Məhkəmə qərarları › İş №e-2(078)-825/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-825/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-825/2022 25.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 894.90 (səkkiz yüz doxsan dörd manat doxsan qəpik) manat, cərimə borcu 134.24 (yüz otuz dörd manat iyirmi dörd qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30.69 (otuz manat altmış doqquz qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 1059.83 (min əlli doqquz manat səksən üç qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "Embafinans” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərtilə 1152 (min yüz əlli iki) manat məbləğində kredit verildiyini və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 26 mart 2021-ci il tarixli, 041-EMB-0231-21 saylı Kredit Müqaviləsi bağlandığını, hal-hazırda Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ''Embafinans" Qapalı Səhmdar Cəmiyyətinə 16 iyun 2022-ci il tarixə əsas borcunun 894.90 (səkkiz yüz doxsan dörd manat doxsan qəpik) AZN, cərimə borcunun 134.24 (yüz otuz dörd manat iyirmi dörd qəpik) AZN, ümumi borcunun 1029.14 (min iyirmi doqquz manat on dörd qəpik) AZN təşkil etdiyini, bu borcun da cavabdeh tərəfindən ödənilməsinin təmin edilməli olduğunu, borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmədiyini, cavabdehə 10 noyabr 2021-ci il tarixli, 17232/21 saylı, 28 yanvar 2022-ci il tarixli, 0334/22 saylı və 09 fevral 2022ci il tarixli, 0421/22 saylı pretenziya (xəbərdarlıq) məktublarının da göndərildiyini, lakin poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyat ünvanına göndərilmiş xəbərdarlıq məktublarında “ünvan düzgün deyil” və faktiki yaşadığı ünvana göndərilmiş xəbərdarlıq məktubunda “ünvan tam deyil” qeydi aparılmaqla, məktubların onlara məlum olan ünvanlara çatdırılmasının mümkün olmadığını, cavabdehin müqavilə şərtlərini pozduğunu və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etdiyini, bunları nəzərə alaraq, Cavabdeh əsas borc 894.90 (səkkiz yüz doxsan dörd manat doxsan qəpik) manat, cərimə borcu 134.24 (yüz otuz dörd manat iyirmi dörd qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30.69 (otuz manat altmış doqquz qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 1059.83 (min əlli doqquz manat səksən üç qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "Embafinans” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 mart 2021-ci il tarixli, 041-EMB-0231-21 nömrəli Müqaviləyə əsasən, borcverən borcalana "xxxx" MMC-nin istehsal etdiyi mebelləri almaq məqsədilə 1152 (min yüz əlli iki) AZN məbləğində istehlak krediti verməyi öhdəsinə götürür. Kredit borcalana kreditdən istifadə haqqı illik 0% (annuitet qaydasında) hesablanmaqla, 18 (on səkkiz) ay müddətinə verilir. Kreditin illik faiz dərəcəsi 0%-dir. 16 iyun 2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə əsas borcu 894.90 (səkkiz yüz doxsan dörd manat doxsan qəpik) AZN, cərimə borcu 134.24 (yüz otuz dörd manat iyirmi dörd qəpik) AZN, ümumi borcu 1029.14 (min iyirmi doqquz manat on dörd qəpik) AZN təşkil edir. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 19 iyul 2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 19 iyul 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 894.90 (səkkiz yüz doxsan dörd manat doxsan qəpik) manat əsas borc, 134.24 (yüz otuz dörd manat iyirmi dörd qəpik) manat cərimə borcu, 30.69 (otuz manat altmış doqquz qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1059.83 (min əlli doqquz manat səksən üç qəpik) manat məbləğində pul alınaraq, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 mart 2021-ci il tarixli, 041-EMB-0231-21 nömrəli Müqaviləyə əsasən, borcverən borcalana "xxxx" MMC-nin istehsal etdiyi mebelləri almaq məqsədilə 1152 (min yüz əlli iki) AZN məbləğində istehlak krediti verməyi öhdəsinə götürür. Kredit borcalana kreditdən istifadə haqqı illik 0% (annuitet qaydasında) hesablanmaqla, 18 (on səkkiz) ay müddətinə verilir. Kreditin illik faiz dərəcəsi 0%-dir. 16 iyun 2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə əsas borcu 894.90 (səkkiz yüz doxsan dörd manat doxsan qəpik) AZN, cərimə borcu 134.24 (yüz otuz dörd manat iyirmi dörd qəpik) AZN, ümumi borcu 1029.14 (min iyirmi doqquz manat on dörd qəpik) AZN təşkil edir. Lakin Cavabdeh müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməməklə, müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 894.90 (səkkiz yüz doxsan dörd manat doxsan qəpik) manat əsas borc, 134.24 (yüz otuz dörd manat iyirmi dörd qəpik) manat cərimə borcu, 30.69 (otuz manat altmış doqquz qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1059.83 (min əlli doqquz manat səksən üç qəpik) manat məbləğində pul alınaraq, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar