Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-882/2023 06.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BRCB6598426A299 saylı kredit müqaviləsinə əsasən 2392,06 (iki min üç yüz doxsan iki manat altı qəpik) AZN əsas, 614,20 (altı yüz on dörd manat iyirmi qəpik) AZN faiz, cəmi 3006,6 (üç min altı manat altı qəpik) AZN məbləğində borcun, xx.xx.2022-ci il tarixli GTKR6419004A299 saylı kredit müqaviləsinə əssən 5397,43 (beş min üç yüz doxsan yeddi manat, qırx üç qəpik) AZN əsas, 727,35 (yeddi yüz iyirmi yeddi manat otuz beş qəpik) AZN faiz, cəmi 6124,78 (altı min yüz iyirmi dörd manat yetmiş səkkiz qəpik) AZN borcun və ödənilmiş 111,31 (yüz on bir manat otu bir qəpik) AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. İddia ərizəsindən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi qismində Nümayəndə Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə iddia ərizəsini imzalayaraq məhkəməyə müraciət etmişdir. Mülki prosessual qanunvericilikdə şəxsin məhkəməyə nümayəndə vasitəsi ilə müraciət etmək imkanı da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 69.1-ci maddəsi ilə müəyyən olunur ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edildikdə isə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər yerinə yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmçinin həmin Məcəllənin 69.3-cü maddəsinin tələbinə görə təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə qeyd edir ki, iddia ərizəsini Əkbərov X2 Cavid Akif oğlu tərəfindən ona verilmiş 22 fevral 2023-cü il tarixli etibarnamə əsasında elektron imza ilə imzalamışdır. Rövşən Allahverdiyev tərəfindən 17 fevral 2017-ci il tarixli əmrlə İddiaçı ASC-nin nümayəndəsi qismində məhkəmə, hüquq mühafizə, icra xidməti və notariat orqanlarında, habelə daşınmaz əmlakın dövlət reyestirini həyata keçirən müvafiq dövlət orqanında təmsil etmək və bu hərəkətlərlə bağlı imza etmək hüququna dair etibarnamələrin verilməsi səlahiyyəti bankın Baş Risk inzibatçısı X5 həvalə edilmişdir. Qeyd olunan əmrdə X3 Heyətinin sədri kimi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə edilən xx.xx.2023-cü il tarixli, **********670800 nömrəli çıxarışdan məlum olur ki, bankın hazırki qanuni təmsilçisi X6r və X1 isə əvvəlki qanuni təmsilçidir. Qeyd olunanlardan da göründüyü kimi hüquqi şəxsin adından iddia ərizəsini imzalamaq səlahiyyətini nəzərdə tutan etibarnamə hazırda hüquqi şəxsin rəhbəri olan şəxs tərəfindən verilmiş əmr əsasında verilməmişdir ona görə də həmin etibarnamə əsasında iddia ərizəsinin imzalanması əsaslı sayıla bilməz. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Hökumət ödəniş portalı vasitəsilə 26 may 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 111.31 (yüz on bir bir manat, otuz bir qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Hökumət ödəniş portalı vasitəsilə 26 may 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 111.31 (yüz on bir bir manat, otuz bir qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-882/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-882/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver