Məhkəmə qərarları › İş №e-2(078)-881/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-881/2022

07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-881/2022 07.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında yerləşən İddiaçı ASC-nin cavabdehlər X4 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək aşağıdakı qətnaməni qəbul etdim. Təsviri hissə: «Bank Respublika” ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər X2 və Cavabdeh2 iddiaçı «Bank Respublika” ASC-nin xeyrinə 1144.75 (bir min yüz qırx dörd manat yetmiş beş qəpik) manat əsas kredit borcu, 72.60 (yetmiş iki manat altmış qəpik) manat kreditdən istifadəyə görə faiz borcu, 110.08 (bir yüz on manat səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi 1327.43 (bir min üç yüz iyirmi yeddi manat qırx üç qəpik) manat borc və ödənilmiş 33.28 (otuz üç manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «Bank Respublika” ASC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla X5 və Cavabdeh2 arasında bağlanılmış 23 iyun 2021-ci il tarixli 1230***-*******01L saylı kredit müqaviləsinə əsasən cavabdehlərə 12 ay müddətinə, illik 23% olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Cavabdehlər kredit müqvailəsi üzrə öhdəliklərini icra etməmiş və onun 25 iyul 2022-ci il tarixə 1144.75 (bir min yüz qırx dörd manat yetmiş beş qəpik) manat əsas kredit borcu, 72.60 (yetmiş iki manat altmış qəpik) manat kreditdən istifadəyə görə faiz borcu, 110.08 (bir yüz on manat səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi 1327.43 (bir min üç yüz iyirmi yeddi manat qırx üç qəpik) manat borcu yaranmışdır. Qeyd edilənləri və mülki qanunvericilikdə bununla bağlı nəzərdə tutulmuş normaları qeyd edərək iddiaçı təşkilat sonda X2 və Cavabdeh2 «Bank Respublika” ASC-nin xeyrinə 1144.75 (bir min yüz qırx dörd manat yetmiş beş qəpik) manat əsas kredit borcu, 72.60 (yetmiş iki manat altmış qəpik) manat kreditdən istifadəyə görə faiz borcu, 110.08 (bir yüz on manat səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi 1327.43 (bir min üç yüz iyirmi yeddi manat qırx üç qəpik) manat borc və ödənilmiş 33.28 (otuz üç manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 23 iyun 2021-ci il tarixli, 1230***-*******01L saylı kredit müqaviləsindən müəyyən olunur ki, həmin tarixdə iddiaçı təşkilat «Bank Respublika” ASC ilə cavabdehlər X5 və Cavabdeh2 arasında kredit müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən Bank tərəfindən cavabdehlərə güzəştsiz, 2000 (iki min) manat məbləğində 23% illik hesablanmaqla 12 ay müddətinə qaytarmaq şərtilə kredit vermişdir. İşdə olan maliyyə arayışından belə müəyyən olunur ki, 23 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə X3 və Cavabdeh2 25 iyul 2022-ci il tarixə banka olan borcu 1144.75 (bir min yüz qırx dörd manat yetmiş beş qəpik) manat əsas kredit borcu, 72.60 (yetmiş iki manat altmış qəpik) manat kreditdən istifadəyə görə faiz borcu, 110.08 (bir yüz on manat səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi 1327.43 (bir min üç yüz iyirmi yeddi manat qırx üç qəpik) manat təşkil edir. 13 iyul 2022-ci il tarixli 9751 nömrəli pretenziya məktubundan aydın olur ki, iddiaçı təşkilat X4 və Cavabdeh2 borcun ödənilməsinə dair bildiriş göndərmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2016-cı il tarixli ASAN1 tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən belə müəyyən olunur ki, cavabdeh X1 şəhər, Nizami, ev 38, mənzil 34 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, xx.xx.2016-cı il tarixli ASAN1 tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən belə müəyyən olunur ki, Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmənin qiymətləndirməsi: İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə cavabdehlər X5 və Cavabdeh2 1144.75 (bir min yüz qırx dörd manat yetmiş beş qəpik) manat əsas kredit borcu, 72.60 (yetmiş iki manat altmış qəpik) manat kreditdən istifadəyə görə faiz borcu, 110.08 (bir yüz on manat səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi 1327.43 (bir min üç yüz iyirmi yeddi manat qırx üç qəpik) manat borc iddiaçı «Bank Respublika”ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə «Bank Respublika” ASC tərəfindən 01 avqust 2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 33.28 (otuz üç manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu cavabdehlər X2 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi iddianın əsaslı olubolmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulub-pozulmamasına qiymət verilməlidir. Qeyd etmək lazımdır ki, müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlər dir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinin tələblərinə əsasən tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtləri baxımından, müvafiq müqavilə imzalandığı andan və müqavilə üzrə kredit məbləği “Bank” tərəfindən “Borcalan”a verildiyi andan, “Borcalan”-X5 və Cavabdeh2 kredit müqaviləsinin predmeti olan kredit məbləğini müqavilədə qeyd olunan şərtlərlə “Bank”a ödəmək öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehlər ə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlər in əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 02 avqust 2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 05 avqust 2022-ci il tarixdə cavabdehlər X4 və Cavabdeh2 bildiriş göndərmişdir. Lakin cavabdehlər 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 33.28 (otuz üç manat iyirmi səkkiz qəpik) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia təmin edilsin. X2 və Cavabdeh2 1144.75 (bir min yüz qırx dörd manat yetmiş beş qəpik) manat əsas kredit borcu, 72.60 (yetmiş iki manat altmış qəpik) manat kreditdən istifadəyə görə faiz borcu, 110.08 (bir yüz on manat səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi 1327.43 (bir min üç yüz iyirmi yeddi manat qırx üç qəpik) manat borc iddiaçı «Bank Respublika” ASCnin xeyrinə tutulsun. «Bank Respublika” ASC tərəfindən 01 avqust 2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 33.28 (otuz üç manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu cavabdehlər X2 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar