Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-7/2023 06.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı BOKT ASC Cavabdeh qarşı borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kreditin əsas borcu üzrə 45 246.38 manat məbləğində qalıq, ona hesablanmış 9461.30 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 11 300 manat məbləğində dəbbə pulu, cəmi 66 007.68 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 288.02 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 5, mənzil 10 (yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən 93.4 kv.m mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 118 000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 45 246.38 manat məbləğində qalıq, ona hesablanmış 9 461.30 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 11 300 manat məbləğində dəbbə pulu, cəmi 66 007.68 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 288.02 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “İddiaçı BOKT ASC tələbini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 04 mart 2021-ci il tariхli, 2021/00063-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 50 000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 5, mənzil 10 (yeni qaydalarla: AZ1142, ünvan 1 (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ: Reyestr № **********96-05301-093015, Qeydiyyat № **********, tarix: xx.xx.2021-ci il) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 04 mart 2021-cu il tariхli, 2021/00063-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri “X2” MMC tərəfindən 118 000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. 15 fevral 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 45 246.38 manat məbləğində qalıq, ona hesablanmış 9 461.30 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 11 300 manat məbləğində dəbbə pulu, cəmi 66 007.68 manat məbləğində borc yaranmışdır. 23 dekabr 2022-ci il tarixdə İddiaçı BOKT ASC-nin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərmişdir. İddiaçı BOKT ASC-nin nümayəndəsi ərizədə iddia tələbinin həcmini artıraraq Cavabdeh kreditin əsas borcu üzrə 45246.38 manat məbləğində qalıq, ona hesablanmış 21038.27 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 26800 manat məbləğində dəbbə pulu, cəmi 93084.65 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 369.26 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 5, mənzil 10 (yeni qaydalarla: AZ1142, ünvan 2 ünvanında yerləşən 93.4 kv.m mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 118000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 45246.38 manat məbləğində qalıq, ona hesablanmış 21038.27 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 26800 manat məbləğində dəbdə pulu, cəmi 93084.65 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 369.26 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2(078)-510/2022 nömrəli qərardadı ilə İddiaçı BOKT ASC-nin nümayəndəsinin iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin təmin edilməsi, iddia tələbinə Cavabdeh kreditin əsas borcu üzrə 45246.38 manat məbləğində qalıq, ona hesablanmış 21038.27 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 26800 manat məbləğində dəbbə pulu, cəmi 93084.65 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 369.26 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 5, mənzil 10 (yeni qaydalarla: AZ1142, ünvan 2 ünvanında yerləşən 93.4 kv.m mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 118000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 45246.38 manat məbləğində qalıq, ona hesablanmış 21038.27 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 26800 manat məbləğində dəbdə pulu, cəmi 93084.65 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 369.26 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması həddində baxılması qərara alınmışdır. 06 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə İddiaçı BOKT ASC-nə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təşkilat məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş iddiaçının nümayəndəsi Nümayəndə 31 yanvar 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə icraatda İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair, e-2(078)-7/2023 saylı mülki iş olduğunu, həmin iş üzrə məhkəmə iclasının xx.xx.2023-cü il tarixinə saat 11:30-a təyin edildiyini, 16 yanvar 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iştirak etdiyini, iddia ərizələrinə dair izahat verdiyini, iddia tələblərini müdafiə etdiyini qeyd edərək iddia tələblərini təmin etməyi və işə iştirakı olmadan baxmağı xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin yuxarıda qeyd olunan ərizəsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 16 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi və iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 2021/00063-01 saylı kredit müqaviləsinin imzalanması, cavabdehə 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində kredit verilməsi, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 5, mənzil 10 (yeni qaydalarla: AZ1142, ünvan 1 ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etməsi və bu barədə 04 mart 2021-ci il tariхli, 2021/00063-01İP nömrəli ipoteka müqaviləsi bağlanması işin mübahisəsiz hallarıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2021/00063-01 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, borcverən İddiaçı BOKT ASC istehlak məqsədi üçün borcalan Cavabdeh illik 30 faiz olmaqla, 24 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit vermiş, borcalan həmin krediti qəbul etməyi, məqsədinə uyğun istifadə etməyi, kredit müqaviləsi üzrə bütün ödənişləri (faizlərin ödənilməsi, kreditin əsas məbləğinin qaytarılması, dəbbə pulunun ödənilməsi) müqavilə şərtlərinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3 və 2.3.2-ci bəndinə əsasən borcverənin borcalan bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda borcalanın müqavilə üzrə borcverənə olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. İş materiallarında olan 2021/00063-01 İP saylı, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00063-01 saylı istehlak kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 5, mənzil 10 (yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 5, mənzil 10 (yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmişdir, bu barədə dövlət reyestrində 3700 nömrəli reyestr kitabının 346451 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan 04 mart 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə İddiaçı BOKT ASC tərəfindən 50000 (əlli min) manat məbləğində pul xx.xx.2021-ci il tarixli 2021/00063-01 saylı istehlak kredit müqaviləsinə əsasən Cavabdeh hesabına köçürülmüşdür. İş materiallarında olan borc haqqında arayışdan görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 45246.38 manat əsas kredit borcu, 21038.27 manat kreditdən istifadəyə görə faiz borcu, 26800.00 manat cərimə olmaqla, cəmi 93.084.65 manat məbləğində borcu vardır. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh istehlak krediti müqaviləsi üzrə əldə etdiyi kredit məbləğini xx.xx.2021-ci ildən başlayaraq xx.xx.2023-cü ilədək hər ay 2795.6 (iki min yeddi yüz doxsan beş manat altmış qəpik) manat ödəməlidir. Qeyd olunan ödəniş cədvəli də cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildrişdən görünür ki, Bank tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və yetirilməyəcəyi halda tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə bildiriş göndərilmişdir. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh yaranmış kredit borcunun qaytarılmasını, tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasını tələb etməsi isə işin mübahisəli hallarıdır. İddiaçının iddia tələbinin kredit borcunun qaytarılmasına dair hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit borcunun qaytarılmasına dair hissədə qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iddianın kredit borcunun qaytarılmasına dair hissədə qismən təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmə bildirişi onun qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana rəsmi qaydada göndərilərək Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən ona iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, ona əlavə olunmuş sənədləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsindən, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş ödəniş tapşırığı və hesabdan çıxarış ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00063-01 nömrəli istehlak krediti müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə olunmuş 18 yanvar 2022-ci il tarixli, bildirişdən isə Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməməsi və bununla bağlı İddiaçı BOKT ASC tərəfindən cavabdehə xəbərdarlıq göndərilməsi aydın olur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini əsas və faiz borcuna dair hissədə əsaslı qəbul edir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddiaçının cərimə ödənilməsi barədə tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndində qeyd olunur ki, Borcalan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1% (sıfır tam onda bir) faizi qədər dəbbə pulunu borcverən tuta bilər. Dəbbə pulu (cərimə) müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin cərimənin miqdarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 26800 (iyirmi altı min səkkiz yüz) manat məbləğində cərimə əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, tələb olunan cərimə (dəbbə pulu) 5000 (beş min) manat məbləğədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə, həmçinin tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmçinin “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal hesab edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əşyaya yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməlidir. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı Naxçıvan Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(078)-510/2022 nömrəli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilərək, ekspertizanın aparılması Hüquq və Torpaq Məsələləri MMC-nə həvalə edilmişdir. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01 nömrəli rəydə qeyd olunmuşdur ki, tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 5, mənzil 10 (yeni qaydalarla AZ 1142, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 93,4 m2 olan mənzilin real bazar dəyəri təqribən 130000,0 (yüz otuz min) manat təşkil edir. Tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 5, mənzil 10 (yeni qaydalarla AZ 1142, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 93,4 m2 olan mənzilin likvid dəyəri təqribən 120015,0 (yüz iyirmi min on beş) manat təşkil edir Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 120015 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “qeyd olunan evə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində mənzilin boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması”na dair hissəsini araşdıraraq hesab edir ki, cavabdehin mülkiyyətində olan daşınmaz əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən onun mülkiyyətində olan fərdi yaşayış evi “ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün” ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməli, ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 bir ay ərzində Cavabdeh, həmin mənzildən çıxarılmaqla ev boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 369.26 (üç yüz altmış doqquz manat iyirmi altı qəpik) manat miqdarında dövlət rüsumunun 278 (iki yüz yetmiş səkkiz) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin edilməli; - xx.xx.2021-ci il tarixli, 2021/00063-01 nömrəli istehlak krediti müqaviləsi üzrə yaranmış 45246.38 (qırx beş min iki yüz qırx altı manat otuz səkkiz qəpik) manat əsas borc, 21038.27 (iyirmi bir min otuz səkkiz manat iyirmi yeddi qəpik) manat faiz borcu, 5000 (beş min) manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 71284.65 (yetmiş bir min iki yüz səksən dörd manat altmış beş qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı BOKT ASC-nə ödənilməli; - tələb üzrə tutma ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 5, mənzil 10 (yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.4 kv.m olan mənzilə yönəldilməli; -ipoteka predmetinin ilkin satış qiyməti 120015,0 (yüz iyirmi min on beş) manat müəyyən edilməli; -Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 5, mənzil 10 (yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.4 kv.m olan mənzil açıq hərracda satılmalı və satışdan əldə edilən vəsaitdən İddiaçı BOKT ASC-nə olan borc ödənilməli; -iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 369.26 (üç yüz altmış doqquz manat iyirmi altı qəpik) manat miqdarında dövlət rüsumunun 278 (iki yüz yetmiş səkkiz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı BOKT ASC-nə verilməli; -ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 5, mənzil 10 (yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.4 kv.m olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 bir ay ərzində Cavabdeh mənzildən çıxarılmalı və mənzil boşaldılmalı; -İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 2021/00063-01 nömrəli istehlak krediti müqaviləsi üzrə yaranmış 45246.38 (qırx beş min iki yüz qırx altı manat otuz səkkiz qəpik) manat əsas borc, 21038.27 (iyirmi bir min otuz səkkiz manat iyirmi yeddi qəpik) manat faiz borcu, 5000 (beş min) manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 71284.65 (yetmiş bir min iki yüz səksən dörd manat altmış beş qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı BOKT ASC-nə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 5, mənzil 10 (yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.4 kv.m olan mənzilə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 120015,0 (yüz iyirmi min on beş) manat müəyyən edilsin. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 5, mənzil 10 (yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.4 kv.m olan mənzil açıq hərracda satılsın və satışdan əldə edilən vəsaitdən İddiaçı BOKT ASC-nə olan borc ödənilsin. İddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 369.26 (üç yüz altmış doqquz manat iyirmi altı qəpik) manat miqdarında dövlət rüsumunun 278 (iki yüz yetmiş səkkiz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı BOKT ASC-nə verilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94, ev 5, mənzil 10 (yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.4 kv.m olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 bir ay ərzində Cavabdeh mənzildən çıxarılsın və mənzil boşaldılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-7/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-7/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver