Məhkəmə qərarları › İş №e-2(078)-903/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-903/2022

10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-903/2022 10.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında iddia ərizəsinin qəbul olunmasından imtina barədə) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə idia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 o[lundan və Cavabdeh2 11 fevral 2019-cu il tarixli, İK1102/12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 2382.50 (iki min üç yüz səksən iki manat əlli qəpik) manat əsas borc, 385.94 (üç yüz səksən beş manat doxsan dörd qəpik) manat faiz borcu, 11.94 (on bir manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2780.38 (iki min yeddi yüz səksən manat otuz səkkiz qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 47.8 (qırx yeddi manat səksən qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. İddiaçı "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsini elektron imza ilə imzayalan şəxs Nümayəndə olaraq göstərilmişdir. Lakin həmin ərizənin əl imzasında görünür ki, ərizəni "xxxx" ASC-nin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsa İsayev imzalamışdır. Halbuki ərizənin elektron nüsxəsini elektron imza ilə imzalayan şəxs onun ərizə formasında əl imzası ilə də imzalamalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə X1 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 47.8 (qırx yeddi manat səksən qəpik) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 264 və 276.2.2ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul olunmaqdan imtina olunsun. İddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə X1 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 47.8 (qırx yeddi manat səksən qəpik) manat dövlət rüsumu geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar