Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-874/2022 05.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 177 ünvanında yerləşən İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək cavavbdeh Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 116.49 (bir yüz on altı manat qırx doqquz qəpik) mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 150 (bir yüz əlli) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 296.89 (iki yüz doxsan altı manat səksən doqquz qəpik) manat məbləğində vurulmuş maddi ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizəni onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Yasamal rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında hüquqi xidmətlərin göstərilməsi barədə xx.xx.2018-ci il tarixdə müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş **********05718/İP №-li, xx.xx.2018-ci il tarixli Alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, qanunsuz qoşulmanın icra edildiyi Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3153-cü məhəllə, 7 saylı evin, 77 №-li mənzili qanunsuz qoşulma icra edilən zaman cavabdehin mülkiyyətində olmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3153-cü məhəllə, 7 saylı evin, 77 №-li mənzilində yaşamış Şafiqə Cəfərova adlı şəxslə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən adıçəkilən ünvan xx.xx.2009-cu ildə şəbəkəyə qoşulmuş, xx.xx.2014cü ilədək son ödənişi edib və xx.xx.2014-cü ildə 15 manat 30 qəpik borcla şəbəkədən ayrılmışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli digər Arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 3153-cü məhəllə, ev 7, mənzil 77-yə 7245 N saylı akt tərtib olunanadək sonuncu dəfə xx.xx.2015-ci il tarixdə baxış keçirilmişdir. xx.xx.2013-cü il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 7245 N saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra mənzil sakini qapını açaraq KATV1-ə baxdığını təsdiqlədi.. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdeh “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulma həyata keçirmiş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin ünvana sonuncu baxış keçirildiyi xx.xx.2015-ci ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2018-ci ilədək olan müddət 353 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə 116.49 manat təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə pretenziya məktubu göndərilmiş, məktub geri qayıtmışdır. Bundan başqa İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış “hüquqi xidmətlərin göstərilməsinə dair” xx.xx.2018-ci il tarixli müqavilənin 4.1-ci bəndinə, “Sifarişçi” bu müqaviləyə uyğun olaraq, “İcraçı”ya 150 (yüz əlli) manat məbləğində pul ödəyir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMCilə "xxxx" hüquq firmasıarasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat pul ödəyir. İddiaçı təşkilat sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Belə ki, mülki işin materiallarına əlavə olunmuş 12 aprel 2018-ci il tarixdə tərtib olunmuş 7245 N saylı aktın surətindən məlum olur ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayonu, Zərdabi 31/53 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman 77 saylı mənzildə “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar edildiyi üçün akt tərtib edilmiş, qapını açan qadın mənzildə KATV-1 göstərdiyini təsdiqləmişdir. xx.xx.2021-ci il tarixli arayışdan məlum olur ki, Bakı şəhəri, Nizami rayonu, Yasamal rayonu, ünvan 2 ünvanında yaşayan Şəfiqə Cəfərova arasında bağanmış KATV1 kabel televiziya xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2009-cu il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub xx.xx.2014-cü il tarixinədək isə son ödəməsini edib xx.xx.2014-cü il tarixində 15.3 manat borc ilə şəbəkədən ayrılıb. xx.xx.2021-ci il tarixli arayışdan məlum olur ki, Bakı şəhəri, Nizami rayonu, Yasamal rayonu, ünvan 2 ünvanında 7245 N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2015-ci il tarixdə həmin binaya baxış keçirilib. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 116.49 (bir yüz on altı manat qırx doqquz qəpik) mаnаt abunə haqqı qismində vurulmuş maddi zərər, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının iddia tələbində göstərdiyi məhkəmə xərcləri ilə bağlı məsələni müzəkirə edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ərizədə qeyd olunmuşdur ki, İddiaçı MMC ilə "xxxx" MMC hüquq firması arasında hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci maddəsində müəyyən olunmuşdur ki, xidmətlərin göstərilməsi və qrafik üzrə nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (bir yüz əlli) manat pul ödəyir. Mülki işin materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Bankdaxili 006İNT********** nömrəli məxaric orderi qəbzindən iddiaçı təşkilat tərəfindən "xxxx" MMCyə Cavabdeh qarşı hüquqi xidmət üzrə keçirilən nəzarət baxışı zamanı binanın yoxlanılması ilə əlaqədar 150 (bir yüz əlli) manat məbləğində pulun ödənilməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, kabel şəbəkəsinə müqavilə bağlamadan qoşulma olan hüquqazidd əməl cavabdehin təqsirli hərəkəti nəticəsində törədildiyindən iddiaçı tərəfindən binaya baxış keçirilməsi zamanı ödənilən 150 (bir yüz əlli) manat pul cavabdehdən tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə X1 və ya AsanPay vasitəsilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı olmaqla 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 01 avqust 2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 04 avqust 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia təmin edilsin. Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 116.49 (bir yüz on altı manat qırx doqquz qəpik) mаnаt abunə haqqı qismində vurulmuş maddi zərər, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində, ümumilikdə 266.49 (iki yüz altmış altı manat qırx doqquz qəpik) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə X1 və ya AsanPay vasitəsilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı olmaqla 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-874/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-874/2022
05.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver