsumun miqdarı iddianın qiymətinə uyğun olaraq dəyişdirilir. Həmçinin məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penya hesablanması xüsusi bilik tələb edən məsələdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172-ci maddəsinin tələbinə görə iddiaçının sözü gedən tələbinə baxılması müddəti 4 ay təşkil etməsini və mülki prosessual qanunvericiliyin tələbinə müvafiq olaraq məhkəmə qətnaməsinin çıxarılmasındək ekspertiza təyin edilməli olmasını və məhkəmə qərarının hansı tarixdə qəbul edilməsini qabaqcadan təyin edilməsi kifayət qədər çətin olmasını nəzərə aldıqda, əvvəlcədən ekspert qarşısına belə bir sualın qoyulması təcrübə baxımından mümkün olmur. Oxşar məsələlərdə zərərin hesablanmasına gəldikdə isə, mübahisə ilə bağlı müvafiq məhkəmə aktının çıxarılmasından sonra iddia tələbi irəli sürüldüyündən bunun hesablanması qaydası mülki prosessual qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Qeyd edilənlərə əsasən məhkəmə o nəticəyə gəlir ki, xx.xx.2024-cü il tarixli, DKM/026N05A03488024 nömrəli kredit müqaviləsinə əsasən 20000,00 (iyirmi min manat sıfır qəpik) manat əsas borc, 2013,32 (iki min on üç manat otuz iki qəpik) manat faiz borcu və 88,83 (səksən səkkiz manat səksən üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 22102,15 (iyirmi iki min yüz iki manat on beş qəpik) manat məbləğində pul Cavabdeh1, Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə), Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə) müştərək qaydada tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 156,31 (bir yüz əlli altı manat otuz bir qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə), Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə) müştərək qaydada tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -xx.xx.2024-cü il tarixli, DKM/026N05A03488024 nömrəli kredit müqaviləsinə əsasən 20000,00 (iyirmi min manat sıfır qəpik) manat əsas borc, 2013,32 (iki min on üç manat otuz iki qəpik) manat faiz borcu və 88,83 (səksən səkkiz manat səksən üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 22102,15 (iyirmi iki min yüz iki manat on beş qəpik) manat məbləğində pul Cavabdeh1, Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə), Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə) müştərək qaydada tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının xeyrinə ödənilməli; -iddia qalan hissədə rədd edilməli; -iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 156,31 (bir yüz əlli altı manat otuz bir qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə), Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə) müştərək qaydada tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, DKM/026N05A03488024 nömrəli kredit müqaviləsinə əsasən 20000,00 (iyirmi min manat sıfır qəpik) manat əsas borc, 2013,32 (iki min on üç manat otuz iki qəpik) manat faiz borcu və 88,83 (səksən səkkiz manat səksən üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 22102,15 (iyirmi iki min yüz iki manat on beş qəpik) manat məbləğində pul Cavabdeh1, Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə), Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə) müştərək qaydada tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 156,31 (bir yüz əlli altı manat otuz bir qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə), Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə) müştərək qaydada tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar