Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-822/2025 19.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Ə.Rəcəbli 19A ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək aşağıdakı qətnaməni qəbul etdim. Təsviri hissə: "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 750 (yeddi yüz əlli) manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə, 780 (yeddi yüz səksən) manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Lexus RX300 Minik” markalı ** XN *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, nəticədə, X1 yüngül xəsarət yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli qərarla “Lexus RX300 Minik” markalı ** XN *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd olunan yol-nəqliyyat hadisəsi zərərçəkənə 750 (yeddi yüz əlli manat məbləğində maddi zərər dəymişdir.PME********** saylı sığorta şəhadətnaməsi üzrə İAS250716 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 750 (yeddi yüz əlli) manat dəyərində sığorta ödənişi həyata keçirilmişdir. ’’İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən, “Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə uyğun olaraq, “Subroqasiya hüququ 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə gorə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur”. Beləliklə, sığorta hadisəsi nəticəsində zərərçəkənə ödənilmiş 750 manat sığorta ödənişi subroqasiya hüququ əsasında Cavabdeh geri tələb olduğunu hesab edildiyini bildirərək iddiaçı təşkilat sonda Cavabdeh 750 (yeddi yüz əlli) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, olmaqla ümumilikdə 780 (yeddi yüz səksən) manat məbləğində pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Məhkəmə araşdırması zamanı iş üzrə iddiaçı təşkilat tərəfindən iddia ərizəsinə sübut qismində təqdim edilmiş icbari sığorta müqaviləsinin surətindən məlum olur ki, “Lexus RX300 Minik” markalı ** XN *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli Xəzər Rayon Polis İdarəsinin Təhlükəsizlik Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən məlum olur ki, xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində Cavabdeh idarə etdiyi “Lexus RX300 Minik” markalı ** XN *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, nəticədə, X1 yüngül xəsarət yetirmişdir. Cavabdeh bu əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.8-ci maddəsinin tələblərini pozduğundan cinayət işinin başlanması rədd edilmiş, materiallar protokol tərtib edilməsi üçün Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixdə tərtib olunmuş Sığorta Ödəniş Aktının surətindən məlum olur ki, xx.xx.2025-ci il tarixdə baş vermiş avtonəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 750 (yeddi yüz əlli) manat zərər məbləği müəyyən edilmiş və məbləğ sığorta ödənişi həyata iddiaçı təşkilat tərəfindən zərərçəkənə ödənilmişdir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi cavabdeh tərəfindən həmin məbləğin geri qaytarılması təmin olunmamışdır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 750 (yeddi yüz əlli) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğində pul iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X3 və ya AsanPay ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, t Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə işin faktiki mübahisələndirilməyən hallarını iddia ərizəsinə əlavə edilmiş sənədlərlə və yuxarıda sadalanmış hüquq normaları ilə qarşılıqlı şəkildə tədqiq edib hesab edir ki, iddiaçının ödənilmiş sığorta haqqını cavabdehdən tələb etmək üçün əsası sığorta aktıdır. Həmin sığorta aktında göstərilən məbləğdə zərərçəkənə ödənilmiş məbləğ cavabdehdən tələb edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 20 may 2025-ci il tarixdə daxil olmuş ərizə üzrə 21 may 2025-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 750 (yeddi yüz əlli) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi məbləğində pul iddiaçı "xxxx" QSC -nin xeyrinə tutulsun. "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X3 və ya AsanPay ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-822/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-822/2025
19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver