Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-824/2022 25.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh 1124 (min yüz iyirmi dörd) manat borc məbləği, 168 (yüz altmış səkkiz) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1372 (min üç yüz yetmiş iki) manatın tutularaq tələbkara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə ilə 01 mart 2022-ci il tarixdə "xxxx" MMC arasında imzalanmış hüquqi müqaviləyə əsasən sonuncunun borclu Cavabdeh ilə bağlanmış 29 may 2019-cu il tarixli, 01-AGT000038182 nömrəli alqı-satqı müqaviləsini tələb etmə hüququnu əldə etdiyini, müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 1350 (min üç yüz əlli) manat olan İPhone X 64 (İMEİ kodu **********09493) markalı mobil telefon aldığını, Cavabdeh 29 iyun 2019-cu il tarixdən başlayaraq hər ayın 29-dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 113 (yüz on üç) manat ödəniş etməli olduğu halda, aylıq ödənişlər etmədiyini, aldığı malın qalıq pulunu, ümumi dəyəri-1124 (min yüz iyirmi dörd) manatı mağazaya ödəmədiyini, dəfələrlə borclu Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlərin nəticəsiz qaldığını, onun götürdüyü malın dəyərini ödəməkdən yayındığını, şirkət olaraq borclu tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində olduqlarını, bunları nəzərə alaraq, borclu Cavabdeh 1124 (min yüz iyirmi dörd) manat borc məbləği, 168 (yüz altmış səkkiz) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1372 (min üç yüz yetmiş iki) manatın tutularaq tələbkara ödənilməsinə dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 may 2019-cu il tarixli, 01-AGT000038182 nömrəli Əşyanın nisyə alqı-satqı Müqaviləsinə əsasən, satıcı alıcıya bu müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 12 ay müddətinə 1350 (min üç yüz əlli) AZN məbləğində əmtəəni (əşyanı) nisyə alqı-satqı şərtləri əsasında verir. Alıcı aldığı əmtəənin (əşyanın) qiymətini hissə-hissə ödəməyi öhdəsinə götürür. 07 iyul 2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 1124 AZN əsas borc, 168 AZN faiz borcu və 50 AZN cərimə borcu olmaqla, cəmi 1342 AZN borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 19 iyul 2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 19 iyul 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 1124 (min yüz iyirmi dörd) manat əsas borc, 168 (yüz altmış səkkiz) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1372 (min üç yüz yetmiş iki) manat məbləğində pul alınaraq, İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 may 2019-cu il tarixli, 01-AGT000038182 nömrəli Əşyanın nisyə alqı-satqı Müqaviləsinə əsasən, satıcı alıcıya bu müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 12 ay müddətinə 1350 (min üç yüz əlli) AZN məbləğində əmtəəni (əşyanı) nisyə alqı-satqı şərtləri əsasında verir. Alıcı aldığı əmtəənin (əşyanın) qiymətini hissə-hissə ödəməyi öhdəsinə götürür. 07 iyul 2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 1124 AZN əsas borc, 168 AZN faiz borcu və 50 AZN cərimə borcu olmaqla, cəmi 1342 AZN borcu vardır. Lakin Cavabdeh müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1124 (min yüz iyirmi dörd) manat əsas borc, 168 (yüz altmış səkkiz) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1372 (min üç yüz yetmiş iki) manat məbləğində pul alınaraq, İddiaçı xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-824/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-824/2022
25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver