Məhkəmə qərarları › İş №e-2(078)-851/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-851/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-851/2020 19.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimiSəfərəliyeva Günlar Xanlar qızı, ünvan 1 ünvanında yerləşən iddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: "İddiaçı" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 242.04 (iki yüz qırx iki manat dörd qəpik) manat əsas, 63 (altmış üç) manat cərimə borcu, cəmi 305.04 (üç yüz beş manat dörd qəpik) manat, həmçinin ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq "İddiaçı" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "İddiaçı" MMC ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxx 2019-cu il tarixdə bağlanmış 116181 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 363.15 manata nisyə telefon satmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə görə alıcı 30.26 manat ödəməklə 12 ay müddətinə hər ayın 09-dək ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsilə ona rəsmi qaydada xx.xx.2019-cu il tarixdə xəbərdarlıq məktubu göndərilərək 363.15 manat əsas, həmin gün üçün hesablanmış 68.4 (30,26x1%=0,3x210 gün=63) manat cərimə 431.55 manat ümumi borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu tam olaraq ödəməyərək müxtəlif tarixlərdə 128 (121.1 əsas, 6.9 cərimə) manat qismən ödəniş etmiş və qalan borcu ödəməkdən yayınmış və nəticədə 242.04 (iki yüz qırx iki manat dörd qəpik) manat əsas, 63 (altmış üç) manat cərimə borcu, cəmi 305.04 (üç yüz beş manat dörd qəpik) manat borcu yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, cavabdeh yuxarıda qeyd edilən borcun ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda Cavabdeh xx xxxx 2019-cu il tarixdə bağlanmış 116181 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 242.04 (iki yüz qırx iki manat dörd qəpik) manat əsas, 63 (altmış üç) manat cərimə borcu, cəmi 305.04 (üç yüz beş manat dörd qəpik) manat, həmçinin ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq "İddiaçı" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixdə bağlanmış 116181 saylı nisyə alqı-satqı müqaviləsinin şərtinə əsasən Cavabdeh 1 (bir) ədəd Samsung J2 2018 DS modelli mobil telefonu satılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndinə əsasən satıcı əşyanı 363.15 AZN məbləğə 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə alıcıya satır. Alıcı 0.00 manat məbləğində ilkin ödəniş həyata keçirir, 363.15 manat qalıq borc məbləğini isə hər ay 30.26 manat ödəməklə 12 ay müddətinə hər ayın 09-dək ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Alıcı bu müqavilə üzrə ödəniş cədvəlinə əsasən ödənişləri ardıcıl olaraq 2 (iki) ay ödəmədikldə satıcı müqaviləyə xitam verərəl əşyanın dəyərinin tam ödənilməsini tələb edə bilər. xx xxxx 2019-cu il tarixli təhvil-təslim aktından aydın olur ki, müqavilənin şərtlərinə əsasən satıcı İddiaçı MMC 1 (bir) ədəd Samsung J2 2018 DS modelli, **********87669 kodlu (İMEİ) telefonun bütün ləvazimatı, habelə əşyaya aid olan sənədləri (texniki pasportu, istismar təlimatı vəs) ilə birlikdə alıcıya təhvil vermişdir. xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən xx xxxx 2019-cu il tarixli 116181 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə olan borcu 242.04 (iki yüz qırx iki manat dörd qəpik) manat əsas, 63 (altmış üç) manat cərimə borcu, cəmi 305.04 (üç yüz beş manat dörd qəpik) manat təşkil etmişdir. xx.xx.2012-ci il tarixdə Naxçıvan ŞPİ tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 242.04 (iki yüz qırx iki manat dörd qəpik) manat əsas, 63 (altmış üç) manat cərimə borcu, cəmi 305.04 (üç yüz beş manat dörd qəpik) manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Hökümət Ödəniş Portalında və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş ərizə üzrə xx xxxxxxxx 2020-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdehə bildiriş çatmadığından xx xxxxxxx 2020-ci il tarixdə bildirişin çatdırılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli X2 Dairəsi üzrə Nümayəndəliyinə məktub göndərilmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216- 220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 242.04 (iki yüz qırx iki manat dörd qəpik) manat əsas, 63 (altmış üç) manat cərimə borcu, cəmi 305.04 (üç yüz beş manat dörd qəpik) manat məbləğində borcu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Hökümət Ödəniş Portalında və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar