Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-718/2022 29.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Ali Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(108)-80/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 14 may 2012-ci il təvəllüdlü X4 və 07 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək bir uşağın saxlanılması üçün ayda 193 (yüz doxsan üç) manat olmaqla, iki uşaq üçün 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə edərək, tərəflərin 06 iyun 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurduqlarını, həmin nikahdan iki övladları- 14 may 2012-ci il təvəllüdlü X4 və 07 sentyabr 2013-cü il təvəllüdlü X2 doğulduğunu, tərəflər arasında olan nikahın Babək Rayon Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli, 2(079)-209/2015 nömrəli qətnaməsi ilə pozulduğunu, həmin qətnaməyə əsasən hər iki uşağın iddiaçının yanında saxlanıldığını, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 80 (səksən) manat olmaqla, iki uşağa cəmi birlikdə 160 (yüz altmış) manat miqdarında aliment tutulmasının qət edildiyini, iddiaçının Naxçıvan Şəhər Məhkəməsində alimentin artırılması ilə bağlı iddia qaldırdığını, hər bir uşağa 120 (yüz iyirmi) manat olmaqla, cəmi birlikdə 240 (iki yüz qırx) manat miqdarında aliment tutulmasının qət olunduğunu, lakin Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən Naxçıvan MR Ali Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(108)-80/2018 nömrəli qətnaməsi ilə dəyişdirilərək hər bir uşağa 100 (yüz) manat olmaqla, cəmi birlikdə 200 (iki yüz) manat miqdarında aliment tutulmasının qət olunduğunu, iddiaçının atasıgildə ailə böyük olduğundan və kirayə ev tutmaq imkanı olmadığından uşaqları ilə birlikdə Naxçıvan şəhərində bibisinin evində yaşadığını, iddiaçının hal-hazırda işləsə də, qazancının elə də yüksək olmadığını, bu səbəbdən də, iddiaçının maddi imkanının yaxşı olmadığını, cavabdehin uşaqlara ödədiyi 200 (iki yüz) manat alimentin uşaqların maddi tələbatlarını qarşılamağa yetmədiyini, uşaqların təhsilinə, təliminə və digər xərclərinə pul lazım olan yaş həddində olduğunu, iddiaçının aldığı alimentin bu gün uşaqların təminatını ödəmədiyini, tək qadın olaraq bunun öhdəsindən gəlməkdə çətinlik çəkdiyini, uşaqlara alimentin 2019-cu ildə kəsildiyini, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunduğunu, bunun da ailənin büdcəsinə təsir etdiyini, bu səbəbdən də, iddiaçının övladlarının saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi məbləğin artırılmasını istədiyini, uşaqların yaşı artdıqca xərclərinin də artdığını, uşaqların artıq böyüdüklərini, ona görə də, məsrəflərinin yetərincə artdığını, tərəflərin böyük qızı İncinin hər iki gözündə, kiçik qızı Duyğunun isə süd vəzində və alt çənəsinin inkişafdan geriləmə problemləri olduğunu, bu gün 100 (yüz) manatla bir uşağın təminatını ödəməyin çox çətin olduğunu, cavabdehin Naxçıvan şəhərində yerləşən Beko mağazasında işlədiyini, eyni zamanda işləyərək yaxşı aylıq qazanc əldə etdiyini, bu günki gün bir uşağın saxlanılması üçün ayda 193 (yüz doxsan üç) manat olmaqla, iki uşaq üçün 386 (üç yüz səksən altı) manat alimentin yetərli olacağını, cavabdehin də bu məbləği ödəmək imkanının olduğunu, bunları nəzərə alaraq, Naxçıvan MR Ali Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(108)- 80/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 14 may 2012-ci il təvəllüdlü X4 və 07 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək bir uşağın saxlanılması üçün ayda 193 (yüz doxsan üç) manat olmaqla, iki uşaq üçün 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etmədiyini, özəl şirkətdə işlədiyini, 300 manat maaş aldığını, dövlət idarələrindən fərqli olaraq şirkətdə əmək haqqının artırılmadığını, iddiaçının tələb etdiyi 386 manat alimenti ödəyə bilmədiyini, yenidən ailə qurduğunu, bir övladının da olduğunu, yoldaşının işləmədiyini, 200 manat alimenti çətinliklə ödədiyini, hazırki tələb olunan məbləği ödəməyə maddi imkanının çatmadığını, iddiaçının maddi imkanının olduğunu, işlədiyini, kirayə mənzildə yaşamadığını, qohumlarının maddi imkanının yaxşı olduğunu, iddianın rədd olunması barədə qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 07 may 2019-cu il tarixli, 2(108)-80/2018 nömrəli qətnaməsinin surətinə əsasən, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(078)- 247/2019 nömrəli qətnaməsi alimentin məbləğinə dair hissədə dəyişdirilməklə alimentin miqdarının sabit məbləğdə ayda 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalmış hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. AZ-İ seriyalı, 400305 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh ilə X3 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Quliyeva” soyadı verilmişdir. AZ-İİ seriyalı, 668150 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, iş üzrə tərəflərin 14 may 2012-ci il tarixdə X7 adlı uşaqları doğulmuşdur. AZ-İİ seriyalı, 859884 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, iş üzrə tərəflərin 07 sentyabr 2013-cü il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Məhkəmə izahatlara və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmənin qənaətinə görə bu məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarına da təsir etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmaqla əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğ artırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlar böyüdükcə tələbatları artmışdır ki, bu da iş üzrə iddiaçının maddi vəziyyətinə digər yandan mənfi təsir edir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, uşaqların saxlanması üçün aliment tutulmasını tələb edən şəxs əvvəlcə müəyyənləşdirilmiş aliment məbləğinin artırılmasını xahiş edir. Ona görə də, aliment məbləği artırılmalıdır. İddia qismən təmin edilərkən nəzərə alınmışdır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iş üzrə yetkinlik yaşına çatmayan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay sabit pul məbləğində bir uşağa 125 (yüz iyirmi beş) manat olmaqla, iki uşağa görə cəmi 250 (iki yüz əlli) manat miqdarında aliment tutulması məqsədəuyğundur. Yuxarıda göstərilən xüsusatlara görə iddia qismən təmin edilməli, Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 07 may 2019-cu il tarixli, 2(108)-80/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 14 may 2012-ci il təvəllüdlü X4 və 07 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 125 (yüz iyirmi beş) manat olmaqla, iki uşağa görə cəmi 250 (iki yüz əlli) manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
q ə t e t d i:
İddia qismən təmin edilsin. Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 07 may 2019-cu il tarixli, 2(108)-80/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 14 may 2012-ci il təvəllüdlü X4 və 07 sentyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 125 (yüz iyirmi beş) manat olmaqla, iki uşağa görə cəmi 250 (iki yüz əlli) manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.