Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-796/2024 26.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 39300 manat borcun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh bir müddət əvvəl tanımış və münasibətləri yaxşılaşdığı üçün ona 50000 manat pul vermişdir. Cavabdeh 10700 manat pulu geri qaytarsa da, qalan 39300 manatını ona geri qaytarmamışdır. Onun tərəfindən imzalanmış qəbzə əsasən o, pulu alarkən borcunu şəxsən təsdiq etmişdir. Onun borclu olduğu 39300 manat borcu tələb etsə də və bu barədə rəsmi qaydada xəbərdarlıq göndərsə də, borcunu hissə-hissə olsa da, geri qaytaracağını bildirmişdir. Borcun ödənilməsi üçün rəsmi müraciətlər olunmuş, lakin öhdəlik cavabdeh tərəfindən icra olunmamışdır. Hazırki iddia ilə bağlı qarşı tərəfə 28 mart 2024-cü il tarixdə məhkəmədən öncə işin həllinə nail olmaq üçün xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəf göndərilmiş həmin müraciətlə bağlı heç bir müsbət addım atmadığından məhkəməyə verilməsi üçün iddia ərizəsi tərtib edilmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə baxış iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. İşə baxılan zaman müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Qızıldaş qəsəbəsi, 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Cavabdeh ilə məhkəmə iclası zamanı əlaqə saxlanılmış, cavabdeh ona vaxt verilməsini, hüquqlarını müdafiə etmək üçün özünə vəkil tutacağını, ərizədə qeyd edilən yazının özü tərəfindən yazıldığını bildirmişdir. Cavabdeh xahişi nəzərə alınaraq məhkəmə iclası 1 ay müddətinə təxirə salınmışdır. Sonuncu məhkəmə iclasında isə cavabdeh vəkil və nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını, cavabdehin iddiaya münasibətini, iddia ərizəsini, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq iddianın təmin edilməsi nəticəsinə gəlir. İş materiallarından göründüyü kimi, 14 yanvar 2022-ci il tarixli qəbzə əsasən, Cavabdeh 14 yanvar 2022-ci il tarixdə İddiaçı 50000 (əlli min) manat məbləğində pul vəsaitini borc olaraq aldığını, həmin borc məbləğini 2023-cü il dekabr ayının 15-nə qədər qaytaracağını bildirmişdir. Məhkəmə iclasına video vasitəsilə qoşulan Cavabdeh həmin yazının ona məxsus olduğunu bildirmişdir. Lakin cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə belə hesab edir ki, hazırki borc tələbinə müqavilə münasibətləri deyil, müqavilədənkənar münasibətlər-əsassız varlanma öhdəlikləri tətbiq edilməlidir. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırda tərəflər arasında yazılı borc müqaviləsinin mövcud olmaması işin mübahisəsiz halıdır. Bu halda isə əsassız varlanma münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 39300 (otuz doqquz min üç yüz) manat məbləğində pul tutularaq, İddiaçı qaytarılmalıdır. Cavabdeh iddianı qəbul etmədiyini bildirsə də bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə məsrəfinə münasibətdə iddiaçı dövlət rüsumundan azad edildiyindən ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 39300 (otuz doqquz min üç yüz) manat məbləğində pul tutularaq, İddiaçı qaytarılsın. Cavabdeh 207.90 (iki yüz yeddi manat doxsan qəpik) pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-796/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-796/2024
26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver