Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-748/2025 09.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********49 nömrəli Kredit müqavilələrinə əsasən nağd kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə banka borcu 5381.08 manat əsas, 917.62 manat faiz, 0.01 manat cərimə borcu olmaqla, cəmi 6298.71 manat, kart krediti üzrə isə 270.52 manat əsas, 81.08 manat faiz, ümumilikdə isə 351.6 manat kredit borclarının tutulması həmçinin iddia ərizəsi üçün ödənilmiş 86.51 AZN dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilatın nümayəndəsi ərizəsi ilə məhkəməyə müraciət edərək 26 sentyabr 2025-ci il tarixdə elektron kabinet vasitəsilə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********49 nömrəli Kredit müqavilələrinə əsasən nağd kredit müqaviləsi üzrə 5381.08 manat əsas, 917.62 manat faiz, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faizlər 5% olaraq 133.03 manat ümumilikdə 6347.4 manat, kart krediti üzrə isə 270.52 manat əsas, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faizlər olaraq 76.97 manat faiz, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faizlər 5% olaraq 6.95 manat ümumilikdə isə 354.44 manat kredit borclarının tutulması həmçinin iddia ərizəsi üçün ödənilmiş 87.01 AZN dövlət rüsumunun və 0.80 (səksən) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizəsi təmin olunmuş, iddia tələbinə Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********49 nömrəli Kredit müqavilələrinə əsasən nağd kredit müqaviləsi üzrə 5381.08 manat əsas, 917.62 manat faiz, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faizlər 5% olaraq 133.03 manat ümumilikdə 6347.4 manat, kart krediti üzrə isə 270.52 manat əsas, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faizlər olaraq 76.97 manat faiz, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faizlər 5% olaraq 6.95 manat ümumilikdə isə 354.44 manat kredit borclarının tutulması həmçinin iddia ərizəsi üçün ödənilmiş 87.01 AZN dövlət rüsumunun və 0.80 (səksən) qəpik bank xidmət haqqının tutulması çərçivəsində baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 0.2023-cü il tarixli, BPM**********49 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 aymüddətinə, illik 20.9 faiz dərəcəsi ilə hesablanmaqla 5700 manat nağd kredit, habelə 35 ay müddətinə 24 faiz dərəcəsi ilə hesablanmaq 300 manat məbləğində kart krediti verilmişdir. Belə ki, borclu Cavabdehkredit müqavilələri üzrə vəsaitlərdən tam olaraq istifadə etmiş, lakin kredit borcları və hesablanmış faizləri müqavilələr ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışlarına əsasən Cavabdeh nağd kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə banka borcu nağd kredit üzrə 5381.08 manat əsas, 917.62 manat faiz, 0.01 manat cərimə borclu olmaqla cəmi 6298.71 manat kart krediti üzrə isə 270.52 manat əsas, 81.08 manat faiz, ümumilikdə isə 351.6 manat təşkil edir. Beləliklə, Cavabdeh kreditlərin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kreditlər üzrə borcun və kreditlərə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 86.51 AZN dövlət rüsumu və 0.40 AZNbank xidmət haqqı ödənilmişdir. Kredit müqavilələri üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədiləCavabdeh sonuncu rəsmi qeydiyyatda olduğu yer üzrə xx.xx.2025-ci il tarixində 6-2-22/2-10640/2025 və 6-2-22/2- 10654/2025 saylı xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi X1 elektron poçt vasitəsilə məhkəməyə 29 sentyabr 2025ci il tarixdə elektron ərizə göndərərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında özünün uçotdan çıxdığını, heç yerdə uçota düşə bilmədiyini, uçota düşməyə yer tapa bilmədiyini, bu səbəbdən şəxsiyyət vəsiqəsini əldə edə bilmədiyini, imkanının olmadığını, kimliyə görə pensiyasının dayandığını, iki aydır pensiya da ala bilmədiyini, pulu o vaxt maşın almaq üçün aldığını, iddiada göstərilən məbləğdən az borcunun qaldığını, qəbzlərinin olduğunu, hal-hazırda maddi imkanının olmadığını bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın ərizəsini, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Hazırki iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarına əlavə xx.xx.2023-cü il tarixli, BPM**********49 nömrəli İstehlak Krediti Müqavilələrindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh arasında qeyd olunan Kredit Müqavilələri bağlanmış və onlar üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit Müqaviləsinin şərtinə əsasən, bank tərəfindən BabaCavabdeh 48 aymüddətinə, illik 20.9 faiz dərəcəsi ilə hesablanmaqla 5700 manat nağd kredit, habelə 35 ay müddətinə 24 faiz dərəcəsi ilə hesablanmaq 300 manat məbləğində kart krediti verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən, Cavabdeh banka xx.xx.2023-cü il tarixli, BPM**********49 nömrəli Kredit müqavilələrinə əsasən nağd kredit müqaviləsi üzrə 5381.08 manat əsas, 917.62 manat faiz, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faizlər 5% olaraq 133.03 manat ümumilikdə 6347.4 manat, kart krediti üzrə isə 270.52 manat əsas, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faizlər olaraq 76.97 manat faiz, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faizlər 5% olaraq 6.95 manat ümumilikdə isə 354.44 manat borcu mövcuddur. Kredit Müqaviləsinin şərtinə əsasən, bank tərəfindən Cavabdeh 48 aymüddətinə, illik 20.9 faiz dərəcəsi ilə hesablanmaqla 5700 manat nağd kredit, habelə 35 ay müddətinə 24 faiz dərəcəsi ilə hesablanmaq 300 manat məbləğində kart krediti verilmişdir. Kredit Müqaviləsinə əlavədən müəyyən edilir ki, onlar Kredit Müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. Cavabdeh banka olan borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə bildiriş məktubları göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən Kredit Müqavilələrinin şərtləri yerinə yetirilməmişdir. Mülki iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2025-ci il tarixli, 816 saylı məhkəmə ekspertizasına dair rəyindən məlum olmuşdur ki, Təqdim olunmuş hesabdan çıxarış məlumatları, maliyyə arayışları və xx.xx.2023-ci il tarixli, BPM**********49 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh, "X2" ASC-nə kredit üzrə xx.xx.2025-ci iltarixə (sualda göstərilən tarix) olan əsas borcu 5346,13 (beş min üç yüz qırx altı manat, on üç qəpik) manat, faiz borcu 1006.44 (bir min altı manat, qırx dörd qəpik) manat olmaqla, ümumilikdə borcu 6352,57 (altı min üç yüz əlli iki manat, əlli yeddi qəpik) manat təşkil edir. Kredit xətii üzrə isə əsas borcu 270,52 (iki yüz yetmiş manat, əlli iki qəpik) manat, faiz borcu 81.08 (səksən bir manat, səkkiz qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətlərində olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Eyni zamanda, qeyd edilməlidir ki, Mülki Məcəllənin 331.3-cü maddəsi ilə müəyyən edilmiş "Əqdlərin bağlanması zamanı ... şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir" müddəası həm bağlanması nəzərdə tutulan əqdlərin, həm də belə əqdlərin bağlanması üçün nəzərdə tutulan digər sənədlərin (əqdlərin) imzalanmasını ehtiva edə bilər. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bu Qərarda əks olunmuş hüquqi mövqelər müqavilələrin bağlanması üçün qanunvericiliklə tələb olunan əlaqəli sənədlərin imzalanması ilə bağlı münasibətlərə də şamil edilir. Həmin sənədlərin imzalanması zamanı tərəflərin iradəsi dəqiq, birmənalı, aydın və sui-istifadəni istisna edən şəkildə ifadə olunmalıdır. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sənədlərlə öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi, Ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi, ekspert qarşısında - Kreditor və borc alan arasında bağlanmış xx.xx.2023-cü il tarixli Bank hesabı müqaviləsinə əsasən yaranan öhdəliklər kreditor və borc alan tərəfindən tam icra edilmişdirmi? - Müqavilədən əmələ gələn öhdəliklər borc alan tərəfindən tam icra edilməmişsə, müqavilə öhdəliklərinə əsasən borc alanın ekspertizanın verildiyi tarixə nə qədər əsas, faiz və cərimə borcu qalmışdır? - İddia qadırılana-02 may 2025-ci il tarixə qədər hər bir ay üzrə borc düzgün hesablanmışdırmı? - Cavabdehin banka ödədiyi ümumi məbləğ nə qədərdir və həmin məbləğin hansı hissəsi kredit müqaviləsinə uyğun olaraq əsas borc, faiz və cərimə borcuna çıxılmalı idi? sualların qoyulməsı barədə qərar qəbul edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı birgə kredit müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə icraat iş üzrə təyin edilmiş məhkəmə mahsibatlıq ekspertizası üzrə ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Mülki iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2025-ci il tarixli, 816 saylı məhkəmə ekspertizasına dair rəyindən məlum olmuşdur ki, həmin iş üzrə ekspertiza yekunlaşdırılmış və mülki iş ekspert rəyi ilə birlikdə məhkəməyə göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı birgə kredit müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********49 nömrəli Kredit müqavilələrinə əsasən nağd kredit müqaviləsi üzrə 5381.08 (beş min üç yüz səksən bir manat səkkiz qəpik) manat əsas, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faizlər olaraq 833.29 (səkkiz yüz otuz üç manat iyirmi doqquz qəpik) manat, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faizlər 5% olaraq 133.03 (bir yüz otuz üç manat üç qəpik) manat ümumilikdə 6347.4 (altı min üç yüz qırx yeddi manat qırx qəpik) manat, kart krediti üzrə isə 270.52 (iki yüz yetmiş manat əlli iki qəpik) manat əsas, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faizlər olaraq 76.97 (yetmiş altı manat doxsan yeddi qəpik) manat faiz, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faizlər 5% olaraq 6.95 (altı manat doxsan beş qəpik) manat ümumilikdə isə 354.44 (üç yüz əlli dörd manat qırx dörd qəpik) manat, pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı "xxxx" ASC tərəfindən 15 aprel 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 86.51 manat dövlət rüsumu və xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 0.50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 87.01 manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 238, 241, 242-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********49 nömrəli Kredit müqavilələrinə əsasən nağd kredit müqaviləsi üzrə 5381.08 (beş min üç yüz səksən bir manat səkkiz qəpik) manat əsas, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faizlər olaraq 833.29 (səkkiz yüz otuz üç manat iyirmi doqquz qəpik) manat, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faizlər 5% olaraq 133.03 (bir yüz otuz üç manat üç qəpik) manat ümumilikdə 6347.4 (altı min üç yüz qırx yeddi manat qırx qəpik) manat, kart krediti üzrə isə 270.52 (iki yüz yetmiş manat əlli iki qəpik) manat əsas, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faizlər olaraq 76.97 (yetmiş altı manat doxsan yeddi qəpik) manat faiz, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faizlər 5% olaraq 6.95 (altı manat doxsan beş qəpik) manat ümumilikdə isə 354.44 (üç yüz əlli dörd manat qırx dörd qəpik) manat, pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən 15 aprel 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 86.51 manat dövlət rüsumu və xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 0.50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 87.1 (səksən yeddi manat on qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamə onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-748/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-748/2025
09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver