Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-892/2020 19.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimiSəfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Binəqədi rayonu S.Məmmədova 107 ünvanında yerləşən iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n e t d i m : «xxxxxxxxxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh “LG GA-B379SLUL (qrafit)” markalı soyuducunun dəyərinin ödənilməyən qalıq hissəsi kimi 420 (dörd yüz iyirmi) manat borcun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cəmi 440 (dörd yüz qırx) manatın alınaraq «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «xxxxxxxxxxx» MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh xx xxxx 2020-ci il tarixdə “Hontakt Home” mağazalar şəbəkəsindən “LG GA-B379SLUL (qrafit)” markalı soyuducunu online qaydada sifariş vermiş, qeyd edilən məhsul cavabdehin bildirdiyi Xırdalan şəhəri Kristal Abşeron 1 ünvanına çatdırılmış və xx xxxx 2020-ci il tarixdə təhvil verilmişdir. Cavabdehin sifariş etdiyi “LG GA-B379SLUL (qrafit)” markalı soyuducunun dəyəri adi halda 1259,99 manat olsa da cavabdeh “axşam bazarı” kompaniyası ilə əlaqədar endirimdən yararlanaraq məhsulu 979,99 (doqquz yüz yetmiş doqquz manat doxsan doqquz qəpik) manata sifariş etmişdir. Lakin əməkdaşın diqqətsizliyi nəticəsində cavabdehdən (pdəniş birkart vasitəsilə edilib) 979,99 manat əvəzinə 559,99 manat tutulmuşdur. Həmin qəbz ərizəyə əlavə edilir və qəbzdən də aydın olur ki, məhsul 6 aylıq taksitlə əldə olunmuşdur. Cavabdehdən 559,99 manat tutulmuşdur, halbuki məhsulun dəyəri 979,99 manat olmuşdur. əvvələr cavabdehin aldığı “Hoffmann WFL-7014S (gümüşü) markalı paltaryuyan məhsulu taksitlə 9birkartla) əldə edilmişdir. Həmin məhsulun dəyəri 559,99 manat olmuşdur. Əməkdaş da səhvən hazırki məhsula görə ödəniş üçün əvvəlki məhsula aid qaiməni çap etmiş, nəticədə əvvəlki məhsulun dəyəri cavabdehin kartından tutulmuşdur. Bundan sonra cavabdehə malın faktiki dəyərinin qalan hissəsinin yəni 420 (979,99-559,99=420) manatın ödənilməsi ilə bağlı müraciət edilsə də cavabdeh ödəniş etməkdən imtina etmişdir. İddiaçı təşkilat sonda Cavabdeh “LG GA-B379SLUL (qrafit)” markalı soyuducunun dəyərinin ödənilməyən qalıq hissəsi kimi 420 (dörd yüz iyirmi) manat borcun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cəmi 440 (dörd yüz qırx) manatın alınaraq «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: «xxxxxxxxxxx» MMC “Kontakt Home”dan təqdim edilmiş xx xxxx 2020-ci il tarixli 12504 nömrəli qəbzdən aydın olur ki, Cavabdeh online qaydada 979,99 manat dəyəri olan “LG GA- B379SLUL (qrafit)” markalı soyuducu sifariş etmişdir. «xxxxxxxxxxx» MMC “Kontakt Home”dan təqdim edilmiş xx xxxx 2020-ci il tarixli 20145569 nömrəli qəbzdən aydın olur ki, Cavabdeh online qaydada 559,99 manat dəyəri olan “Hoffmann WFl 7014S” (gümüşü) markalı paltaryuyan sifariş etmişdir. Təhvil aktından aydın olur ki, “LG GA-B379SLUL (qrafit)” markalı soyuducu Cavabdeh təhvil verilmişdir. Taksit satışından aydın olur ki, “LG GA-B379SLUL (qrafit)” markalı soyuducuya görə Cavabdeh 559,99 manat pul tutulmuşdur. «xxxxxxxxxxx» MMC “Kontakt Home” elektron səhifədən aydın olur ki, “LG GA-B379SLUL (qrafit)” markalı soyuducunun dəyəri 1259,99 manat olaraq qeyd edilmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh online qaydada aldığı və 979,99 manat olaraq göstərilməli olan lakin səhvlik nəticəsində 559,99 manat olaraq qeyd edilmiş “LG GA-B379SLUL (qrafit)” markalı soyuducunun real dəyəri olan 979,99 manat nəzərə alınmalı və ödənilmiş olan 559,99 manat puldan əlavə 420 manat pul iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə «xxxxxxxxxxx» MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Hökümət Ödəniş Portalına ödənilmiş 20 (iyirmi ) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxxx 2020-ci il tarixdə daxil olmuş ərizə üzrə xx xxxxxxx 2020-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Cavabdeh bildirişi xx xxxxxxx 2020-ci il tarixdə rəsmi qaydada almasına baxmayaraq 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh “LG GA-B379SLUL (qrafit)” markalı soyuducunun dəyərinin ödənilməyən qalıq hissəsi kimi 420 (dörd yüz iyirmi) manat borcun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cəmi 440 (dörd yüz qırx) manat borc iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-892/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-892/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver