Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-818/2023 18.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək müəyyənetdim: İddiaçı "xxxx" ASC iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 31 yanvar 2018-cı il tarixli, 3101/01İPK saylı kredit müqaviləsi üzrə 16 may 2023-cü il tarixə olan 45209.67 (qırx beş min iki yüz doqquz manat altmış yeddi qəpik) manat əsas borc, 1359.69 (bir min üç yüz əlli doqquz manat altmış doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 46569.36 (qırx altı min beş yüz altmış doqquz manat otuz altı qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat qırx beş qəpik) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 229.71 (iki yüz iyirmi doqquz manat yetmiş bir qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 58000 (əlli səkkiz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********11-05101- 093028 reyestr nömrəli Naxçıvan MR, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, 5 mərtəbəli binanın 2-ci mərtəbəsində, 73.77 kv.m. ümumi, 46.32 kv.m yaşayış sahəsi, 27.45 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 18 nömrəli mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh1 və həmin evdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin yararlı vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149 və 150-ci maddəsinin tələblərinə əməl edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə utulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd də iddia ərizəsinə əlavə edilməlidir. İş materiallarını araşdırarkən məlum olur ki, iddiaçı mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə sənədləri araşdırarkən müəyyən etmişdir ki, iddiaçı təşkilat tərəfindən cavabdehlərə qarşı eyni tələblə məhkəmədə iddia qaldırmış və Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-36/2023 nömrəli 13 fevral 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sözügedən işdə iddiaçı təşkilat tərəfindən tərəflərə xx.xx.2022-ci il tarixdə göndərilmiş 04/1535 nömrəli bildirişin surəti, eləcə də 08 iyun 2022-ci il tarixli xəbərdarlıq surəti əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, göstərilən xəbərdarlıq məktubunda qeyd edilən borc məbləği cavabdehlər tərəfindən ödənilmiş, qəbz təqdim edilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəməyə gəlmədiyindən və üzürlü hal təqdim etmədiyindən ərizə baxılmamış saxlanılmışdır. İddia ərizəsi baxılmamış saxlanıldıqdan sonra yenidən borc məbləğinin yaranması halında iddiaçı cavabdehlərə yeni xəbərdarlıq məktubları göndərməli, premetnziya qaydasına əməl etməli, həmin xəbərdarlıqlara baxmayaraq borc ödənilmədiyi halda məhkəməyə müraciət etməlidir. Məhkəmədə yenidən iddia qaldıra bilməsi üçün iddiaçı təşkilat tərəfindən cavabdehlərə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd göndərməli və bundan sonra sözügedən sənədi iddia ərizəsi ilə birlikdə baxılması üçün məhkəməyə göndərməlidir. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də iddia ərizəsinə əlavə olunmuş iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** qəbz nömrəsi ilə ödənilmiş 229.71 (iki yüz iyirmi doqquz manat yetmiş bir qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** qəbz nömrəsi ilə ödənilmiş 229.71 (iki yüz iyirmi doqquz manat yetmiş bir qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-818/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-818/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver