Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-777/2024 29.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızı iddiaçı Nümayəndə Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Əliyev X1 Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh 08 sentyabr 2023-cü il tarixində 511 nömrəli müqaviləyə görə 3350 (üç min üç yüz əlli) manat və buna hesablanmış penya pulu 335 (üç yüz otuz beş) manat 04 oktyabr 2023-cü il tarixində 582 nömrəli Nisyə mal satılması müqaviləsinə yaranan borc 3950 (üç min doqquz yüz əlli) manat və bu müqaviləyə hesablanmış peniya pulu 395 (üç yüz doxsan beş) manat ümumilikdə iki müqavilədə yaranan 7300 (yeddi min üç yüz) manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 730 (yeddi yüz otuz) manatın, nəticə etibarı ilə ümumilikdə 8030 (səkkiz min otuz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 100.30 (yüz manat otuz qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçı Nümayəndə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, “Telefon Mağazasının” satıcısı, Nümayəndə Cavabdeh ilə 08 sentyabr 2023-cü il tarixində 511 nömrəli və 04 oktyabr 2023-cü il tarixində 582 nömrəli Nisiyə mal satılması müqaviləsi bağlamışdır. 08 sentyabr 2023-cü il tarixində 511 nömrəli müqaviləyə əsasən “İPHONE 13 PRO MAX” markalı telefonu 12 aylıq kreditlə 3850 (üç min səkkiz yüz əlli) manata almış və hazırkı vaxtadək cavabdeh tərəfindən 500 manat ödənilmişdir. Bundan Əlavə 04 oktyabr 2023-cü il tarixində 582 nömrəli Nisyə mal satılması müqaviləsinə əsasən Cavabdeh “İPHONE 14 PRO MAX” markalı telefonu 12 aylıq kreditlə 3950 manat dəyərində almış ilkin ödəniş də daxil olmaqla heç bir ödəniş ödənilməmiş, lakin hazırda qalan 7300 manat borcunu ödəməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyir ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2 faiz manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyir ki, o, yəni Nümayəndə telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı o maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəflərindən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. O buna görə ciddi maddi itkilərlə qarşılaşmışdır. Əliyev X1 şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınır. Onun geniş müştəri dairəsi vardır. O müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd 08 sentyabr 2023-cü il tarixində 511 nömrəli müqaviləyə əsasən “İPHONE 13 PRO MAX” markalı telefonu yaranan borc 3350 (üç min üç yüz əlli) manata 04 oktyabr 2023-cü il tarixində 582 nömrəli müqaviləyə əsasən “İPHONE 14 PRO MAX” Nisyə mal satılması müqaviləsinə yaranan borc 3950 manat olmuşdur. Ümumilikdə müqavilələrdən yaranan 7300 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə gösərilən 3.3 bəndinə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-i hər gecikdirilmiş gün üçün ödənilməli olan cərimə yəni ümumilikdə olan dəbbə pulu olaraq 730 manat peniya və 100.30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. İddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 29 may 2024-cü il tarixdə Nümayəndə məhkəməyə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə göndərərək ərizədə göndərdiyi e-2(078)-777/2024 nömrəli işin baxılmamış saxlanılmasını və sənədlərin ona göndərilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə göndərilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Nümayəndə Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən Nümayəndə tərəfindən onlayn ödəmə sistemi vasitəsilə 21 aprel 2024-cü il tarixli, 57381795 nömrəli qəbzlə ödənilmiş 100.30 (yüz manat otuz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: Nümayəndə Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırarkən iddiaçı Nümayəndə tərəfindən onlayn ödəmə sistemi vasitəsilə 21 aprel 2024-cü il tarixli, 57381795 nömrəli qəbzlə ödənilmiş 100.30 (yüz manat otuz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-777/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-777/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver