Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-901/2024 28.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək X5 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2179,43 (iki min yüz yetmiş doqquz manat qırx üç qəpik) manat əsas və vəfat etdiyi tarixə qədər hesablanmış 10,66 (on manat altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 2190,09 (iki min yüz doxsan manat doqquz qəpik) manat məbləğində borcu, kart limiti üzrə isə xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X5 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 256 (iki yüz əlli altı) manat əsas,6,28 ( altı manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla cəmi 262,74 ( iki yüz altmış iki manat yetmiş dörd qəpik) borcunun və ödənilmiş 44,53 (qırx dörd manat əlli üç qəpik) manat dövlət rüsumunun, habelə 1,2 (bir manat iyirmi qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Naxçıvan filialı ilə X9 arasında bağlanmış BPM**********27 nömrəli xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən X6 illik 20 faizlə 36 ay müddətinə 2500 AZN məbləğində nağd kredit və illik 24 faizlə 36 ay müddətinə 300 AZN məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 802309 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Naxçıvan “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 74 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X5 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DTİ və MHQ tərəfindən xx.xx.2004 tarixdə X6 verilmiş 12186 qeydəalma nömrəsi ilə 14/736 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 70.6 kv/m, yaşayış sahəsi 47.3 kv/m, yardımçı sahəsi 23.3 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. Bankın Naxçıvan filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X5 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 2179.43 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 10.66 manat faiz borcu olmaqla, cəmi 2190.09 manat borcu, kart limiti üzrə isə xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X5 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 256.46 manat əsas borc və 6.28 manat faiz borcu olmaqla, cəmi 262.74 manat borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 44.53 AZN dövlət rüsumu və 1.2 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-5576/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı təşkilat sonda qanunvericiliyin müvafiq maddələrinə istinad edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC-nin Naxçıvan filialı ilə X9 arasında bağlanmış BPM**********27 nömrəli xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən X6 illik 20 faizlə 36 ay müddətinə 2500 AZN məbləğində nağd kredit və illik 24 faizlə 36 ay müddətinə 300 AZN məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən xx.xx.2022-cü il tarixdə verilmiş AZ-İ seriyalı 802309 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə insulindən asılı şəkərli diabet diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 181 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 74 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X5 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DTİ və MHQ tərəfindən xx.xx.2004 tarixdə X6 verilmiş 12186 qeydəalma nömrəsi ilə 14/736 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 70.6 kv/m, yaşayış sahəsi 47.3 kv/m, yardımçı sahəsi 23.3 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. Bankın Naxçıvan filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X5 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 2179.43 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 10.66 manat faiz borcu olmaqla, cəmi 2190.09 manat borcu, kart limiti üzrə isə xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X5 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 256.46 manat əsas borc və 6.28 manat faiz borcu olmaqla, cəmi 262.74 manat borcu qalmışdır. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********27 nömrəli kredit müqaviləsinə əsasən 2179,43 (iki min yüz yetmiş doqquz manat qırx üç qəpik) manat əsas və vəfat etdiyi tarixə qədər hesablanmış 10,66 (on manat altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 2190,09 (iki min yüz doxsan manat doqquz qəpik) manat məbləğində borcu, kart limiti üzrə isə xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X5 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 256 (iki yüz əlli altı) manat əsas, 6,28 (altı manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla cəmi 262,74 (iki yüz altmış iki manat yetmiş dörd qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə “Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi X2 ********** nömrəli qəbzlə ödənilmiş 32,48 (otuz iki manat qırx səkkiz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 32.88 (otuz iki manat səksən səkkiz qəpik) manat dövlət rüsumu, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi X2 ********** nömrəli qəbzlə ödənilmiş 9,43 (doqquz manat qırx üç qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 9.83 (doqquz manat səksən üç qəpik) manat dövlət rüsumu, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi X2 ********** nömrəli qəbzlə ödənilmiş 2,62 (iki manat altmış iki qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 3.02 (üç manat iki qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********27 nömrəli kredit müqaviləsinə əsasən 2179,43 (iki min yüz yetmiş doqquz manat qırx üç qəpik) manat əsas və vəfat etdiyi tarixə qədər hesablanmış 10,66 (on manat altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 2190,09 (iki min yüz doxsan manat doqquz qəpik) manat məbləğində borcu, kart limiti üzrə isə xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X5 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 256 (iki yüz əlli altı) manat əsas,6,28( altı manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla cəmi 262,74( iki yüz altmış iki manat yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. “Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi X2 ********** nömrəli qəbzlə ödənilmiş 32,48 (otuz iki manat qırx səkkiz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 32.88 (otuz iki manat səksən səkkiz qəpik) manat dövlət rüsumu,xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi X2 ********** nömrəli qəbzlə ödənilmiş 9,43 (doqquz manat qırx üç qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 9.83 (doqquz manat səksən üç qəpik) manat dövlət rüsumu, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi X2 ********** nömrəli qəbzlə ödənilmiş 2,62 (iki manat altmış iki qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 3.02 (üç manat iki qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-901/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-901/2024
28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver