Məhkəmə qərarları › İş №e-2(078)-868/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-868/2025

30.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-868/2025 30.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında iddia ərizəsinin qəbul olunmasından imtina barədə) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı “İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2720 manat avtomobilə dəymiş və sığorta şirkəti tərəfindən qarşılanmayan zərərin əvəzi, habelə 2250 manat avtomobilin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar cavabdeh tərəfindən təmirinin gecikdirilməsi ilə bağlı dəymiş zərər olmaqla, ümumilikdə 4970 (dörd min doqquz yüz yetmiş) manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149 və 150-ci maddəsinin tələblərinə əməl edilmədən verilmişdir. Belə ki, iddiaçı elektron iddia ərizəsində mübahisəni kiçik iddialar üzrə sadələşdirilmiş qaydada vermişdir. Kiçik iddialar üzrə sadələşdirilmiş icraat iddianın qiyməti ilə yanaşı mülki prosessual qanunvericilikdə nəzərdə tutulan digər şərtlər də mövcud olduqda verilə bilər. Həmin hallardan biri tələbi təsdiq edən sənədlərin olmasıdır. Hazırki iddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, sığorta şirkəti tərəfindən qarşılanmayan zərərin əvəzinin ödənilməsi tələbini təsdiq edən sənəd əlavə edilsə də digər hissədə avtomobilin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar cavabdeh tərəfindən təmirin gecikdirilməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsi tələbini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Bu hissədə tələb aşkar deyildir. Buna görə də iddiaçı hazırki iddia tələbini kiçik iddialar üzrə sadələşdirilmiş icraatda deyil iddia icraatı qaydasında təqdim etdiyi halda mülki mühakimə icraatı qaydasında çəkişmə prinsipinə əsasən işin araşdırılması həyata keçirilməlidir. Buna görə də hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul olunmaqdan imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 264 və 276.2.2ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul olunmaqdan imtina olunsun. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyevaş

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar