Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-836/2022 25.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun alınması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə işə sadələşdirilmiş qaydada baxaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 1785.62 (min yeddi yüz səksən beş manat altmış iki qəpik) manat əsas, 104.48 (yüz dörd manat qırx səkkiz qəpik) manat faiz, cəmi 1890.10 (min səkkiz yüz doxsan manat on qəpik) manat borcun, həmçinin ödənilmiş 39.31 (otuz doqquz manat otuz bir qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 2200 (iki min iki yüz) manat məbləğində kredit verildiyini, bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 05 may 2021-ci il tarixli, ******* saylı Kredit Müqaviləsi bağlandığını, Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 05 may 2021-ci il tarixli, 1040054/22574 saylı Zaminlik Müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən Cavabdeh2 bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh1 ona zamin durduğunu, Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 07 iyul 2022-ci il tarixə əsas borcunun 1785.62 (min yeddi yüz səksən beş manat altmış iki qəpik) manat, faiz borcunun 104.48 (yüz dörd manat qırx səkkiz qəpik) manat, cəmi borcun 1890.10 (min səkkiz yüz doxsan manat on qəpik) manat təşkil etdiyini, borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh2 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmədiyini, cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktublarının da cavabsız qaldığını, bununla da cavabdehlərin Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetrirmədiyini və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurətinin yarandığını, hal-hazırda cavabdehlərin Kredit Müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcunun 1890.10 (min səkkiz yüz doxsan manat on qəpik) manat təşkil etdiyini, bu borcun da cavabdehlər tərəfindən ödənilməsinin təmin edilməli olduğunu, bunları nəzərə alaraq, iddia ərizəsi üzrə işə sadələşdirilmiş qaydada baxaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 1785.62 (min yeddi yüz səksən beş manat altmış iki qəpik) manat əsas, 104.48 (yüz dörd manat qırx səkkiz qəpik) manat faiz, cəmi 1890.10 (min səkkiz yüz doxsan manat on qəpik) manat borcun, həmçinin ödənilmiş 39.31 (otuz doqquz manat otuz bir qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 05 may 2021-ci il tarixli, ******* nömrəli Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsinə əsasən, bank tərəfindən borcalana istehlak krediti məqsədləri üçün 36 (otuz altı) ay müddətinə (05 may 2024-cü il tarixədək) 2200 (iki min iki yüz) manat məbləğində kredit verilir. Kreditin illik faiz dərəcəsi 17% təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh1 (zamin) arasında bağlanmış 05 may 2021-ci il tarixli, 1040054/22574 nömrəli Zaminlik Müqaviləsinə əsasən, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Maliyyə arayışına əsasən, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 07 iyul 2022-ci il tarixə 1785.62 (min yeddi yüz səksən beş manat altmış iki qəpik) manat əsas borc və 104.48 (yüz dörd manat qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1890.10 (min səkkiz yüz doxsan manat on qəpik) manat məbləğində borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 21 iyul 2022-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 21 iyul 2022-ci il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Lakin cavabdehlər 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1785.62 (min yeddi yüz səksən beş manat altmış iki qəpik) manat əsas borc və 104.48 (yüz dörd manat qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1890.10 (min səkkiz yüz doxsan manat on qəpik) manat məbləğində borc, həmçinin ödənilmiş 39.31 (otuz doqquz manat otuz bir qəpik) manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 05 may 2021-ci il tarixli, ******* nömrəli Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsinə əsasən, bank tərəfindən borcalana istehlak krediti məqsədləri üçün 36 (otuz altı) ay müddətinə (05 may 2024-cü il tarixədək) 2200 (iki min iki yüz) manat məbləğində kredit verilir. Kreditin illik faiz dərəcəsi 17% təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh1 (zamin) arasında bağlanmış 05 may 2021-ci il tarixli, 1040054/22574 nömrəli Zaminlik Müqaviləsinə əsasən, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Maliyyə arayışına əsasən, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 07 iyul 2022-ci il tarixə 1785.62 (min yeddi yüz səksən beş manat altmış iki qəpik) manat əsas borc və 104.48 (yüz dörd manat qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1890.10 (min səkkiz yüz doxsan manat on qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1785.62 (min yeddi yüz səksən beş manat altmış iki qəpik) manat əsas borc və 104.48 (yüz dörd manat qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1890.10 (min səkkiz yüz doxsan manat on qəpik) manat məbləğində borc, həmçinin ödənilmiş 39.31 (otuz doqquz manat otuz bir qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-836/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-836/2022
25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver