Məhkəmə qərarları › İş №e-2(078)-818/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-818/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-818/2025 17.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Kiçik mübahisələr üzrə iddia ərizəsinin baxılmamış saxlanılması haqqında Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyənetdim: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2023-cü il tarixli, 337328-1-38531 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə banka borclu olduğu 1442.49 manat məbləğində əsas borc, 17.31 manat məbləğində faiz borcu, 53 manat məbləğində cərimə borcu, ümumilikdə isə 1512.80 (bir min beş yüz on iki manat səksən qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 35.13 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək, cavabdehlə yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll olunmasına dair tərəflər arasında razılıq əldə edildiyini, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 28 aprel 2023cü il tarixli, 337328-1-38531 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, məhkəməyə müraciət etmək üçün ödənilmiş 35.13 (otuz beş manat on üç qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 28 aprel 2023-cü il tarixli, 337328-1-38531 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, məhkəməyə müraciət etmək üçün ödənilmiş 35.13 (otuz beş manat on üç qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdiyinə görə, kiçik mübahisələr üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən hüquq norması analoji münasibəti tənzimləyən norma kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin tələbinə uyğun olaraq kiçik mübahisələr üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə tətbiq olunmalı və İddiaçı Açıq Səhmdar Cəmiyyəti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 28 aprel 2023-cü il tarixli, 337328-1-38531 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, məhkəməyə müraciət etmək üçün ödənilmiş 35.13 (otuz beş manat on üç qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdiyinə görə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Kiçik mübahisələr üzrə iddia ərizəsi baxılmamış saxlanıldığına görə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 aprel 2023cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 36.81 (otuz altı manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdim: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18 aprel 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 36.81 (otuz altı manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar