Məhkəmə qərarları › İş №e-2(078)-7/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-7/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-7/2025 16.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 166İK/2018 nömrəli, xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsas borc üzrə 112275.1 (bir yüz on iki min iki yüz yetmiş beş manat on qəpik) manat, faiz borcu üzrə 40599.24 (qırx min beş yüz doxsan doqquz manat iyirmi dörd qəpik) manat olmaqla, cəmi 152874.34 (bir yüz əlli iki min səkkiz yüz yetmiş dörd manat otuz dörd qəpik) manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 30 (otuz) manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 443.33 (dörd yüz qırx üç manat otuz üç qəpik) manat dövlət rüsumu və 1.06 (bir manat altı qəpik) manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlaka (Seriya RX, № 1362056, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, Cavabdeh2 məxsus ipoteka qoyulmuş ünvan 1 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlakdan (Seriya RX, № 1362056, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutularaq tələblərə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq qeyd etmişdir ki, məlum olduğu kimi "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh2 arasında bağlanmış 166İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 300 ay müddətinə, 8 faiz dərəcəsi ilə 113000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 166İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Bank arasında bağlanan xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlak (Seriya RX, № 1362056, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) ipoteka ilə yüklü edilmişdir. Əlavə olaraq, Cavabdeh1 tərəfindən verilən ərizəyə əsasən tutmanın mənzilə yönəldilməsi və bu halda bankın tələbinə əsasən mənzili könüllü boşaltmağı öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Banka qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borcalana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişin qeydə alınması üçün tərəflərindən ümumilikdə 30 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. Yuxarıda adı çəkilən 166İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin əsas borc üzrə 112275.1 manat, faiz borcu üzrə 40599.24 manat olmaqla, cəmi 152874.34 manat borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixində 6-2-22/2-22131/2023 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 443.33 manat dövlət rüsumu və 1.06 manat bank xidmət haqqı ödənilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Problemli Kreditlərlə İş Departamentinin direktoru X2 Məhkəmə İnformasiya Sistemi vasitəsilə 12 fevral 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə göndərərək ərizədə Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 166İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsas borc üzrə 112275.1 manat, faiz borcu üzrə 45138.24 manat olmaqla, cəmi 157413.34 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 30 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 449.02 manat dövlət rüsumu və 1.46 manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlaka (Seriya RX, № 1362058, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, Cavabdeh2 məxsus ipoteka qoyulmuş ünvan 1 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlakdan (Seriya RX, № 1362056, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 17,08.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutularaq tələblərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(078)-29/2024 saylı qərardadı ilə ərizənin təmin edilməsi, iddia tələbinə Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 166İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsas borc üzrə 112275.1 (bir yüz on iki min iki yüz yetmiş beş manat on qəpik) manat, faiz borcu üzrə 45138.24 (qırx beş min yüz otuz səkkiz manat iyirmi dörd qəpik) manat olmaqla, cəmi 157413.34 (bir yüz əlli yeddi min dörd yüz on üç manat otuz dörd qəpik) manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 30 (otuz) manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 449.02 (dörd yüz qırx doqquz manat iki qəpik) manat dövlət rüsumu və 1.46 (bir manat qırx altı qəpik) manat xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlaka (Seriya RX, № 1362058, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, Cavabdeh2 məxsus ipoteka qoyulmuş ünvan 1 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlakdan (Seriya RX, № 1362056, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutularaq tələblərə ödənilməsi həddində baxılması qərara alınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 izahatında iş üzrə kifayət qədər ekspertizalar təyin edildiyini, özlərinin ekspert rəyi ilə də tanış olduqlarını, ekspert rəyindən qeyd edilən ünvanda heç bir əmlak olmadığının sadəcə söküntüdən ibarət olduğunun məlum olduğunu, qeyd edilənlərdən Cavabdeh2 başqa ərazi təqdim etdiyinin ehtimal edildiyini, bankı aldatdığını, Cavabdeh2 əməlində cinayət tərkibinin əlamətlərinin olduğunu, bu səbəbdən xüsusi qərardad çıxarılmasını istədiklərini, Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 112275.1 manat, faiz borcu üzrə 45138.24 manat olmaqla, cəmi 157413.34 manat borc məbləğinin, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 30 manat məbləğində rüsumun, eyni zamanda 449.02 manat dövlət rüsumu və 1.46 manat xidmət haqqının tutulmasını, ünvan 1 ünvanında yerləşən əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutularaq tələblərə ödənilməsini istədiklərini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 12 iyul 2018-ci il tarixli, 166İK/2018 nömrəli kredit müqaviləsinin imzalanması, cavabdehə 300 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə 113000 (bir yüz on üç min) manat məbləğində kredit verilməsi, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 13 iyul 2018-ci il tarixli, 166İK/2018 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlakın (Seriya RX, № 1362056, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) ipoteka ilə yüklü edilməsi işin mübahisəsiz hallarıdır. İş materiallarında olan 12 iyul 2018-ci il tarixli, 166İK/2018 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana (Cavabdeh2) məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 113000,00 (bir yüz on üç min) manat məbləğində illik 8 (səkkiz) faiz dərəcəsi ilə 300 (üç yüz) ay müddətinə ipoteka krediti verir. Həmin müqavilənin 3.1.6, 3.1.6.1 və 3.1.6.2-ci maddələrinə əsasən borcalan davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və onun faizini ödəniş cədvəli üzrə ödəmədikdə və ya borcalan tərəfindən annuitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) və ya ardıcıl olaraq 2 (iki) dəfədən çox gecikdirildikdə kreditor bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini Borcalandan tələb edə bilər. İş materiallarında olan 13 iyul 2018-ci il tarixli, 166İK/2018 nömrəli ipoteka müqaviləsindən görünür ki, satıcılar, ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən 03 oktyabr 2006-cı il, 26 aprel 2018-cı il, 06 oktyabr 2017-cı il tarixində verilmiş, qeydiyyat nömrəsi 110641136, **********, ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarına əsasən onlara məxsus daşınmaz əmlakı (bundan sonra daşınmaz əmlak) Alıcı-İpoteka qoyanın mülkiyyətinə vermiş, daşınmaz əmlakın satış qiyməti 142 000 (bir yüz qırx iki min) manat olmuş, mənzilin dəyərinin 29 000,00 (iyirmi doqquz min) manat məbləğində olan hissəsi Alıcı-İpoteka qoyanın özü tərəfindən, 113 000,00 (bir yüz on üç min) manat məbləğində olan hissəsi isə Kreditor-Ípoteka saxlayan tərəfindən 12 iyul 2018-ci il tarixli 166iK/2018 saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. İş materiallarında olan 12 iyul 2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 istehlak krediti müqaviləsi üzrə əldə etdiyi kredit məbləğini xx.xx.2018-ci il tarixdə 595.93 (beş yüz doxsan beş manat doxsan üç qəpik) manat, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2043-cü il tarixədək hər ay 872.15 (səkkiz yüz yetmiş iki manat on beş qəpik) manat və son olaraq xx.xx.2043-cü il tarixdə 874.27 (səkkiz yüz yetmiş dörd manat iyirmi yeddi qəpik) manat ödəməlidir. Qeyd olunan ödəniş cədvəli də cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.02112 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 223.3 m2 olan daşınmaz əmlak tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 2411 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 223.3 m2 olan daşınmaz əmlak "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 300 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Bu barədə dövlət reyestrində 24 nömrəli reyestr kitabının 2411 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan 11 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçıya 12 iyul 2018-ci il tarixli kredit müqaviləsi üzrə 11 avqust 2023-cü il tarixə əsas borc üzrə 112275.1 (bir yüz on iki min iki yüz yetmiş beş manat on qəpik) manat, faiz borcu üzrə 40599.24 (qırx min beş yüz doxsan doqquz manat iyirmi dörd qəpik) manat olmaqla, cəmi 152874.34 (bir yüz əlli iki min səkkiz yüz yetmiş dörd manat otuz dörd qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 21 avqust 2023-cü il tarixli bildirişdən görünür ki, Bank tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və yetirilməyəcəyi halda tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə bildiriş göndərilmişdir. İddiaçının cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 yaranmış kredit borcunun qaytarılmasını, tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsini, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılmasını, satışdan əldə olunan vəsaitin borca ödənilməsini, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılmasını, mənzili tərk etmədikdə onların məcburi qaydada çıxarılması və mənzilin boşaldılmasını, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutularaq tələblərə ödənilməsini tələb etməsi isə işin mübahisəli hallarıdır. İddiaçının iddia tələbinin kredit borcunun qaytarılmasına dair hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit borcunun qaytarılmasına dair hissədə qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iddianın kredit borcunun qaytarılmasına dair hissədə qismən təmin edilməsi ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmə bildirişi onun qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana rəsmi qaydada göndərilərək Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən ona iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, ona əlavə olunmuş sənədləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsindən, həm də tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini cavabdehə verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş hesabdan çıxarış ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 12 iyul 2018-ci il tarixli, 166İK/2018 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə olunmuş 21 avqust 2023-cü il tarixli bildirişdən isə Cavabdeh2 müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməməsi və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xəbərdarlıq göndərilməsi aydın olur. Cavabdeh2 11 oktyabr 2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda iddiaçının tələb etdiyi faiz və məbləğlərin həddən artıq şişirdilmiş məbləğlər olduğunu, bu səbəbdən işin obyektiv həlli baxımından iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalı, iddiaçının tələb etdiyi əsas və faiz məbləğləri və onların hesablanma əsaslarının araşdırılmalı olduğunu, qeyd olunanları nəzərə alaraq 2(078)- 1285/2023 saylı mülki iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, e-2(078)-1285/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli, 1190 nömrəli rəydə qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh2 tərəfindən öhdəliklər tam icra edilməmiş, Cavabdeh2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 iyul 2018-ci il tarixli, 166İK/2018 saylı kredit müqaviləsinin şərtlərinin, hesabdan çıxarış və maliyyə arayışı məlumatlarının düzgünlüyü nəzərə alındıqda xx.xx.2023-cü il tarixə (maliyyə arayışının verildiyi tarixə) 12 iyul 2018-ci il tarixli, 166İK/2018 saylı kredit müqaviləsi üzrə, 112275,10 (bir yüz on iki min iki yüz yetmiş beş manat on qəpik) manat əsas borc, 40599,24 (qırx min beş yüz doxsan doqquz manat iyirmi dörd qəpik) manat faiz borcu düzgün hesablanmışdır. Qeyd edilən ekspert rəyi alındıqdan sonra iddiaçı tərəfindən iddia tələbinin həcmi artırılmış və yeni maliyyə arayışı tərtib edilmişdir. Belə ki, iş materiallarında olan 12 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçıya 12 iyul 2018-ci il tarixli kredit müqaviləsi üzrə 12 fevral 2024-cü il tarixə əsas borc üzrə 112275.1 (bir yüz on iki min iki yüz yetmiş beş manat on qəpik) manat, faiz borcu üzrə 45138.24 (qırx beş min yüz otuz səkkiz manat iyirmi dörd qəpik) manat olmaqla, cəmi 157413.34 (bir yüz əlli yeddi min dörd yüz on üç manat otuz dörd qəpik) manat məbləğində borcu vardır. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini əsas borca dair hissədə əsaslı qəbul edir. Faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il Qərarında məhkəmə vurğulamışdır ki, Mülki Məcəllənin 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Sonda Konstitusiya Məhkəməsinin həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qeyd edilən qərarda göstərilənləri iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, ərizəyə əlavə edilmiş sənədlərdən tərəflər arasında müqavilə bağlanması, borclunun kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi və dolayısı ilə müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması müəyyən olunur. İddiaçı isə 21 avqust 2023-cü il tarixdə cavabdehə kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair bildiriş göndərərək kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini bildirmiş və əsas borc üzrə 112275.1 (bir yüz on iki min iki yüz yetmiş beş manat on qəpik) manat, faiz borcu üzrə 40599.24 (qırx min beş yüz doxsan doqquz manat iyirmi dörd qəpik) manat olmaqla, cəmi 152874.34 (bir yüz əlli iki min səkkiz yüz yetmiş dörd manat otuz dörd qəpik) manat borcun ödənilməsini tələb etmişdir. Bu səbəbdən də cavabdehin ona qarşı olan faiz borcu məhz müqavilənin ləğv edildiyi tarixədək hesablanmalıdır. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericiliyin tələbləri daxilində ərizəni və ona əlavə əlavə olunmuş sənədləri araşdıran məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan tələbi əsas borca dair hissədə təmin edilməli və əsas borca hesablanmış faizlərin qaytarılması barədə tələbi isə qismən təmin edilməli, yəni iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi 112275.1 (bir yüz on iki min iki yüz yetmiş beş manat on qəpik) manat əsas borc, 40599.24 (qırx min beş yüz doxsan doqquz manat iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 152874.34 (bir yüz əlli iki min səkkiz yüz yetmiş dörd manat otuz dörd qəpik) manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsinə dair hissədə təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsinə dair hissədə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal hesab edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əşyaya yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Lakin məhkəmə tərəfindən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 223.3 m2 olan daşınmaz əmlakın real bazar dəyərinin və likvid dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertiza aparılması mümkün olmadığından ekspert rəyi verilməsindən imtina edilmişdir. Son dəfə Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2025-ci il tarixli, e-2(078)- 7/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 noyabr 2025-ci il tarixli, QXM/M-483 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh2 iştirakı ilə ünvan 1 ünvanında yerində baxış keçirilmişdir. Aparılmış baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan ünvanda hazırda zibilxana tullantılarından ibarət boş ərazi mövcuddur. Cavabdeh tərəfindən verilmiş məlumatda qiymətləndirməyə təqdim edilən əmlakın məhz həmin ərazi olduğu bildirilmişdir. Lakin təqdim olunan məlumat və faktiki vəziyyət nəzərə alınmaqla məlum olmuşdur ki, baxışa təqdim edilən ərazidə hər hansı tikili mövcud olmadığından əmlakın qiymətləndirilməsi mümkün olmamışdır. Qeyd edilənlərdən də görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanında heç bir tikili mövcud olmadığından, yəni tələbin yönəldilə biləcəyi əmlak olmadığından iddiaçının iddia tələbi tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlaka (Seriya RX, № 1362058, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsinə dair hissədə rədd edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onların məcburi qaydada çıxarılma və mənzilin boşaldılması, ipoteka predmetinin satışdan əldə olunacaq vəsaitin tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutularaq tələblərə ödənilməsinə dair hissədə isə belə hesab edir ki, iddiaçının iddia tələbi tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlaka (Seriya RX, № 1362058, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsinə dair hissədə rədd edilməli olduğundan Cavabdeh2 məxsus ipoteka qoyulmuş ünvan 1 ümumi sahəsi 223.3 kv.m ibarət daşınmaz əmlakdan (Seriya RX, № 1362056, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onun ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onun məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutularaq tələblərə ödənilməsinə dair hissədə də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia tələbi kredit müqaviləsi üzrə borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair hissədə qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 449.02 (dörd yüz qırx doqquz manat iki qəpik) manat dövlət rüsumunun 436.07 (dörd yüz otuz altı manat yeddi qəpik) manat hissəsinin, 1.46 (bir manat qırx altı qəpik) manat xidmət haqqının və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 30 (otuz) manat məbləğində rüsumun əvəzi Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -12 iyul 2018-ci il tarixli, 166İK/2018 nömrəli kredit müqaviləsi üzrə yaranmış 112275.1 (bir yüz on iki min iki yüz yetmiş beş manat on qəpik) manat əsas borc, 40599.24 (qırx min beş yüz doxsan doqquz manat iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 152874.34 (bir yüz əlli iki min səkkiz yüz yetmiş dörd manat otuz dörd qəpik) manat məbləğində pul Cavabdeh2 alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia tələbi 45138.24 (qırx beş min yüz otuz səkkiz manat iyirmi dörd qəpik) manat faiz borcunun 4579 (dörd min beş yüz yetmiş doqquz) manat hissəsinin Cavabdeh2 alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair hissədə və tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 223.3 m2 ibarət daşınmaz əmlaka (Seriya RX, № 1362058, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, Cavabdeh2 məxsus ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 223.3 m2 ibarət daşınmaz əmlakdan (Seriya RX, № 1362056, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onların məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutularaq tələblərə ödənilməsinə dair hissədə rədd edilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 449.02 (dörd yüz qırx doqquz manat iki qəpik) manat dövlət rüsumunun 436.07 (dörd yüz otuz altı manat yeddi qəpik) manat hissəsinin, 1.46 (bir manat qırx altı qəpik) manat xidmət haqqının və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 30 (otuz) manat məbləğində rüsumun əvəzi Cavabdeh2 alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 12 iyul 2018-ci il tarixli, 166İK/2018 nömrəli kredit müqaviləsi üzrə yaranmış 112275.1 (bir yüz on iki min iki yüz yetmiş beş manat on qəpik) manat əsas borc, 40599.24 (qırx min beş yüz doxsan doqquz manat iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 152874.34 (bir yüz əlli iki min səkkiz yüz yetmiş dörd manat otuz dörd qəpik) manat məbləğində pul Cavabdeh2 alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi 45138.24 (qırx beş min yüz otuz səkkiz manat iyirmi dörd qəpik) manat faiz borcunun 4579 (dörd min beş yüz yetmiş doqquz) manat hissəsinin Cavabdeh2 alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair hissədə və tutmanın ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 223.3 m2 ibarət daşınmaz əmlaka (Seriya RX, № 1362058, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, Cavabdeh2 məxsus ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 223.3 m2 ibarət daşınmaz əmlakdan (Seriya RX, № 1362056, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2018-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********72-10301) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə onların ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzili tərk etmədikdə onların məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutularaq tələblərə ödənilməsinə dair hissədə rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 449.02 (dörd yüz qırx doqquz manat iki qəpik) manat dövlət rüsumunun 436.07 (dörd yüz otuz altı manat yeddi qəpik) manat hissəsinin, 1.46 (bir manat qırx altı qəpik) manat xidmət haqqının və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 30 (otuz) manat məbləğində rüsumun əvəzi Cavabdeh2 alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar