Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-860/2022 26.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit xətti müqaviləsi üzrə pul tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2021-ci il tarixli, 331320-OVR-15866 saylı kredit xətti müqaviləsinə əsasən 28 iyun 2022-ci il tarixə olan 350.72 (üç yüz əlli manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 9.80 (doqquz manat səksən qəpik) manat məbləğində faiz borcu, 24.55 (iyirmi dörd manat əlli beş qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 385.07 (üç yüz səksən beş manat yeddi qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2021-ci il tarixli, 331320- OVR-15866 saylı kredit xətti müqaviləsinə əsasən istehlak məqsədilə illik 25% hesablanması şərtilə 36 (otuz altı) ay müddətinə 500 (beş yüz) AZN məbləğində kredit verildiyini, 15 sentyabr 2021-ci il tarixli, 331320-OVR-15866 saylı kredit xətti müqaviləsi üzrə 28 iyun 2022ci il tarixli maliyyə arayışına əsasən borclu şəxsin üzərinə götürdüyü kredit öhdəliklərini 21 fevral 2022-ci il tarixdən icra etmədiyini, nəticədə cavabdehin banka 350.72 (üç yüz əlli manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 9.80 (doqquz manat səksən qəpik) manat məbləğində faiz borcu, 24.55 (iyirmi dörd manat əlli beş qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 385.07 (üç yüz səksən beş manat yeddi qəpik) manat məbləğində borcunun qaldığını, borclu Cavabdeh 17 may 2022-ci il tarixli, 4453 P saylı pretenziya məktubunun göndərildiyini, tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədilə tərəflərindən Cavabdeh dəfələrlə xəbərdarlıq edildiyini, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtlərinin onun tərəfindən yerinə yetirilmədiyini, öhdəliklərin lazımınca icra edilmədiyini, bunları nəzərə alaraq, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2021-ci il tarixli, 331320-OVR-15866 saylı kredit xətti müqaviləsinə əsasən 28 iyun 2022-ci il tarixə olan 350.72 (üç yüz əlli manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 9.80 (doqquz manat səksən qəpik) manat məbləğində faiz borcu, 24.55 (iyirmi dörd manat əlli beş qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 385.07 (üç yüz səksən beş manat yeddi qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış 15 sentyabr 2021-ci il tarixli, 331320-OVR-15866 nömrəli Kredit xətti Müqaviləsinə əsasən, bank kredit alana bank hesabının açılması və 500 (beş yüz) AZN məbləğində bərpaolunan kredit xəttinin təqdim olunması üzrə öhdəliklər götürür. Kredit alan isə öz növbəsində, həmin kredit xətti üzrə alınan vəsaitlərin müqavilədə nəzərdə tutulmuş şərtlər və müddət ərzində qaytarılmasını, həmçinin müqavilə ilə nəzərdə tutulan qaydada və müddətdə alınmış məbləğə illik 25% ödənilməsi üzrə öhdəlik götürür. Kredit xətti 36 (otuz altı) ay müddətinə açılır. 28 iyun 2022-ci il tarixli arayışa əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu aşağıdakı kimidir: Əsas məbləğ üzrə borcu: 350.72 (üç yüz əlli manat yetmiş iki qəpik) AZN; Faiz üzrə borcu: 9.80 (doqquz manat səksən qəpik) AZN; Cərimə faizləri: 24.55 (iyirmi dörd manat əlli beş qəpik) AZN; Cəmi: 385.07 (üç yüz səksən beş manat yeddi qəpik) AZN. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 26 iyul 2022-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 26 iyul 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 350.72 (üç yüz əlli manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 9.80 (doqquz manat səksən qəpik) manat məbləğində faiz borcu, 24.55 (iyirmi dörd manat əlli beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 385.07 (üç yüz səksən beş manat yeddi qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, 15 sentyabr 2021-ci il tarixli, 331320-OVR-15866 nömrəli Kredit xətti Müqaviləsindən görünür ki, borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, borcalan kredit müqaviləsindən irəli gələn, yəni krediti və hesablanmış faizləri razılaşdırılmış müddətdə banka qaytarmamış, nəticədə öhdəliyi lazımınca icra etməmişdir. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 350.72 (üç yüz əlli manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 9.80 (doqquz manat səksən qəpik) manat məbləğində faiz borcu, 24.55 (iyirmi dörd manat əlli beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 385.07 (üç yüz səksən beş manat yeddi qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-860/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-860/2022
26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver